adam ola bilməz. Əsəd bəy də artıq Erikaya nifrət eləyirdi. Eri-
ka onun Pozitanoda yaşadığından xəbər tutub yerli polis
idarəsinə göndərdiyi məktubunda yazmışdı ki, keçmiş əri
Lev Nussimbaum özünü azərbaycanlı kimi qələmə verir, hal-
buki yəhudidi. Polis idarəsindən araşdırmaq üçün gəldilər,
xoşbəxtlikdən bu vaxt Əhməd Cəmil dostunun yanındaydı.
Xəstənin vəziyyətinin ağırlığını əsas gətirib suallara o cavab
verdi, polisləri “təkzibolunmaz dəlil-sübutlarla” inandırdı ki,
Əsəd bəy azərbaycanlıdı, “iki kitabının Azərbaycan dilində oriji-
nalları var”.
Hamının təəccübünə rəğmən, polis onu həbs eləmədi, hələ
bu da azmış kimi, əlindən gələn köməyi göstərməyə çalışdı.
Şəhərin fondundakı yardım vəsaiti tükənəndən sonra Saler-
noya üz tutdular; ordan Daxili İşlər Nazirliyinə müraciət
elədilər; Daxili İşlər Nazirliyi sənədləri Xarici İşlər Nazirliyinə
yolladı; Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə məktub göndərdi;
ABŞ səfirliyi araşdırma aparıb Neapoldakı konsulluğu
vasitəsilə cavab verdi: Əsəd bəy Amerika vətəndaşı deyil, heç vaxt
da olmayıb, ona görə də həmin şəxsə görə məsuliyyət daşımırlar...
Bu bəyanat hər şeyi dəyişdirdi: yerli polislərin, az qala,
diplomatik pasport saydıqları, Amerikaya gedəndə Almani-
yadakı “Lloyd” firmasından aldığı gəmi bileti bundan sonra
lazımsız kağız parçasından başqa bir şey deyildi. Əsəd bəy
bəyanatdan qəzəblənib “Amerika vətəndaşlığı”ndan imtina
elədiyini, İtaliya vətəndaşlığına keçmək istədiyini bildirdi.
Amma bu sözləri hakimiyyət dairələrində elə bir təəssürat
oyatmadı. Üstəlik, günlərin birində polislər yazı makinasını
və padiosunu götürüb apardılar: bir halda ki, sinyor Əsəd
bəyin ari irqə mənsubiyyəti yoxdu, həm də Amerika vətəndaşı
547
deyil, deməli, bura gəlməkdə, yazıb-dinləməkdə başqa
məqsədi ola, yəni hansı ölkəyəsə məlumat ötürə bilər; xəstə
yazmaq istəyirsə, qoy əllə yazsın.
Əsəd bəysə yazırdı. “Raşer” nəşriyyatıyla bağladığı
müqaviləyə görə yazdığı “Qızıl” əsərini yarımçıq qoyub
“Sevgidən bixəbər kişi”ni – avtobioqrafiyasını qələmə alırdı.
Bu yazının janrı-filanı yox idi: ağrılarını unutmaq, yaxınlaşan
ölüm xofundan qaçmaq məqsədilə artıq ayağı kimi xəstə olan
şüurunun diktə elədiklərini kağıza köçürürdü. Yazdıqları qı-
rıq-qırıq xatirələrdən, yaşadığı ömrə hər hansı düzən-məna
vermək cəhdindən ibarətiydi. Göy mürəkkəblə lap xırda
hərflərlə qeyd dəftərçələrinə köçürdükləri lap bitib-
tükənməyən ölümqabağı vəsiyyətə oxşayırdı...
***
Ağrılar aman verəndə kiçik xiyabanda oturub şəhərin və
dənizin mənzərəsinə baxırdı. Bütün gördüklərində Bakını
qəribə tərzdə xatırladan nəsə vardı: La Qalli adası, Narginə
oxşayır, üzüaşağı dənizə enən küçələr, yastıdam evlər
Çəmbərəkənd, Dağlı məhəllələri səmtini andırırdı. Bütün
bunları duyanda kövrəlir, ömrün keçib-getdiyindən əzab
çəkirdi...
Hərdən bəxti gətirən vaxtlar da olurdu...
Arabir Stefanla Doroteya gəlir, siyasi və ədəbi aləmdəki
yeniliklərdən danışır, konyakla bir neçə saatlığa əzablarını
yüngülləşdirir, az da olsa, pul verirdilər...
Bir dəfə də Almaniyada olanda tanıdığı Armin Veqner
gəlmişdi. Qatı ermənipərəst, “Daşnaksütyun”un gizli və eti-
barlı silahı olan Armin Teofil Veqner vaxtilə Mesopotamiya-
da, general fon der Holtsun ordusunun sanitar hissəsində
qulluq eləmiş, sonra hərbi müxbir kimi Anadoluya getmiş,
aclıqdan və xəstəlikdən tələf olan ermənilərin şəkillərini çəkib
Dostları ilə paylaş: |