“soyqırım qurbanları” adıyla dünyaya yaymışdı; hətta Amerika
prezidenti Vudro Vilsona açıq məktub yazmış, Almaniyada
548
təbliğatla məşğul olmuş, Tələt Paşanın qətli üzrə məhkəmənin
stenoqramına ön söz yazıb çap etdirmişdi. Sonralar ermənilər
barədə məqalələr, oçerklər, hekayələr qələmə alıb “humanist
yazıçı” kimi tanınmışdı. Nasional-sosialistlər hakimiyyətə
gələndən sonra da Fürerə açıq məktubla müraciət eləyib
yəhudilərin müdafiəsinə qalxandan sonra təqiblərdən yaxası-
nı qurtarıb Londonda məskən salmışdı. “Yəhudi Vyana jurna-
listi, – bir vaxtlar Armin onun haqqında yazmışdı, – xarakterik
tipli ədəbi kələkbaz, istedadlı, lakin məsuliyyətsizdi, çünki həmişə
bir kitabdan dörd-beş kitab dezəldib, onlara müxtəlif adlar verib
təkrar-təkrar satışa çıxarır”.
İndi Əsəd bəy bunu qonağına xatırlatmadı: ya unutmuş-
du, ya da bir neçə saatlığa da olsa, əzablarını yüngülləşdirən
adamın xətrinə dəymək istəmədi. Bir neçə qədəh fransız
konyakı içib Almaniyadakı vəziyyətdən danışıb, ötən
günləri yada salıb xeyli qüssələndilər. Veqner bundan sonra
tez-tez baş çəkəcəyini deyib, yardımını masanın üstünə qo-
yub getdi...
Günlərin birində köhnə tanışı Corc Silvestr Virek gəldi,
onu belə görüb çox məyus oldu, amma əlindən bir qədər pul
verməkdən, Amerikaya qayıdandan sonra yenə kömək
göndərəcəyini vəd eləməkdən başqa bir şey gəlmədi.
Dediyinə görə, Valter Merinqlə Nyu-yorkda rastlaşmışdı:
Valter Vyanada həbs olunubmuş, necə olubsa, qaça bilib,
Fransaya, ordan Martinikiyə, nəhayət, Amerikaya gedib çıxıb,
hələ ki, onun himayəsində yaşayır...
Sonra Herhardt Hauptman baş çəkdi: Əsəd bəy
həyəcanından, az qala, ağlını itirmişdi: Nobel mükafatı laure-
atı, məşhur şair-dramaturq onu yada salıb! Virek ona məktub
yazıb dostuna qayğı göstərməyi xahiş eləyibmiş. Hauptman
da yardımını əsirgəmədi, üstəlik, Rapalloya, Pima Andreaya
teleqram vurdu ki, dostu ağır vəziyyətdədi...
Ardınca daha bir Nobel mükafatçısı, Batler Yeyts təşrif bu-
yurdu: əlbəttə, Əsəd bəyin kitablarından bir neçəsini oxuyub,
549
onun xəstələnməsinə təəssüflənir, amma bir qədər maddi
yardımdan başqa nəsə eləmək iqtidarında deyil...
Bu şəhərcikdə məskən salmış alman kübarlarından Eliza-
bet Kastonye də Əsəd bəyi yoluxdu: Vyanaya qayıdır, bəlkə
Əsəd bəyin bir istəyi var? Əlbəttə, istəyi var: ona Vyanadan
frak, şalvar, ağ köynək, kəpənək qalstuk göndərsin, buna
görə minnətdar olar. Xanım Kastonye ölüm ayağında olan
xəstənin arzusuna heyrətlənsə də, mərhəmətlə gülümsə mək-
dən başqa bir əlac görmədi.
Sədaqətli dostu Ömər-Polf Ehrenfels ünvanını hardansa
tapıb məktub yazmışdı: çətinliklə də olsa, Macarıstandan,
Yuqoslaviyadan keçib Misirə yollanmış, ordansa gedib
Kəraçiyə çıxmış, Muhamməd Əsədlə görüşmüşdü; indi
Heydərabaddaydı, universitetdə dərs deyirdi. Ömər-Rolf
Heydərabadı elə müfəssəl təsvir eləmişdi ki, Əsəd bəy özünü,
az qala, orda hesab eləyib təəssüfləndi: nahaq dostunun
sözünə baxmadı, bəlkə də qurtuluşunu Şərqdə axtarsaydı,
daha məntiqli olardı...
Bir müddət sonra sədaqətli Pima Andreadan pul və
məktub aldı: dostu onun xəstəliyinə təəssüflənir, vaxt tapan
kimi - lap yaxın müddətdə Pozitanoya gələcəyini vəd
eləyirdi...
Xeyirxahlarının verdikləri məbləğ bir neçə ay ərzində
xərclənib qurtardı; ev kirayəsi, az qala, hər gün yerli əczaçıdan
aldırdığı morfinin pulu, qulluqçunun haqqı, gündəlik
yeməyi... olan-qalanını silib-süpürüb apardı, təzədən borclar
üst-üstə qalanmağa başladı. Kapitan Pattisonun qulluqçusu,
həm də ona xidmət eləyən Fioravante Rispolini tez-tez dilə
tutmalı olurdu:
“Covanni, bəlkə əczaçının yanına qaçasan? – Ağrıları baş-
layanda Əsəd bəy mülayim səslə dillənirdi. – Bax gör, ola bil-
sin, bir az morfi verdi. İncimirsən ki?”
Oğlan əczaçıdan alacağı cavabı əvvəlcədən bilirdi:
“Qoy gəbərsin! Ona dərman verməkdən bezdim, pulunu
da ödəyə bilmir!”
550
Amma gedirdi, eyni sözləri eşidib əczaçını insafa gətirməyə
çalışır, bəzən istəyinə çatıb savaba batırdı...
Alisa Şulte artıq sevimli Leosunu, demək olar, tanımırdı:
qarşısında arıqlamış, sümükləri çıxmış, saçı tökülmüş, gözləri
çuxura düşmüş, sol ayağı dizəcən qaralmış qoca kişi vardı.
Cəmi bir il ərzində insanın bu qədər dəyişə biləcəyi dayənin
beyninə heç cür yerləşmirdi. Leonun qıçındakı ağrıların bu
fəlakətlə nəticələnəcəyi ağlına gəlməzdi.
Əsəd bəy o günlərdə Vyanadan göndərilmiş, üzərində
məscid silueti olan “Qızılbuynuzlu qız” romanını laqeyd hal-
da vərəqləyib bir tərəfə qoydu. Daha belə şeylərlə maraqlan-
mağa taqəti yox idi, son gücüylə xatirələrini birtəhər tamam-
lamaq istəyirdi.
Əzablı günlərin nə qədər davam eləyəcəyini hələ kimsə
bilmirdi. Xəstənin ağrıları başlayıb qurd kimi ulayanda dayə
onun başını sinəsinə sıxır, əlacsızlıqdan göz yaşı axıdırdı. Leo
yalnız mofi vurulandan sonra sakitləşir, bir qədər huşa gedir,
bir müddət dünyanı olduğu kimi qavraya bilirdi.
Axır ki, Əhməd Cəmil Məzhər də peyda oldu. Bu dəfə tez
yoxa çıxmadı, hətta kömək əlini də uzatdı: dostunun verdiyi
həşiş Əsəd bəyi bir neçə saatlığa da olsa, əzablardan xilas
eləyirdi.
“Cəmil yanımda qaldı, – Əsəd bəy xırda xətlə gündəliyində
yazırdı. – Xiyabanın kölgəsində oturmuşam. Mehi hiss eləyir, əlimi
Dostları ilə paylaş: |