Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə157/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   153   154   155   156   157   158   159   160   ...   175
insan əlləri, donbalmış gözlər, arxaya getdikcə siçan dişlərinə oxşa-

yan sarı dişlər. Onun yatağı siqaret kötüklərinin açdığı deşiklərlə 

doluydu., lakin son ana qədər ağıllı yumor qabiliyyətinə və iti siyasi 

görüşlərə malik idi. O çəlimsiz ruh kimi otaqda çətinliklə var-gəl 

eləyirdi.  Əvvəllər  yataqda  olanda  gördüyümdən  daha  pis 

vəziyyətdəydi”.

 Arabir doktor Fiorentino gəlir, xəstənin əhvalını öyrənir, 

yaralarını  sarıyır,  artıq  sonu  yaxınlaşdığını  duyur,  əməliy-

yatdan başqa çıxış yolu görmürdü. Amma Əsəd Bəy qəti eti-

raz  elədi:  əməliyyata  tab  gətirməz;  həm  də  özünü  qıçsız 

təsəvvür eləmək onu dəhşətə salırdı. Doktor Fiorentino yara-

larını  sarıyanda  yaxın  evlərdəki  uşaqlar  qapı-pəncərədən 

boylanır, Müsəlmanı görməyə çalışır, ağrı başlayıb ulartı səsi 

gələndəsə küçəylə qaça-qaça qışqırırdılar:

 “Deyəsən, Müsəlmanın nəyinisə kəsirlər! Deyəsən, Müsəl-



manın nəyinisə kəsirlər!”

***


 Ömrünün son qışında gəmi üç sədaqətli adamın – şəfqətli 

dayəsi  frau  Şultenin,  etibarlı  dostu  Əhməd  Cəmilin,  bir  də 

mərhəmətli hamisi Pima Andreanın ümidinə qalmışdı...

 Virekə məktub yazdı, amma ondan səs çıxmadı, bunu da 

qəzəb  tutmaları  vaxtı  “Kayzerin  məhkəməsi”  ktabının 

müəllifliyilə bağlı söylədiyi iddiaların Corcun qulağına çat-

masına yozdu... 

 Pima Andrea, hətta, Düçeyə məktub yazıb müəyyən imti-

yazlara  nail  olmuşdu:  Əsəd  bəyin  yazı  makinasını  və 

radioqəbuledicisini geri qaytarmışdılar, artıq faşistyönümlü 

qəzetlərdə məqalələrini çap etdirməsinə də icazə verilmişdi. 

Ondan  ötrüsə  nə  barədə  yazmağın,  harda  çap  olunmağın 

daha elə bir əhəmiyyəti yox idi, təki yazsın, təzədən əvvəlki 

şöhrətinə qovuşsun.




560

 1942-ci il yanvarın axırlarında son imkandan istifadə eləyib 

Düçeyə məktub yazdı: “Təcrid olunmuş vəziyyətdə Pozitanoda 

yaşayıram.  Ağır  xəstəyəm,  məvacibim  olmadığına  görə  acından 

ölürəm.  İtaətlə  Sizdən  İstkambi  Vinceredə  olan  pulu  mənə 

göndərməyinizi xahiş eləyirəm. Zəfər bizimdir”.

 Bəxti bu dəfə gətirdi. Heç bir ay keçmədi ki, kitablarının 

qonorarını aldı. Bu vəsaitlə bir müddət keçinə bilərdi.

 Artıq Pima Andrea, Ezra Paund və Əhməd Cəmilin sayə-

sində Romada ona qarşı münasibət bir qədər isinmişdi. Hətta 

radionun xarici verilişlər şöbəsi Şərq redaksiyasının rəhbəri 

doktor  Mario  İncidiyə  göstəriş  verilmişdi  ki,  Əsəd  bəylə 

əməkdaşlıq məsələlərini həll eləsin. O da Əsəd bəyə məktub 

yazıb şərtləri göndərmişdi: adı anonim qalacaq, ayda üç yüz 

lir maaş alacaq, fars dilində İran və Əfqanıstan üçün nəzərdə 

tutulmuş  verilişlər  hazırlayacaq;  əgər  Əsəd  bəyin  Romaya 

gəlmək imkanı yoxdusa, səsini Neapoldakı studiyada da yaz-

maq olar.

 Avqustun iyirmi dördündə məsələ rəsmən həll olunmuş, 

sənədlər hazırlanmış, Romaya getməsi üçün beş yüz lir ayrıl-

mışdı.  Əhməd  Cəmil  Pozitanoya  gəlib  dostunu  paytaxta 

qədər müşayiət eləyəcəkdi.

 Amma artıq gec idi: xəstəlik öz işini görmüş, Müsəlmanın 

ömür  möhlətini  tükətmişdi.  Əsəd  bəyin  qıçları  kömür  kimi 

qaralmışdı, elə bil, ocağın üstünə tutub yandırmışdılar. Bircə 

iri  gözlərindəki  çılğın  parıltı  qalmışdı,  deyəsən,  hələ  taleyə 

təslim olmaq istəmirdi.

 Avqustun son həftəsində heç ürək parçalayan ulartısı da 

eşidilmirdi:  sadəcə,  daha  duyduğu  işgəncələrə  reaksiya 

vermək qabiliyyətini itirmişdi...

 Axır iki günü ancaq stulda otura bilirdi, yataqda uzananda 

ağrıları  daha  amansız  olurdu.  Avqustun  iyirmi  yeddisində 

axşam  frau  Şulte  ağrıkəsiçi  iynəni  vurandan  sonra  yatmaq 

istədi. Qəribəydi ki, günorta saat üçəcən rahat yatdı. Bir qədər 

dincəlmək üçün uzanan frau Şulte yuxudan oyanıb onun can-




561

sız bədənini görəndə sanki rahatlandı: sevimli Leosunun son 

arzusu həyata keçmiş, əzabkeş cismi əzablardan qurtulmuş, 

dünyayla ağrısız-acısız vidalaşmışdı...

 Frau Şulte adamlar gəlib çıxana qədər yatağın yanından 

tərpənmədi...

 Əhməd Cəmil xəbəri yolda eşitmişdi, onun son nəfəsinə 

yetişmədiyinə  görə  çox  təəssüfləndi.  Sonra  mərhumun  başı 

üstündə dua oxudu, Muhəmməd Əsəd bəyin müsəlman kimi 

dəfn  olunmaq  arzusunu  bildirib  cəld  hazırlığa  başladı:  yay 

idi, meyiti çox saxlamaq olmazdı. Cəsədi yuyub-kəfənləmək 

üçün yaxınlıqdakı evdə xidmətçi olan ərəb mühaciri çağırt-

dırdı.

 Sonra don Servilyonun, Stefan və Doroteya Anderslərin, 



şəhər merinin, polis şerifinin, mühacirlərin, qonşuların qoşul-

duğu  matəm  dəstəsi  dik  pilləkənlərlə  təpənin  üstündəki 

qəbiristanlığa qalxdı.

 Yasa gələnlər mərhumun Quran oxuya-oxuya bu dünyayla 

vidalaşdığından danışırdılar. Görünür, şayiəni Əhməd Cəmil 

qəsdən yaymışdı, belə məsləhət idi... 

  Qəbiristanlıqdan  Tirren  dənizinə  şahanə  mənzərə  açı-

lırdı...


 Qəbrini, Əhməd Cəmilin tapşırığıyla üzü Kəbəyə doğru 

qazmışdılar,  amma  qəbir  yeri  qəbiristanlığın  hasarından 

kənardaydı,  çünki  müsəlmanlığı  qəbul  elədiyinə,  həm  də 

özünü amerikalı kimi təqdim eləyən yəhudi olduğuna görə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin