kimlərinsə dilindən qoparıblar.
“Nə olar, biz günahlarınızı sübut eləyərik”.
572
***
...Kamera soyuqdu, taxtabitilər də bir yandan aman ver-
mir, qaşınmaqdan canı yara olub. Yəqin, evdə soyuq olmaz,
Bulqu, cox güman, divar sobasını yandırıb, uşaqların
üşüməsinə imkan verməz. Görəsən, güzəranları necədi?
Gərək tələb eləyə ki, əmanət kitabçasını ailəsinə versinlər,
orda alın tərilə qazandığı dörd min manat pulu var, bir
müddət xərclik eləyərlər, ona qədər də hər şey aydınlaşar.
Amma yox, istintaqın əsas hissəsi bundan sonra başlayır,
müstəntiq “əksinqilabi-millətçi fəaliyyəti”ni sübut eləməyə çalı-
şır, üstəlik, əleyhinə ifadə verənlər də məlum olur: Ruhulla
Axundov, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Hacıbaba Nə-
zərli, Nurməmməd Şahsuvarov. Dördü artıq bu dünyada
yoxdu, haqsızlığa qurban gedib; əgər ifadə veribsə, deməli,
Nur məm məd də həbs olunub.
“Nurməmməd Şahsuvarov ifadəsində göstərir ki, Çəmən-
zəminli əksinqilabçı-millətçi təşkilatın (partiyalar blokunun)
rəhbər heyətində təmsil olunub. O eyni zamanda, həmin
heyətə daxil olan daha on ziyalının da adını çəkib. Bu barədə
nə deyə bilərsiniz?”
“Bu ağ yalandı. Mən heç bir bloka qoşulmamışam, heç bir
rəhbər heyətdə də olmamışam”, – məhbus təmkinlə dillənir.
“Hacıbaba Nəzərli ifadəsində göstərir ki, Həbib Cəbiyev,
Ruhulla Axundov və Əliheydər Qarayev burjua-millətçi
Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü
təsiri altında idilər”, – müstəntiq onsuz da cavabını bildiyi su-
alı verir.
“Bizim həmin şəxslərə heç bir təsirimiz olmayıb”, – Yusif
Vəzir ittihamı qətiyyətlə rədd eləyir.
Müstəntiq Bəkir Çobanzadə, Əhməd Pepinov, Şamo Nax-
çıvanski, Əliağa Şıxlınski, Cavad Axundov, Atababa Mu-
saxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar
Məmmədzadə, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd
Arif, Əbülhəsən Ələkbərzadə, Zəki Pepinov və Hüseyn
Rəhmanov barədə soruşur:
573
“Bu şəxslərin düşmənçilik fəaliyyəti barədə nə deyə bilər-
siniz?”
Tanıdıqları barədə fikri qətidi: Abdulla Şaiq? Neft institu-
tunda birgə işləyiblər. Pedaqoji işinə çoх bağlı idi. Onun xalq
düşməni olduğuna inanmır. Səməd Vurğun? Onunla
ədəbiyyat haqqında söhbətləri alınmırdı, siyasi fikirləri
haqqındasa nəsə deməyə çətinlik çəkir. Məmməd Arif? Arif
ən gözəl tərcüməçilərdən biridi. O nəinki bilikli, həm də vic-
danlı adamdı. Salman Mümtaz? Salman Mümtaz böyüklərin
yanında bal, kiçiklərin yanında istiot idi. Əbülhəsən?
Əbülhəsən istedadlı yazıçıdı.
...İstintaq martın on doqquzunda başa çatdı...
Sabah Novruz bayramıdı. Bakıda, evinə yaxın olsa da,
bayramı ailəsilə birgə keçirə bilməyəcək...
Bilqeyis xanımın kədərli görkəmi, uşaqlarının məhzun
sifəti gözlərinin qarşısından getmir. Onların nə günahı var
axı?
...Bir neçə gün sonra Yusif Vəziri
“çernaya vorona”yla Keş-
lədəki həbs düşərgəsinə apardılar. Maşının barmaqlıqlı pən-
cə rəsindən yazın şəhərə necə gəldiyini hiss eləmək istədi.
Am ma dumanlanmış nəzərləri yalnız binaların tutqun siluet-
lərinə ilişdi.
Həbs düşərgəsinin adi rahatlığı olmayan dar kamerasında
qəlbinə toxtaqlıq gətirən yeganə bir şey vardı: kimsəni satma-
dı, hətta, evinə gəlib-gedən Nurməmməd Şahsuvarovun
barəsində belə nahaq söz demədi. Bundan sonrası taleyin işi-
di, olacağa çarə yoxdu.
Düşərgədə Zavyalovun adına ərizə yazdı: “Xahiş edirəm,
Dostları ilə paylaş: