müxtəlifdilər; bəziləri sükutumuzu, bəziləri sözümüzü, bəzilərisə
yalnız onların həyatında olmağımızı qiymətləndirirlər. Jö də Əsəd
bəyi bioqrafiyasının bir faktı kimi qəbul eləyirdi. Toskana pa-
yızının gözəlliyi, Jönün dəniz kənarındakı Qasa Savinadakı
rahat evi, artıq izah-filan tələb eləməyən təbii münasibətləri
onun ruhi müvazinətini xeyli düzəltdi. Genuyadan Nyu-Yor-
ka yola çıxan gəmiyə minəndə Jönü unuda bilməyəcəyini
fikirləşirdi, deməli, Erikadan intiqamının bir qismini almış,
onu unutmağa başlamışdı.
492
Gəmidə də fikirləşdiyi kitabdan nəsə yaza bilmədi.
Günlərini nə vaxtsa yadına düşən qızılla bağlı qeydlərini oxu-
yub, düzəldib, nizama salmaqla, Ənn-Marinin “Sabah hər şey
daha yaxşı olacaq” adlı növbəti əlyazmasına “əl gəzdirmək”lə
keçirdi...
Erika məhkəməyə gəlmədi, onun əvəzində vəkili və ata
anasıyla üzləşməli oldu. Bundan qəzəblənib keçmiş arvadı-
nın məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət
eləsə də, məntiqi Erikaya yaxın düşməsinə imkan vermədi:
ağlını başına toplasın, bununla vəziyyətini daha da pisləşdirər.
Hətta, çətinliklə də olsa, mətbuatın diqqətindən yayına bildi.
Nəhayət, hər şey bitdi, onu Erikayla bağlayan son bağ da
qop du. Amma birgə ömür yaşamış, ortaq xatirələri olan adamlar
ne cə bir-birinə yad ola bilərlər axı – hələ bunu dərk eləyə bilmirdi.
Corc Silvestr Vireklə də münasibətlərində çat yarandı: Vi-
rek onun həmmüəllifliyə iddiasını qəbul eləmirdi; Əsəd bəy
uzaqbaşı verdiyi materialları nizama salıb əl gəzdirmişdi, ki-
tabdakı şərhlər və istinadlar özünəməxsus idi; redaktorunun
çəkdiyi zəhmətin haqqını vermiş, üstəlik, təşəkkür yazmışdı;
Əsəd bəysə bunun əksini düşünür.
Dil tapa bilmədilər, elə bu ovqatla da ayrıldılar.
Dekabrın ortalarında Vyanaya qayıdanda yolüstü Parisdə
dayandı. “Allahü-Əkbər”in fransız nəşri çapdan çıxmışdı.
Düzdü, bu dəfə kitabın müəllifi yalnız Əsəd bəy idi, titul
vərəqində “Məşhur Avstriya şərqşünası, dostum professor Vol-
fqanq fon Vayzla əməkdaşlığına görə dərin minnətdarlığımı
bildirirəm” yazılmışdı. Səbəbini də naşir çox anlaşıqlı sözlərlə
ifadə eləmişdi: oxucu yalnız Əsəd bəyin imzasına maraq
göstərir.
Vyanaya pis əhval-ruhiyyəylə qayıtdı. Çəkdiyi mənəvi
üzüntülərdən yorulur, hər şeydən təcrid olunmaq istəyirdi.
Bəzən günlərlə evdən çıxmır, divanda uzanıb yaddaşını
vərəqləyir, ya da narahat halda otaqda var-gəl eləyirdi. “He-
renhof” kafesindəki səs-küydən bezəndə şəhərin küçələrində
heydən düşənəcən gəzirdi...
493
***
...Baronessa fon Bodmershof hələ mətbəə qoxusu verən,
açıq-mavi cildinə “Qurban Səid”, “Əli və Nino” yazılmış kitabı
ona göstərəndə Əsəd bəy bərk həyəcanlandı: bu kitab ondan
ötrü çox doğmaydı, əli və nəfəsi dəydiyindən, ruhu və yadda-
şı qarışdığından daha da doğma olmuşdu. Bir anlığa kövrəldi,
səbəbini də bilmədən doluxsundu:
“Birnəfəsə oxunur, – Ömər-Rolf fon Ehrenfels bir qədər
çaşqın görünürdü. – Düzü, Elfridanın belə bir şey yazacağı
heç ağlıma gəlməzdi. Sənin də məharətli əl izlərin dərhal özü-
nü göstərir”.
“Ümidvaram ki, tezliklə daha bir müştərək işimiz olacaq”,
– Elfrida məmnunluqla gülümsəyə-gülümsəyə Leo Əsəd
bəyə baxırdı.
“Yoxsa başqa əlyazma da var?” – Leo Əsəd bəy nəzərlərini
maraq və həyəcanla onun üzünə dikdi.
“Əlbəttə, var, – baronessa dolabdan çıxardığı qovluğu ona
uzatdı, – “Qızılbuynuzlu qız...”
“Qızılbuynuz? – Leo Əsəd bəyin gözləri böyüdü. – Kons-
tantinopola gələndə ilk gördüyüm yer Qızılbuynuz olub, ora
Xalic də deyirlər. Tamaşasından doymurdum. Beş il əvvəl
gedəndə də Qızılbuynuz mənzərələrindən doymadım.
Bənzərsiz yerlərdi”.
“Həyatdan yapışmaq üçün bu da bir fürsətdi, Leo, – Evə
qayıdanda beynindən keçirirdi, – Amerikaya gedə bilməzsən,
Erikanın cismən yaxınlığı axırına çıxar; İtaliyada yaşamaq
üçün Düçedən zəmanət almalısan; Avstriyada yaşamaq za-
manın da daralıb, Fürer addım-addım Vyanaya yaxınlaşır. Bu
gen dünyada özünə rahat bir yer tapa bilmədin, Leo. Bəlkə,
adi adam olsaydın, tapardın. Amma bu ad-sanla, bu şöhrətlə
sənə çətin olacaq, hara getsən, göz qabağında olacaqsan. Bun-
dan sonra səni nələr gözləyir?”
Hələ bilmirdi ki, artıq Mussolinin bioqrafı olmağa ümid
eləməyə dəyməz: Romada onu ətraflı öyrənmək qərarına
494
gəlmiş, bundan ötrü Vyanada agent tutmuşdular: həmin
agent hər addımı barədə məlumat toplayırdı. “Zati-aliləri, –
agent məlumatlarının birində yazırdı, – xəbər verməyi özümə
borc bilirəm ki, Lev Nussimbaum təxəllüslü Əsəd bəyin əsərləri Al-
maniyada qadağan olunub. Buna görə də o əsərlərini yeni ad altında
ölkəyə gətirməyə çalışıb. Amma bu fırıldağının üstü açılıb, Əsəd bəy
məqsədinə çatmayıb...”
1937-ci ilin qışı başlayırdı...
Leo Əsəd bəyə elə gəlirdi ki, Vyananın bu qışı digər qışlara
oxşamayacaq...
Elə bil, soyuq qarlı qış havasından dönüşü olmayan ayrılıq
qoxusu duyurdu...
|