“böyük rəhbər Stalin yoldaş”ın adına göndərdiyi məktubun ta-
leyini soruşdu. Baxdılar, cavab verməyi vəd elədilər, bununla
da məsələ, elə bil, çıxılmaza düşdü. Az qala, günaşırı, həftədə
iki dəfə gedir, ümidlə gözləyir, eyni cavabı alandan sonra
kor-peşman geri qayıdırdı.
Bacısı oğlunu narahat eləməyi bir yana, pulu da sürətlə
tükənirdi. Qayıdanbaş bilet almaq üçün lazımi məbləği ayırıb
qoymuşdu, qalan pulsa birtəhər yeməyinə, papirosuna,
gündə bir qəzet almağa bəs eləyirdi. Yağışlı havada ətrafda
gəzişməkdən başqa bir gəzintini özünə rəva görə bilmirdi.
İstirahət günləri Əkbər gəlir, tələbə büdcəsindən artırdığı
pulla zəruri şeylər alır, söhbətləşib gedirdi.
O intizarlı məqamda narahatlığını yatırtmaq, vaxtını yola
vermək üçün bir neçə məqalə yazıb Əkbərə verdi ki, qəzetlərdə
çap elətsin, bəlkə, az-çox qonorarı oldu. Amma redaksiyalar-
da işləyənlər oğlanı tanımadıqlarından məqalələri
götürmürdülər, öz imzasıyla da təqdim eləyə bilməzdi,
dərhal yaxasını ələ verə bilərdi.
Dördüncü həftə hər hansı cavab almaqdan ümidini üzüb
Bakıya qayıtmağı qət elədi: inqilabın iyirminci ildönümü bay-
ramı yaxınlaşırdı, yəqin, həmin günlərdə Azərbaycandan
Mosk vaya çoxlu nümayəndələr gələcəkdi, təsadüfən kimin-
ləsə rastlaşa bilərdi.
503
Bilet almağa gedəndə bəxtini Şimali Qafqazda sınamaq
qərarına gəldi: Bakıya yaxın idi, təbiəti də könlünə yatırdı,
bəlkə, Allah üzünə baxdı, işə düzəldi, sonra ailəsini gətirmək
çətin olmaz. Qatardan Orconikidze də düşdü. Münasib meh-
manxanada otaq alıb idarələri dolaşmağa başladı; xalq maari-
fi idarəsində Aşqabadda və Almaatıda aldığı cavablara oxşar
sözlər eşitdi; incəsənət işləri idarəsində ixtisası uyğun hesab
olunmadı, dəmir yoluna ixtisaslı fəhlələr lazımıydı, bunu da
bacarmazdı.
Olan-qalan ümidləri də yağışlı-küləkli oktyabr günlərində
xəzan yarpaqları kimi sovrulub getdi. Qatara minəndə yalnız
yatmaq, çəkdiyi əzabları, az da olsa, unutmaq istəyirdi. Bir də
arzulayırdı ki, təsadüf üzündən kimsə rast gəlməsin.
Xoşbəxtlikdən Bakıya gecə çatdı. Nimdaş şlyapasını alnına
endirib plaşının boyunluğunu qaldırdı, adamların üzünə
baxmamağa çalışa-çalışa evə doğru addımladı. Tez-tez
gözünə Leninin, Stalinin, Bağırovun kəlamları yazılmış pla-
katlar, şüarlar dəyirdi – şəhər inqilab bayramını qarşılamağa
hazırlaşırdı. Amma, elə bil, şəhərin gecəsinə gözəgörünməz
kabus sinmişdi, qəfildən çıxıb yaxasından yapışacaq, namə-
lum səmtə doğru sürüyəcəkdi.
Tanış küçəyə, tanış binaya ürəyi döyünə-döyünə yaxınlaş-
dı, içəridən işıq gəlməsə də, qapını tıqqıldadan kimi arvadı-
nın səsini eşitdi:
“Yusif, sənsən?”
“Mənəm, Bulqu, aç!” – Həyəcandan nəfəsi tutula-tutula
dilləndi.
Mətbəx masasının üstündə işığı azaldılmış çıraq vardı.
Bilqeyis xanım kiminsə dabanbasmaraq içəri girəcəyindən
qorxan kimi, cəld qapını bağlayıb cəftəni çəkdi.
“Gözümüzün kökü saraldı. Çox şükür ki, sağ-salamatsan”,
– ərinin plaşını, şlyapasını alıb asılqana keçirdi.
“Uşaqlar necədilər?” – Yusif Vəzir, az qala, pıçıltıyla so-
ruşdu.
504
“Sağ-salamatdılar, – Bilqeyis xanım da səsini qısa-qısa ca-
vab verdi. – Otur, bu dəqiqə çay-çörək gətirərəm”.
Onsuz da gəlişindən hər şeyi anlamışdı, dərhal soruşub
dərdini tərpətmək istəmirdi. Əri yuyunub paltarını dəyişə-
nəcən süfrəni hazırladı.
“Olmadı, Bulqu, – Yusif Vəzir əlini çörəyə uzatmağa uta-
nırdı, – heç bir cavab ala bilmədim. İş də axtardım, tapılmadı,
elə bil, hər yerə göstəriş veriblər ki, bu adamı yaxın buraxma-
yın”.
“Ürəyinə salma, – arvadı təskinlik vermək istədi, amma
özünü saxlaya bilməyib köksünü ötürdü. – Nə günahın var
axı?! Yəqin, məsələni ayırd eləyib bir əncam çəkərlər”.
“Tutulanların da çoxunun günahı yoxdu, – lap astadan
dilləndi, – görünür, bu xəmir çox su aparacaq...”
Susdular. Aradabir hardasa maşın səsi gəlir, get-gedə
uzaqlaşıb gecənin qaranlığında əriyirdi...
Hardansa yaddaşında qalmışdı: üç şeyi – gülüşünüzün arxa-
Dostları ilə paylaş: |