Neriman Qurban indd


XXXVI FƏSİL MÜƏLLİFİN ÖLÜMÜ  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə159/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   155   156   157   158   159   160   161   162   ...   175
XXXVI FƏSİL

MÜƏLLİFİN ÖLÜMÜ

 Yusif Vəzir

 Urgənc, Bakı, (Qorki) Nijniy Novqorod, Suxobezvodnaya 

 Yanvar 1940-cı – yanvar 1943-cü illər

 Hər şey bitdimi?

 Bəlkə, yox! Araşdırmalardan, sorğu-suallardan sonra gü-

nahsız olduğunu görüb azad eləyəcəklər?

 Hələ ki, təəssüfləndiyi üç şey vardı: Bilqeyis xanım üçün 

gözaltı  elədiyi  boynu  xəzli  paltonu  ala  bilmədi;  Orxan  və 

Fikrətin  paltolarını,  ayaqqabılarını,  qızının  kuklasını 

göndərməyə macal tapmadı, uşaqlar üşüyəcəklər, Taisin gözü 

yolda  qalacaq;  ailəsini  Şuşaya  aparacağını  vəd  eləmişdi, 

vədini yerinə yetirməyə qoymadılar...

  Semyon  Pankratovun  qurduğu,  Mir  Cəfər  Bağırovun 

təkmilləşdirdiyi,  Yuvelian  Sumbatov-Topuridze  və  Mixail 

Rayev-Kaminskinin var gücüylə işə saldığı, Stepan Yemelya-

novun davam etdirdiyi sistem dəqiq işləyirdi. Elə həmin ax-

şam  onu  Bakıya  yola  düşən  qatara  mindirdilər.  Urgəncdən 

dəmiryol vağzalına “çernaya vorona” adlandırılan pəncərələri 




567

barmaqlıqlı  maşında  apardılar,  daim  susan  bir  zabit  və  iki 

əsgərə  təhvil  verdilər,  iki  gün  ərzində  də  qısa  əmrlərdən 

başqa bir şey söz eşitmədi.

  Bakını  da  “çernaya  vorona”nın  pəncərəsinin  barmaqlığı 

arasından gördü: boz-bulanıq havaydı, göydən, elə bil, qur-

ğuşun asılmışdı. Yoxsa ona elə gəlirdi? Ürəyindəki ağırlığın 

get-gedə artdığını hiss eləyir, tutqunlaşırdı.

 Onu Xalq Daxili İşlər Komissarlığının dəniz kənarındadakı 

beşmərtəbəli binasına gətirdilər. Bütöv məhəlləni tutan geniş 

həyətdə  daha  bir  beşmərtəbəli  bina  olduğundan  indi  xəbər 

tutdu.  Bura  komissarlığın  daxili  istintaq  təcridxanasıydı, 

haqqında çıx eşitmişdi, tanıdığı adamların çoxu o binanın di-

varları  arasında  sındırılmışdı.  Binanın  ikinci  mərtəbəsində 

qadınlar,  qalan  mətrəbəsindəsə  kişilər  saxlanırdı.  Birinci 

mərtəbədəki  iki-dörd  nəhərlik  kameralarda  “istintaqı” 

bitəndən sonra haqqında çıxarılacaq hökmü gözləyənləri sax-

layırdılar,  qalan  mərtəbələrdəki  kameralarsa  birnəfərlik  idi, 



“istintaqı”nı  gözləyən,  “istintaqı”  gedənlər  saxlanırdı. 

Zirzəmidə divarları səs keçirməyən xüsusi işgəncə kamerala-

rı vardı ki, bunu da yalnız ora düşənlər bilirdilər. 

  Gətirən  adamlar  onu  komendantın  otağına  apardılar, 

nəzarətçilərə  təhvil  verib  getdilər.  Nəzarətçilər  də  xüsusi 

otaqda, soyunmağı əmr elədilər, paltarının bütün düymələrini 

kəsib  siyirməyə  atdılar,  elə  alt  paltarının  üstündəncə  qara 

pencəyini geyinməsinə icazə verdilər, sonra qonşu otaqda sa-

çını  qırxdılar,  digər  otaqdasa  yaxasına  621  rəqəmi  yazılmış 

lövhə bərkidib bir neçə yandan şəklini çəkdilər, barmaqlarını 

mürəkkəbə  batırıb  kağza  basmağı  əmr  elədilər,  axırda  har-

dansa gəlmiş üç nəzarətçiyə təhvil verib kağıza imza atdırdı-

lar.  Nəzarətçilər  onu  dar  dəhlizlərdən  keçirib  üçüncü 

mərtəbənin üzbəüz kameralarından birinə – 112-ci kameraya 

saldılar.  Baş  açmadığı  ağır  materialdan  hazırlanıb  üzünə 

dəmir təbəqə çəkilmiş qapı şaqqıltıyla örtülüb, üç yerindən 

bağlandı: qıfılın biri adəti yerindəydi, ikisisə üzərindəki ça-

lın-çarpaz dəmir millərə vurulmuşdu.




568

 Nəzarətçilərin dəhlizlə uzaqlaşan vahiməli ayaq səslərini 

dinləyə-dinləyə kameranı nəzərdən keçirdi: uzunu üç, eni iki 

addım olardı, hər tərəh betondan idi, yalnız dəmir çarpayı, 

dolabça, əlüzyuyan, qapının arxasında ehtiyac yeri – “paraşa” 

vardı. Bir də nəfəslikdəki dəmir barmaqlığın doğradığı bom-

boz səma parçası görünürdü.

  Mədəsi  sancdı:  yadına  düşdü  ki,  səhər  qatarda  bir  tikə 

qara çörək yeyib, bir parç da ilıq çay içib. İndi daha çox papi-

ros  çəkmək  istəyirdi,  illərdən  bəri  öyrəşdiyi  tənbəki  zəhəri 

sinirlərini, heç olmasa, bir qədər sakitləşdirərdi.

 Görəsən, ailəsinə xəbər verdilərmi? Düzdü, Bilqeyis ağla-

yacaq,  amma  dəyanətlidi,  sınmayacaq,  uşaqları  da  sınmaya 

qoymayacaq,  qohumlarının  köməyilə  güzəranını  yola  verə-

cək, bununla belə, ərinin günahkar olduğuna heç vaxt inan-

mayacaq,  Bağırova,  Kalininə,  Stalinə  yazıb  onun  günahsız 

olduğunu sübuta yetirəcək...

 Daha gecəylə gündüzü ancaq pəncərənin ağarıb-qaralma-

ğından  bilir.  Kamera  soyuqdu,  bütün  günü  yataqda  adyala 

bürünüb  uzanmaq  olmur,  bir-birinə  qaynaq  edilmiş  yoğun 

dəmirlərdən  düzəldimiş  çarpayı  da  ancaq  əziyyət  çəkməyə 

yarayır:  döşək  adlanan  mitil,  az  qala,  millərin  arasından 

düşəcək, adyal da o qədər köhnə, həm də nazikdi ki, heç canı-

nı qızdırmır, üçcə addım yerdə var-gəl eləməkdə də mümkün 

deyil . Dolabçanın nəyə yaradığını bilmir, içi taxtabitiylə dolu 

olduğuna görə heç əlini də vurmur. “Paraşa” adlanan, qapı-

nın arxasına qoyulan vedrənin ağzı bir parça fanerlə örtülüb, 

nəfəslik bağlı olduğundan üfunət iyi açıq-aşkar hiss olunur.

  Bircə  hər  şey  tez  başlayıb-qurtaraydı,  tez  aydınlaşaydı, 

amma  hələ  sorğu-suala  çağırmırlar.  Gündə  üç  dəfə  yemək 

verirlər, bir tikə çörəyi, bir qab şorbanı, bir parç suyu qapıda-

kı deşikdən uzadıb gedirlər.

 Hələ kimlərin ifadələrinə görə tutulduğunu bilmir. Bilsə 

belə, kimsəni qınamaq fikrində deyil: bura qorxunc yerdi, in-

sansa  ətdən-sümükdəndi,  işgəncə  qorxusundan  istəmədiyi 



569

şeyləri eləyə bilər. Bəs o? Boynuna qoymağa çalışsalar, kimisə 

satarmı? Yox, bundan ölüm yaxşıdı...

***


  Günlər həddən artıq sıxıntılı, boz, yeknəsəq keçir, qısa, 

etinasız və hökmlü ifadələrdən başqa heç nə eşitmirdi: səhər 

saat altıda kameranın qapısı şaqqıltıyla açılır, nəzarətçi “pod-

yom”  (qalx)  qışqıranda  qalxıb  adyalı  mitilin  üzərinə  çəkir, 

sonra “v ubornuyu” əmrilə vedrəni götürüb ayaqyoluna ge-

dir; qayıdanda “saxar” (qənd), “çay”, “xleb” (çörək) sözlərilə 

səhər yeməyini verirlər; “selyodka” (balıq), “xleb” sözləriləsə 

naharını  yeyir;  “proqulka”  (gəzinti)  kəlməsini  eşidəndə 

nəzarətçinin  müşayiətilə  həyətə  gəzintiyə  çıxır;  axşam 

yeməyini alanda “sup”, “xleb”, “çay” ifadələrini eşidir; “no-

mer” (nömrə) əmrilə nömrəsini deyir; bir də gecə “otboy” (yat) 

hökmü səslənir. Səhər iki selyodka başı, yüz əlli qram qara 

çörək, bir parç isti su, bir çay qaşığı şəkər tozu, günorta içində 

bir-iki çürük kartof, ya da çuğundur parçası üzən sup, yüz 

qram çörək, axşamsa arpa, vələmir, yaxud qarğıdalı unundan 

bir qab sıyıq, əlli qram çörək verirlər.

 İlk istintaqa fevralın on üçündə apardılar...

 Nəzarətçi səhər yeməyindən bir qədər sonra gəldi, kame-

ranın qapısını açıb çıxmağı, əlləri arxada saxlamağı əmr elədi, 

dar  dəhlizlərlə,  dolama  yollarla  uzun-uzadı  apardılar,  tast 

gələn qarovul dəstəsindən bir nəfər dustağın nömrəsini so-

ruşdu, müsbət cavabdan sonra dövrəyə alıb komissarlığın bi-

nasında  bir  neçə  mərtəbə  qaldırıb-endirdilər,  nəhayət, 

müstəntiq Yeqor Zavyalovun otağına saldılar, küncdəki stul-

da  oturdub  xəbərdarlıq  elədilər:  ətrafa  baxmaq,  qurcalanmaq, 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin