Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə164/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   160   161   162   163   164   165   166   167   ...   175
“tərbiyəvi  tədbir”i  olmayanda  Yusif  Vəzir  döşəyinin  altında 

gizlətdiyi  dəftəri  çıxarır,  yatağında  üzüüstə  uzanıb  beynin-

dəkiləri karandaşla kağıza köçürürdü. Özünə həmsöhbətlər 

də tapmışdı, voloqdalı ədəbiyyat müəllimi Yakov Perepelkin 

və  kazanlı  tarixçi  İlyas  Muhammədşinlə  danışmağa  mövzu 

tapırdılar. Vətənindən eyni qatarda gələnlər başqa baraklar-

da olduqlarından heç birini görə bilmirdi.

  Ağır  iş,  soyuq  hava,  pis  yemək,  nazik  geyinmək  qısa 

müddətdə dustaqların səhhətini pozur, onları sürətlə qocal-

dırdı.  Almacıq  sümükləri  çıxmış,  gözləri  çuxura  düşmüş, 

üzlərini tük basmış, zəifləmiş adamların görkəmi ürək ağrı-

dırdı,  az  qala,  gündə  kiminsə  ölməsi  adi  hala  çevrilmişdi. 



“Sançast” adlanan ikiotaqlı tibb məntəqəsinin ancaq adı var-

dı, heç bir dərdə əlac eləmək iqtidarında deyildi. 

 O qış Yusif Vəzir isti paltarının olmamasından, bir də pa-

piros  çatışmazlığından  əziyyət  çəkməyə  başladı.  Düşərgə 

rəisinə  müraciət  eləyib  ailəsinə  məktub  yazmaq  məcburiy-

yətində qaldı. “Mənə səkkiz il iş veriblər, bizi meşədə işlədirlər, 



özüm  də  briqadirəm;  yazdı  ki,  sağ-salamatam,  amma  papirossuz-

luqdan, bir də qış paltarımın olmamasından əziyyət çəkirəm. Məni 

satanlar 1937-ci ildə professor Bəkir Çobanzadə, Hənəfi Zeynallı, 

Hacıbaba Nəzərli, 1938-ci ildəsə Azərbaycan Neft İnstitutunun do-

senti, evimizə daim gəlib-gedən Nurməmməd Şahsuvarov olublar, 

onlar məni ləkələyib göstəriblər ki, Yusif Vəzir əksinqilabın millətçi 


578

təşkilata  məxsus  idi.  Uşaqları  öp,  onları  sıxıntı  çəkməyə  qoyma, 

səbirli ol, haqq yerini tapar”.

 Onda artıq Nurməmməd Şahsuvarovun özünün də həbs 

olunub Krasnodara sürgün edildiyini bilmirdi; heç onun qar-

daşı Mürsəl bəyə də rəhm eləməmişdilər, o da almanlara ca-

susluqda ittiham olunub gedər-gəlməzə göndərilmişdi... 

 Yəqin, xəbər tutsaydı, Mustafa Vəkilovun taleyi onu daha 

çox ağrıdardı: XDİK yanında Xüsusi Müşavirədə Azərbaycan 

SSR  Konstitusiyası  türk  mətninin  redaktoru  olan  ilk  hüquq 

professoru 1941-ci ilin yanvarında “antisovet-millətçi təşkilatda 

iştirakına  görə”  cəzasını  islah

-əmək  düşərgəsində  çəkməklə 

beş il müddətinə azadlıqdan məhrum eləmişdi. 

 Ay yarım sonra ailəsindən məktubla yanaşı tütün, papiros, 

qış  paltarı,  qulaqlı  papaq,  qatıq  şüşələrinə  doldurulmuş 

ərinmiş yağ, bir neçə qutu şirniyyat aldı. Bütün bunların han-

sı çətinliklər bahasına başa gəldiyini dərk eləyirdi, bilirdi ki, 

qardaşları olmasa, Bilqeyis çox əziyyət çəkər.

 Arvadı yazırdı ki, SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri 

Mixail  Kalininə  ərizə  göndərib,  haqq-ədalət  naminə  kömək 

göstərilməsini, işə təzədən baxılmasını xahiş eləyib. Öz arva-

dını həbs düşərgəsindən qurtara bilməyən “Ümumittifaq ağ-



saqqalı” ona necə kömək eləyə bilərdi? Yəqin, bunu Bilqeyis 

xanım bilmirdi.

 Düşərgədə dustaqlar Yusif Vəzirə hörmətlə yanaşırdılar, 

hətta  nəzarətçilər  belə,  digər  məhbuslara  göstərdikləri 

təhqiramiz münasibəti ona rəva görmür, onu “çuçmek”, “yol-

daşi”,  “salyonıy”,  “faşist”  adıandırmırdılar.  Düşərgə  rəisi 

ailəsilə görüşə icazə vermək barədə xahişini də rədd eləmə-

mişdi.  Sevinə-sevinə  arvadına  yazmışdı  ki,  indiyə  qədər 

məndə bir nöqsan tapmayıblar, inşallah, bu yaxın günlərdə 

görüşməliyik. Bunun necə çətin olacağını bilirdi. Bilqeyis xa-

nımın  üç  uşaqla  bu  uzaq  yerə  gəlməsinin  əzab-əziyyətdən 

başqa  maddi  tərəfi  də  vardı.  Amma  onları  çox  görmək 

istəyirdi, artıq iki ilə yaxın idi ki, üzlərinə həsrət qalmışdı.




579

 ***


Müharibə araya qəfil düşdü. Artıq görüşdən söhbət gedə 

bilməzdi...

 Bu sarsıntıya ürəyi tab gətirmədi, xəstələndi, bir müddət 

ağır fiziki işlə məşğul ola bilmədi...

 Zaxar İlyuşinin arvadı, məktublar şöbəsində işləyən Lyu-

bov  lap  ilk  vaxtlardan  ziyalı  görkəmli,  savadlı,  rus  dilində 

gözəl  danışan  dustağa  rəğbət  duymuşdu.  Fürsət  düşəndə 

gün-güzərandan,  cəbhədəki  vəziyyətdən  söhbət  eləyirdilər. 

Onun  altı  dil,  üstəlik,  ərinin  həvəs  göstərdiyi  fransız  dilini 

bildiyindən xəbər tutanda ağlına bir fikir gəldi: Zaxar elə hey 

fransız  dilini  öyrənməyi  arzulayır,  bəlkə,  Vəzirovu  fiziki 

işdən azad etdirsinlər, həm onu xilas eləyərlər, həm də əri ar-

zusuna çatar. 

 Təklifini əri də bəyəndi. Lyubov İlyuşina köməkçi tələbilə 

rəisin  yanına  gedib  “dustaq  Vəzirov”un  onun  sərəncamına 

verilməsini  xahiş  elədi.  Rəis  məsələni  bir  qədər  uzatsa  da, 

onun istəyini yerinə yetirdi. 

 Bu Yusif Vəzirdən ötrü göydəndüşmə idi, işi az olurdu, 

səhər tezdən peçi qalayır, otaqları silib-süpürür, boş vaxtla-

rında çətinliklə tapdığı kağızlara beynini qurcalayan şeyləri 

yazır, fürsət tapanda Lyubaya oxuyurdu. Baş leytenant Zaxar 

İlyuşin  də  xidməti  işlərindən  vaxt  tapan  kimi  məktublar 

şöbəsinə gəlir, dərs başlayırdı. Belə şəraitdə də olsa, biliyini 

kiməsə verməkdən xoşu gəlirdi. Həftədə bir neçə dəfə keçdiyi 

dərs, zabitin hörmətkar davranışı, qadının mərhəməti ona az-

çox təpər verirdi.

 Həyat bəzən adamları ona görə ayırır ki, bir-birindən ötrü nə 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin