Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə149/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   145   146   147   148   149   150   151   152   ...   175
üzərinə  yürüş”  kitabını  yazmaq  üçün  Mətbuat  və  Təbliğat 

Nazirliyindən ümid bəslədiyi icazəni ala bilmir. Güman ki, 

xanım Qurban Səid – baronessa Elfrida fon Bodmershof artıq 

Afinada,  Ömər-Rolf  fon  Ehrenfels  Hindistandaydı.  Əvvəlcə 

Vyanadakı yaxın tanışlarından birinə təcili məktub göndərib 

Ömər-Rolfun  yeni  ünvanını  dəqiqləşdirdi,  sonra  ona  yazıb 

xahiş  elədi  ki,  Elfridanın  izini  tapıb  Avropanın  nəşriyyat-

larından  qonorarını  alıb  göndərmək  vədini  ona  xatırlatsın; 

yazdı ki, axırıncı dəfə miss Qurban Səidin adından “Ameri-

ken  Ekspress”in Afina  bürosu  vasitəsilə  iki  yüz  dollar  alıb; 

yazdı ki, gəl gör nə qədər tənha, necə kimsəsizəm, bunu bü-

tün dünyaya car çək.

 İntizarlı günlər bitib-tükənmək bilmir, get-gedə vəziyyəti 

daha da dözülməz olurdu. Frau Şulte olan-qalanını satıb üst-

üstə  yığılan  borcları  ödəyirdi.  Düzdü,  Pattisonlar  hörmətli 

Əsəd  bəyi  kirayə  haqqına  görə  sıxma-boğmaya  salmırdılar, 

bilirdilər ki, düşdüyü çətinlikdən çıxan kimi borclarını qayta-

racaq. Kirayənişininsə artıq ən zəruri ehtiyatlarını ödəməyə 

imkanı yox idi. Şübhəsiz, Düçenin qanunları əsasında ari irqə 

mənsubluğunu isbat eləsəydi, o bağlı qapıların hamısı açıla-

caqdı. 

 Oktyabrda “Roma üzərinə yürüş” kitabı üşün icazə, axır 

ki,  gəlib  çıxdı.  Ancaq  artıq  fikirlərini  cəmləşdirmək,  ağlına 

gələn  mövzu  üzərində  işləmək  iqtidarında  deyildi,  ağrılar 

işləməyinə imkan vermirdi.



543

 Dekabrın son günlərində Corc Silvestr Virekə məktub yaz-

dı, dostunun Kayzer haqqında kitabına “əl gəzdirdiyinə” görə 

ona  borcu  qalmadığını,  amma  müalicə  olunmaq  üçün  yüz 

dollar borc istədiyini yazdı. Virek, yəqin, bu məqamda yar-

dım əlini uzatmaqdan imtina eləməzdi. 

 Bir məktub da Herhardt Hauptmana yazdı: Nobel müka-

fatı laureatı, güman ki, onu tanıyır, kitablarından xəbəri var, 

köməyini  əsirgəməz;  üstəlik,  Virekin  Hauptmanla 

münasibətləri çox yaxındı, ola bilməz ki, dostunun vəziyyəti 

haqqında ona məlumat verməsin.

  Yenə  Covanni  Centileyə  üz  tutdu,  yazdı  ki,  sənədləri 

bolşeviklərin  əlində  qaldığından  ailəsinin  üç  nəsil  ari  irqə 

mənsub olduğunu sübut eləmək üçün ona səriştəli antropo-

loq tapsın; yazdı ki, həmin adam tamamilə rəsmi dairələrin 

etibar elədiyi adam olmalı, beləliklə, bu məsələni yoluna qoy-

malı,  nəhayət,  hamı  rahat  nəfəs  almalıdı;  yazdı  ki,  ondan 

müəyyən məbləğdə pul alan kimi, dərhal Florensiyaya yolla-

nacaq,  həmin  vaxta  qədər  artıq  elmi  metodlardan  istifadə 

eləyib onun hansı irqə mənsub olduğumu sübuta yetirməyə 

hazır olan belə bir antropoloq tapa bilər.

  Covanni  Centilesə  Əsəd  bəyin  məktubuna  ümidsiz,  bir 

qədər  də  etinasız  cavab  verdi:  rəsmi  dairələr  bu  yolla  irq 

müəyyənləşdirməyin nəticələrini qəbul eləməzlər, harda gö-

rünüb ki, sənədsiz-filansız adamın hansı irqə mənsub olduğu 

barədə  hökm  versinlər;  Əsəd  bəyin  xəstəliyini  müalicə 

etdirmək  üçünsə  bacardığını  əsirgəməz.  Salerno  xəstəxa-

nasındakı cərrah dostu Vito Fiorentinaya zəng vurub Pozita-

noda  Əsəd  bəyə  baş  çəkməyi,  vəziyyəti  barədə  məlumat 

verməyi xahiş eləyib.

  Vito  Fiorentino  onun  tapşırığını  yerinə  yetirdi,  nəticə 

gözləniləndən də kədərli oldu. “Əsəd bəy ciddi xəstədi, – cərrah 

Centileyə yazdı, – o tibb elminin hələ müalicəsində aciz olduğu 

Reyno xəstəliyindən əziyyət çəkir”.

 Amma doktor Fiorentino bir qədər səhv eləmişdi: Leonun 

xəstəliyi  Avropa  yəhudilərinə  –  Aşkenazi  soyuna  mənsub, 



544

iyirmi-qırx yaşlı kişilər arasında tez-tez rast gəlinən, “Burger 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin