xəstəliyi” adlandırılan ağrılı, nadir qan xəstəliyiydi, bir sözlə,
taleyi məlum idi...
***
Artıq Əsəd bəyin dərdi, az qala, şəhər camaatının dərdinə
çevrilmişdi, “Müsəlman”a – gəldiyi gündən onu belə çağırır-
dılar – kömək eləmək üçün hər şeyə əl atırdılar: don Servilyo
tez-tez ona baş çəkir, ağrılarını unutması üçün dua eləyir,
gəzməyə çıxarırdı; “Pansione San-Mateo” pansionunun
sahibəsi Doroteya Flatov – Doco ona bir qab makaron aparır-
dı ki, acından ölməsin; şəhərin meri və polis şerifi aradabir
baş çəkib məşhur qonağın vəziyyətilə maraqlanırdılar.
Əlbəttə, mühacirlər arasında həm onun tanıdıqıarı, həm
də onu tanıyanlar vardı, yardım əllərini əsirgəməzdilər,
amma Əsəd bəy kimsəyə ağız açmaq istəmirdi, məşhur yazı-
çıya qayğı göstərməyi mənəvi borc sayanlar özləri müraciətsiz-
filansız gəlirdilər...
Bir gün təxminən yaşıdı və “həmyerliləri” olan cavan ər-
arvad qapısını döyüb tanış oldular: Stefan Paul Anders, Trit-
tenhaymda doğulub, ilahiyyatı öyrənib, məktəbdə latın dilini
və ilahiyyatı tədris eləyib, katolik jurnalının redaktoru olub,
sonra Köln və Yena universitetlərində tarixi, ədəbiyyatı
öyrənib; arvadı Doroteyayla da elə Yenada tanış olub, evlə-
niblər; nasional-sosialistlər hakimiyyəti ələ keçirəndə Doro-
teyanın taleyindən narahat olduqlarına görə – yəhudiymiş –
Pozitanoya gəlib burda yaşamağı qərara alıblar; Düzdü, Ste-
fan arada qayıdıb, iki il Berlin radiosunda işləyib, amma
sərbəst yaradıcılıqla məşğul olmağa üstünlük verib; hekayələr
yazır, roman üzərində çalışır, portretlər, peyzajlar çəkməyi
sevir; Əsəd bəyin kitablarını oxuyublar, ona böyük rəğbət ləri
var; Stefan şəhərin məşhur qonağının portretni çəkməyi ar-
zulayır...
545
“İltifatınıza görə, sağ olun, – Əsəd bəy, nəhayət, başını qat-
mağa, əzablarını yüngülləşdirməyə bir vasitə tapıldığına se-
vindi. – Sizi maraqlandırdığıma görə məmnunam...”
Razılaşdılar ki, Stefan (şübhəsiz, arvadıyla birgə) gələcək,
Əsəd bəyin portreti üçün müşahidələr aparacaq, eskizlər
çəkəcək.
O gündən həftədə bir, ya iki dəfə gəlir, bir kənarda sakitcə
əyləşib yazmağına, gəzişməyinə, fikirləşməyinə baxır, nəyisə
öz aralarında astadan müzakirə eləyirdilər. Hətta, dostlaş-
mışdılar, yaradıcılıqdan danışır, Stefanın gətirdiyi konyak-
dan içirdilər. Nyu-Yorklu jurnalistlərdən biri onu nə vaxtsa
“səccadə gəzdirməyən, dua eləyəndə Məkkənin səmtini müəyyə-
nləşdirə bilməyən, donuz əti yeyən və şərab içən adam” kimi təsvir
eləmişdi. Bütün bunları gözlərilə görən Doroteya çox-çox
sonralar yazacaqdı: “Əsəd bəy həmişə müsəlman olduğunu xüsu-
si qeyd eləyirdi, amma bir dəfə də olsun, onun dua elədiyini, ya da
namaz qıldığını görmədim”.
Milad bayramı ərəfəsində portret hazır oldu. Əsəd bəy Ste-
fanın işindən razı qaldı: gözəldi, daxili aləmini sifətində əks
etdirməyi bacarıb:
“Amma sənə zəhməthaqqı verə bilməyəcəyəm, dostum, –
dodaqlarında əzab dolu təbəssüm peyda oldu, – indi özümün
köməyə ehtiyacım var”.
“Narahat olmayın, – Stefan dilləndi, – onsuz da
zəhməthaqqı almaq fikrim yox idi. Sadəcə, Əsəd bəyə layiq
nəsə eləmək istədim...”
Milad bayramından sonra Əsəd bəyin vəziyyəti lap
pisləşdi, ağrılar o qədər dözülməz olurdu ki, yaralı qurd kimi
ulayırdı; ayaq barmağındakı qaraltı get-gedə böyüyür, yavaş-
yavaş qıçına yayılırdı. Bir daha Covanni Centileyə üz tutmalı
oldu. Centilenin xahişilə xəstəyə baş çəkməyə gələn doktor
Fiorentino onu Salerno xəstəxanasına aparmaqdan başqa bir
çıxış yolu tapmadı.
Salerno xəstəxanasındakı müalicə də yaxşı nəticə vermədi:
dava-dərman qanqrenanın qarşısını ala bilmir, üstəlik,
546
xəstənin əzablarını azaltmaq üçün tez-tez morfi vurmalı olur-
dular. Sol ayağının iki barmağının kəsilməsi belə, Əsəd bəyi
sürətlə yaxınlaşan ölümdən qurtara bilmədi: çəkdiyi
işgəncələrdən, az qala, günbəgün əriyir, qocalırdı.
İnsana nə vaxtsa sevdiyi, sonralarsa xəyanət eləmiş kəs qədər yad
Dostları ilə paylaş: |