Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə139/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   135   136   137   138   139   140   141   142   ...   175
qalmış. – bir yerdən o biri yerə qaçır; ...3. Bayron (1788-1824) – 36 

yaş – Vətənini tərk etmək məcb.; ...5. Blasqo Lbanyes (1867-1928) 

– Vətənini tərk edib; 6.Vaqif – öldürüldü; 7. Nəsimi – dərisi çıxarıl-

dı; ...18. Dante – sürgün, geri gəlsə, yandırılsın (1265-1321). Uzun 

müddət ehtiyac içində ölkələri dolaşdı; ...20. Dostoyevski – ölümə 

məhkum, sürgün...”. 


509

 O günlərdə Miri də tez-tez yadına düşürdü. Hərdən gözləri 

yol çəkir sifəti kölgələnir:

 “Miri sağ olsaydı, qoymazdı ki, çətinlik çəkək”, – deyirdi.

 Noyabr günlərinin birində Aftabın gətirdiyi “Kommunist” 

qəzetində Məmməd Rahimin “Xalq düşməninə” şerini oxuyub 

iztirablı təbəssümlə başını buladı, qəzeti büküb sobanın odlu-

ğuna atdı:

 “Yəqin, bu cür şeri mənim haqqımda da yazan tapılacaq”.

 “Sən, elə bil, özünü indidən həbs olunmağa hazırlayıbsan, 

– Bilqeyis xanım məzəmmətlə dilləndi. – Allaha şükür, hələ 

dəyib-dolaşan yoxdu, toxtaq ol”.

  “Bu  qeyri-müəyyənlik  məni  üzür,  –  Yusif  Vəzir  papiros 

yandırıb yarıaçıq nəfəsliyin qarşısında dayandı. – Bu cür halı 

bir dəfə də o vaxt, aprelin iyirmi səkkizindən sonra keçirmiş-

dim. Düz səkkiz ay bu cür sıxıntı içində olmuşdum”.

 “Bu dəfə də ötər, – Bilqeyis xanım gülümsədi. – Halətin 

uşaqlara da keçər, onların yanında olub-keçənləri unutmağa 

çalış...”



510


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin