Neriman Qurban indd


XXXV FƏSİL “MÜSƏLMAN”IN ÖLÜMÜ  Muhamməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə148/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   144   145   146   147   148   149   150   151   ...   175
XXXV FƏSİL

“MÜSƏLMAN”IN ÖLÜMÜ

 Muhamməd Əsəd bəy

 Roma, Salerno, Pozitano 

 İyun 1938-ci-iyun 1942-ci illər

 Səhəri gün Salernoda qatardan düşüb, restoranda nahar 

eləyib,  Əsəd  bəyə  yazı  makinası,  radioqəbuledici  alıb  cəmi 

yeddi kilometr uzaqda yerləşən Pozitanoya yollandılar. 

 Pozitano Əsəd bəyi valeh elədi; dəniz sahilindən üzüyuxa-

rı səpələnmiş evlər, pansionlar, dükanlar, restoranlar, kafelər, 

əyləncə yerləri gözəl mənzərə yaradırdı. Bir-birindən başla-

yan,  harda  qurtarması  bəlli  olmayan  pilləkənlər,  dolama 

küçələr,  bir-birinin  damında  yerləşmiş  kimi  görünən  evlər 

ona bir qədər Tiflisin və Bakının dağüstü məhəllələrini xatır-

latdı.


 Əvvəlcə polis idarəsinə gedib qeydiyyatdan keçdi ki, son-

ra başağrısı olmasın: Əsəd bəy İbrahim oğludu, müsəlmandı, 

qafqazlı kübar ailədəndi, kitablar müəllifidi, Pozitanoda bir 

müddət yaşamağa, müalicə olunmağa gəlib. 

 Düşdükləri ev XVII əsrdə tikilmiş, açıq-sarı rəngli fasadı, 

dəniz səmtə baxan xiyabanı olan binaydı. Ev sahibləri qraf və 




541

qrafiniya Pattisonlar Neapolda gəmiqayırma sahəsində işlə-

məyə gəlmiş ingilislərin nəslindən idilər. Hər halda, özlərini 

qonaqlara belə təqdim elədilər.

 Leo-Əsəd bəy havanın saflığından ləzzət ala-ala xeyli ter-

rasda gəzişdi – hələ bütün əzablarının bir daha arxada qaldı-

ğıma inanmırdı. Sonra duruş gətirə bilmədi, bir az gəzmək, 

heç olmasa, kilsəni görmək istədi. Cəmi yarım saat sonra ke-

şiş don Servilyo Cinkvayla tanış olmuşdu. Məşhur Əsəd bəylə 

ünsiyyətinə sevinən don Servilyo almanca əməlli-başlı danı-

şırdı:

  “Bilirsiniz,  sinyor,  deyilənə  görə,  dəniz  allahı  Poseydon 



Pazitez  adlı  bir  su  pərisinə  vurulub,  onun  adından  da  bu 

şəhər yaranıb. Homerin təsvir elədiyi dəniz pəriləri bax o Li 

Qalli adalarında yaşayırlarmış”.

  Leo  yaxınlığında  dayandıqları  Santa-Mariya  Assunta 

kilsəsinin bər-bəzəkli damına, sərasin quldurlarından qorun-

maq üçün tikilən gözətçi qüllələrinə baxıb köksünü ötürdü: 

ona bu yerdə rahat yaşamaq qismət olacaqmı, görəsən?

  “Burda  balet  festivalı  keçirilib,  sinyor,  –  don  Servilya 

həmsöhbət  tapdığından  sevinə-sevinə  danışırdı,  –  Leonid 

Myasin Li Qalli adalarını alandan sonra o festivalı keçirdi, qa-

lib  bilirsiniz  kim  oldu?  Əlbəttə,  Rudolf  Nuriyev.  O  “Qallo 

Lunqo”  villasını  da  Myasin  tikdirib.  Ötən  il  Lö  Karbüzye 

həmin villanı yenidən qurdu. Bura kimlər gəlmir, sinyor, – 

Sergey  Dyagilev,  Pablo  Pikasso,  İqor  Stravinski,  Jan  Kokto, 

Franko  Zeffirelli...  Mişa  Semyonov,  “Don  Covanni”  –  İvan 

Zaqoruyko  burda  yaşayırlar.  Mən  onları  sizinlə  tanış 

eləyərəm, don Əsəd bəy...

 Keşiş ona xoş təsir bağışladı, savadlıdı, həm də alman dili-

ni yaxşı bilir; amma indi Leo Əsəd bəy getməlidi, sol ayağının 

ağrıları yenə başlayıb, yeriməyə çətinlik çəkir...

 Əhməd Cəmil doğrudan da bir neçə gündən sonra Roma-

dan gəlib çıxdı, dostunun vəziyyətilə maraqlandı. Xiyabanda 

gəzişə-gəzişə, ya da dəniz mənzərəli eyvanda konyak içə-içə 

söhbətləşdilər,  Əhməd  Cəmil  Əlcəzair  və  Misirdə  başına 




542

gələnlərdən, Əsəd bəy Qafqazdakı və Avropadakı sərgüzəşt-

lərindən danışırdı. Leopold Veysdən, Valter Merinqdən sonra 

Leonun,  yanında  özünü  belə  rahat  hiss  elədiyi  həmsöhbəti 

olmamışdı. Elə o gün də Əhməd Cəmil gələcəyini vəd eləyib 

yoxa çıxdı. 

  Əsəd  bəy  yeni  dostunun  yoxluğunu  dərhal  hiss  elədi; 

xüsusilə də payızın sıxıntılı günləri özünü bildirəndə, olan-

qalan pulu tükənəndə ona bərk ehtiyac duydu. Nəşriyyatlarla 

müqavilə bağlaya, çap olunan kitablarının pulunu ala, “Roma 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin