538
folklor materiallarını kağıza köçürürdü. Orxana və Fikrətə
isti palto, ayaqqabı, Taisə kukla almışdı, fürsət düşən kimi,
qayınanasının ünvanına göndərəcəkdi...
1940-cı ilin yeni ilini müəllim yoldaşlarının məclisində
keçirsə də, narahat idi, hər an özünənəzarəti saxlamaq barədə
düşünürdü. Sonra imtahan sessiyası başladı, qayğıları artdı,
günlərin necə gəlib-keçdiyindən xəbər tutmadı...
Onda artıq yanvarın iyirmi beşində Ruhulla Aхundov və
Böyükağa Talıblının verdiyi ifadələr əsasında Azərbaycan
SSR Daхili İşlər Komissarlığında həbsə alınması barədə ma-
yor Markaryanın imzaladığı, dövlət təhlükəsizlik idarəsinin
II şöbəsinin rəisi Qriqoryan, şöbənin II bölməsi rəisinin müa-
vini Quliyevlə razılaşdırdığı 355 saylı sanksiya olduğunu,
qərara əsasən elə həmin gün respublika prokurorunun müa-
vini Silvestrovun onun həbsinə dair sanksiya verdiyini, sank-
siyanı elə həmin gün daxili işlər komissarının müavini mayor
Markaryanın təsdiq elədiyini, qərarın o gün də Özbəkistan
SSR Daxili İşlər Komissarlığına, ordansa həbsi barədə 40 saylı
sanksiyayla Xarəzm Vilayət Daxili İşlər İdarəsinə çatdırıldığı-
nı hardan biləydi?..
...Həmin axşam dərsdən qayıdıb dincələndə qapı döyüldü,
institutun direktor müavini Komçarov, ümumi yataqxananın
komendantı Maşbekov iki nəfərin müşayiətilə içəri girdilər.
O iki nəfərin biri rus, digəri özbək idi. Komçarovun rəngi
ağarmışdı, gözlərində qorxu vardı.
Həmin anda hər şeyi anladı. Dərhal da hissləri tutqunlaş-
dı, beyni dumlandı, bütün əzaları sustaldı.
“Vilayət Daxili İşlər İdarəsinin nümayəndələri Gerasimen-
ko və Ruzmetov, – rus görkəmli əməkdaş dilləndi. – Əmrə
əsasən bu yoldaşların iştirakıyla otağınızda axtarış aparmalı-
yıq”.
“Əgər ehtiyac varsa, buyurun”, – sorğu-sualın yersiz oldu-
ğunu hiss eləyib otağa işarə elədi.
Bir neçə dəqiqədən sonra masasının üstü, kitab rəfi,
yorğan-döşəyin arası, çamadanının içi, paltarlarının cibi axta-
539
rılmış, “şübhəli əşyalar” bir tərəfə yığılmışdı. O əşyaların ara-
sında pasportu, hərbi bileti, pulu, əmanət kitabçası, elmi
işçilərin üzvlük biletləri, əmrlər, qəbzlər, arayışlar, aktlar,
kinossenarilər, qeyd dəftərçələri, folklor materialları,
fotoşəkillər, etüdlər, iş planları, konspektlər, raportlar, proto-
kollar, məktublar, özbək dilində “Dörd dərviş” nağıl kitabı,
Muğuminin külliyyatı, rus dili dərslikləri və... sapı sümükdən
düzəldilmiş üzqırxan ülgüc də vardı. Üzqırxan ülgücün nəyə
görə şübhəli olduğunu anlaya bilməsə də dillənmədi...
“Şübhəli əşyalar”ı siyahıya alıb sahibinə və şahidlərə imza-
latdılar. Sonra “şübhə doğurmayan əşyalar”ı paltosundan tut-
muş diş fırçasına qədər siyahıya salıb yenə hər üçünə qol
çəkdirdilər.
“Bu əşyalarınız sizinlə birgə həbs düşərgəsinə göndəriləcək,
– Gerasimenko dilləndi. – İndisə paltonuzu geyinin, bizimlə
gedəcəksiniz. Siz həbs olunursunuz!”
Səbəbini soruşmadı, onsuz da aydın idi. Paltosunu geyin-
di, papağını başına qoyub çıxanda dönüb Komçarovun üzünə
baxdı:
“Mənim heç bir günahım yoxdu, – dedi, – buna əmin ola
bilərsiniz”.
“Danışığı kəs! – Gerasimenko acıqlandı. – Hər şey orda
aydın olar!”
Amma hər şey “orda” aydın olmayacaqdı, əksinə, hər şey
məhz “orda” dolaşacaqdı...
Özünü aldatmağa çalışsa da, artıq, az qala, üç il idi ki, bu
məqamı gözləyirdi...