və Türkiyə) qurduq. Onlara (Türkiyəyə) elə gözəl sistem inşa
elədik ki, türklər Fələstini bizə verməyən Əbdülhəmidi ən azı
iki yüz il də söyəcəklər”.
Muhamməd Əsədsə həmin məqamda Pakistanın
mövqeyindən sionizmi pisləyir, ərəblərə ədalət tələb eləyirdi,
amma qəlbində ağlagəlməz sevinc vardı: uğrunda savaşdıq-
ları, qurbanlar verdikləri ideya artıq həqiqətə çevrilmişdi...
Yəqin, doktor Veysman bir vaxtlar ona inanıb bu yola
çıxan, iyirmi beş il ərzində səbirlə, inadla, bacarıqla öz missi-
yasını yerinə yetirən Muhəmməd Əsədi –Leopold Veysi də
unutmayacaqdı...
***
Üç il sonra Muhamməd Əli Cinnə vərəmdən öləndə həya-
tında nəyinsə dəyişəcəyini duymuşdu. Onu əvəz eləyən
Ləyaqət Əli xan Muhamməd Əsədi xarici işlər naziri təyin
eləmək fikrindəydi, amma macal tapmadı, az sonra öldürül-
dü. Yeni general-qubernator Xoca Nazimuddinsə Muhamməd
Əsədin ölkədə qalmasını istəmirdi...
1952-ci ilin əvvəllərində Pakistanın BMT yanındakı
nümayəndəsi təyin olunduğu barədə qərarı eşidəndə taleyin
bir daha ona qarşı mərhəmətli olduğuna inandı. Belə hesab
eləyirdi ki, buna haqqı var, geridə qoyduğu illərin zəngin
təcrübəsi, qazandığı etibar, çatdığı nüfuz bu mühüm vəzifəyə
layiq olduğuna sübutdu.
Yenə çıxışlarında, müsahibələrində sionizmə qarşı çıxırdı,
bununla belə, onun sionistlərlə gizli münasibətlərdə olduğu
barədə də şayiələr dolaşırdı. O şayiələrin həqiqətəuyğun
olub-olmadığınısa kimsə dəqiq bilmirdi...
Nyu-York başqa dünyaydı, burda özünü ali ierarxiyanın
üzvü kimi hesab eləyirdi. Bu ierarxiyada layiq olduğu yeri
594
tutmaqdasa ona... Münirə mane olurdu. Arvadı başqa dünya-
nın adamıydı, sivil aləmdə özünü naqolay hiss eləyirdi.
Heç il yarım keçmədi ki, hər şey təzədən dəyişdi...
Muhəmməd Əsəd bostonlu Polaya rast gəldi, tutduğu
vəzifə də, Şeyx qızı Münirə də, oğlu Talal da yadından çıxdı.
Pola Polşa yəhudisiydi, ağlı, təravəti, cəsarətilə onu başdan
çıxarmışdı. Muhəmməd Əsəd iyirmi beş yaşlı Pola Həmidə
üçün hər şeyi gözünün altına aldı...
Tezliklə əlaqələri faş oldu. Evləndilər, Pola islam dinini
qəbul eləyib Həmidə adını götürdü, amma dünyəvi həyat
tərzindən əl çəkmədi. Məsələdən Pakistan hökuməti də xəbər
tutdu, bu qalmaqlal Banqladeşin ölkədən ayrılmaq cəhdi,
BMT-də Pakistanın mövqeyini müdafiə eləyə bilmədiyinə
görə yaranan narazılıqla eyni vaxta düşdü. Muhamməd Əsəd
kreslosu ilə vidalaşmaq məcburiyyətində qaldı...
Münirə də taleyilə barışdı, oğlunu götürüb iyirmi ildən
bəri çıxdığı Vətəninə qayıtdı...
Muhamməd Əsəd Pola Həmidəylə xoşbəxtiydi, Elza və
Münirəylə yaşadığı illərdə rastlaşmadığı rahatlığı onda tap-
mışdı. Az sonra Nyu-Yorkdan Mərakeşə köçdülər, Tanjerdə,
dəniz kənarındakı villada on iki il yaşadılar. Sonra neçə illər
Lissabonda ömür sürdülər...
Axırda son mənzili kimi Qranadanı, dağlar qoynundakı
Macis şəhəri yaxınlığındakı Marbella şəhərciyini seçdilər.
Dər-əl-Əndəlüs küçəsindəki ağ sütunlu, dəmir barmaqlıqlı
hasara alınmış birmərtəbəli malikanədə sürdüyü rahat həyat
hər ikisinin xoşuna gəlirdi. Həm də bura izaholunmaz tərzdə
Səudiyyə Ərəbistanını xatırladırdı, xeyli müsəlman yaşayır-
dı, hətta məscidi də Səudiyyə məscidlərinə oxşayırdı...
Uşaqları olmadı, bunun günahını nə arvadında, nə özündə
axtardı, qəbul elədi ki, bu da taleyin məsləhətdi...
Hərdən Elzanın yadigarını Haynrixi yadına salırdı,
fikirləşirdi ki, yəqin, indi onu büsbütün unudub. Oğlu Talalın
Amerikada oxuduğunu, antropologiyanı öyrəndiyini, orda
595
da yaşadığını, elmi uğurlar qazandığını bilir, hərdən onu çox
görmək istəyirdi...
Qonaqları da olurdu: dostu və hamisi, Səudiyyə
Ərəbistanının sabiq neft sənayesi naziri Şeyx Yamani tez-tez
təşrif buyururdu, Ər-Riyad qubernatoru Salman müntəzəm
məktub yazıb onu ölkəyə çağırırdı. Amma getmək fikrində
deyildi, həyati missiyasını tamamlamaq istəyirdi...
Boş oturmadı, dostlarının təkidilə “Məkkəyə gedən yol” kita-
bını yazdı, islama necə tapındığını təsvir elədi. Sonra “Yollar
Dostları ilə paylaş: |