duğu aşkara çıxacaq.
574
müsavatçı kimi 1927-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksin-
qilabi millətçi-müsavatçı təşkilatına daxil olub; ətrafındakı adamlar
arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğatı aparıb ona
görə də Azərbaycan SSR Cinayət Məcəlləsinin 72 və 73-cü
maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır.
Üç gün sonra ittihamnaməni Xüsusi Müşavirədə baxılmaq
üçün SSRI Xalq Daxili İşlər Komissarlığına baxılmaq üçün
göndərdilər.
İntizar dolu, üzücü günlər başladı.
Bəlkə, hələ hər şey bitməyib? Bəlkə, Xüsusi müşavirə
ittihamnaməni qəbul eləməyəcək?
Amma təxminən iki aydan sonra respublika Xalq Daxili
İşlər Komissarlığından göndərilən qərarı oxudular: Xüsusi
müşavirənin on bir iyun qərarına əsasən Yusif Mirbaba oğlu
Vəzirov antosovet fəaliyyətinə görə səkkiz il müddətinə islah-əmək
düşərgəsində həbs cəzasına məhkum olunur.
Səkkiz il! Səkkiz il ailəsinə həsrət qalacaq! Amma
güllələnməkdən qurtardı, gərək buna da sevinsin. Düzdü,
sonra bu ləkəylə yaşamağa çalışacaq! Əgər sağ qalsa, onda
mənəvi əzablardan, nisgildən, həsrətdən üzülmüş altmış bir
yaşında qoca olacaq! Heç olmasa, cəza yerinə göndərilməzdən
əvvəl ailəsi, doğmalarıyla görüşməyə icazə verəydilər, son
dəfə Bilqeyisdən verdiyi əzablara görə üzr istəyəydi, Orxanı-
nı, Fikrətini, Taisini son dəfə bağrına basaydı!
***
İyulun üçündə Yusif Vəziri bir dəstə adamla Keşlə ötürücü
həbsxanasından çıxarıb güclü nəzarət altında vağzala apardı-
lar, “Pulman” tipli vaqonlardan ibarət qatarın yanındakı
əllərində uzun syahılar olan zabitlərə təhvil verdilər, zabitlər
də adbaad çağırıb, mindirdilər. Dörd günlük yolu yüzdən ar-
tıq adamın yerləşdirildiyi ümumi vaqonda, ağlagəlməz əzab-
əziyyət içində keçirib mənzilə çatdıqlarını öyrənəndə hələ
hara gəldiyini bilmirdi. Çatdıqları yerin adını dustaqlar ba-
575
raklarda yerləşdiriləndə öyrəndi: Qorki (Nijniy Novqorod)
vilayəti, Semyonov rayonu, Suxobezvodnaya stansiyası, 62\1 saylı,
islah-əmək düşərgəsi.
Qorki şəhərinin Kazana tərəf yüz qırx kilometrliyindəki
stansiyada ağac emalıyla məşğul olan əmək-islah düşərgəsi
yerləşidi. Sağ tərəfdə Putıqa, onun qolu Unja və Moşna çayla-
rı axır, Maksimixa, Krutes, Berezovaya dərələri uzanıb gedir-
di. Hər tərəf quru, susuz çöllər idi, yalnız uzaqlarda qalın
meşələr gözə dəyirdi. Dustaqlar da elə həmin meşədə
işləyirdilər.
Xalq Daxili İşlər Komissarlığı mühafizə taborunun zabiti
baş leytenant Zaxar İlyuşin Qafqazdan yenicə gətirilmiş dus-
taqları təhvil alıb sıraya düzdü. Uzun yoldan, aclıqdan,
taqətsizlikdən üzülmuş adamlar həmin məqamda yalnız bir
qədər yatıb düncəlməyi arzulayırdılar. Amma əmək-islah
düşərgəsinin rəisi gələnlərə partiyanın və böyük Stalinin hu-
manist siyasətindən danışdı, sonra nizam-intizam məsələ-
lərinə keçdi, axırda da nitqini hökmlə bitirib sakitləşdi.
Yusif Vəzirin savadını, dil bilməyini nəzərə alıb onu
ağackəsənlər briqadasına başçı təyin elədilər. Səhər saat
dörddə “qalx” əmrilə yerlərindən sıçrayır, cəld növbətçinin
“suşilka”dan (paltar qurudulan yer) gətirdiyi nəm və kif iyi
verən paltarı geyinir, tələsik yuyunur, sıraya düzülüb
yeməkxanaya (beş yüz nəfərlik yeməkxanada həm də rəhbəylik yı-
Dostları ilə paylaş: