Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə146/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   142   143   144   145   146   147   148   149   ...   175
ilk  dəfə  Nadirin  yüz  otuz  puta  qədər  yük  götürən  dördqatlı  və 

dördtəkərli “Molokan” faytonuyla çıxdığı günü unutmamışdı); bü-

tün ömrünü bolşeviklərin ideologiyasına həsr eləyən müəllim, 

jurnalist,  tərcüməçi  Həsən  İmanovu  həbs  eləyiblər;  vaxtilə 

bütün Şuşanın tanıdığı dərzi, sonra məhkəmə üzvü olan Adı-

şirin  Fətəliyevi  keçmişdə  Müsavatın  üzvü  olduğuna, 

vilayətdəki  “xalq  düşmənlərini  gizlətdiyinə”  görə  gedər-

gəlməzə  göndəriblər;  Seyid  Mirfəttahın  oğlu  Seyid  Cəfər 

Ağamirovu  “Türkiyədən  göndərilən  bir  çox  vacib  sənədləri, 



göstərişləri, təlimatları gizli surətdə Şuşaya gətirib yaymaqda” gü-

nahlandırıblar;  canını  yeni  quruluşun  yolunda  fəda  eləyən, 

bir vaxtlar xalq daxili işlər komissarının müavini olmuş İslam 

Hacıyev  “burjua  milli  təşkilatının  üzvü”  çıxıb;  Qarabağın 

məşhur  qoçularından  olan,  Milli  Hökumət  dövründə  gene-

ral-qubernator Xosrov bəy Sultanovun köməyilə silahlı dəstə 

yaradıb ermənilərə qarşı döyüşən, yeni hakimiyyətə tabe ol-

maq istəməyən Cəbiş bəy Sədrəddinovu aradan götürüblər; 

Tərtər üsyanının başçılarından biri olan Rəşid ağa Cavanşiri 

güllələyiblər;  Milli  Hökumət  vaxtı  Xankəndindəki  alayı 

himayə eləyən Məşədi Baba Quliyevi “kolxoz quruluşunu da-

ğıtmağa cəhd” ittihamıyla ələ keçiriblər; Şamxal bəy Vəzirov 

kimi bir ziyalıya rəhm eləməyiblər...

 Qurbanların sayı-hesabı yoxdu... 

 ...Kəndin kənarından keçən çay tez-tez yağan yağışlardan 

daşdığına görə, heç at arabasıyla da keçmək olmurdu. Belə 

günlərdə Yusif Vəzir şəhər parkında tanış olduğu yerli ziyalı-

larla şirin söhbətlərə girişirdi.

 Bir gün söhbətdən qayıdandan sonra üzünü Bilqeyis xanı-

ma tutdu:

 “Bulqu, mənə Nalçikdə qalıb institutda dərs deməyi təklif 

eləyirlər. Həm Bakıya yaxındı, həm də havası, təbiəti gözəldi. 

Sən nə deyirsən?”




536

 Bilqeyis xanım tərəddüdlə onu süzüb dilləndi:

  “Nə  bilim,  ay  Yusif,  qadan  alım  sənin,  deyəcəyəm  ki, 

Nalçikdə  qal,  Allah  eləməmiş,  bir  şey  olsa,  deyəcəksən, 

səninlə  məsləhətləşdim,  belə  oldu.  Ona  görə  də  sənə  nə 

məsləhət verəcəyimi heç özüm də bilmirəm”.

 Yusif Vəzir bir qədər fikrə getdi, sonra başını tərpədib ra-

zılaşdı:


 “Düzdü, Nalçikdə məni institutda işləməyə dəvət eləyirlər, 

ancaq Urgəncdən çıxanda müqavilə bağlayıb, söz vermişəm 

ki, istirahətdən sonra mütləq yenə qayıdacağam”.

 Bununla da o söhbət bitdi...

 O gözəl günlər, elə bil, yuxuydu, tez ötüb-keçdi...

 

***



 İyulun axırında Bakıya qayıtdılar. Üç gündən sonra da ar-

tıq qatar onu Urgəncə aparırdı...

  ...Hələ  bəxtin  nəzəri  üstündəydi:  institutun  qabaqcıl 

müəllimlərindən  idi,  rus,  ukrayna,  türk,  fransız,  alman 

dillərini bildiyini nəzərə alıb rus və xarici dillər kafedrasının 

müdiri təyin eləmişdilər, xətrini çox istəyirdilər. O da bütün 

bilik və bacarığını işə sərf eləməyə çalışırdı.

  İstirahət  günlərini  mənalı  keçirməyə  çalışırdı.  Müəllim 

yoldaşlarıyla yığışıb ya Xivəyə gəzməyə gedir, ya da birinin 

evində yığışıb söhbətləşirdilər. Belə söhbətlərdə çalışırdı ki, 

siyasi mövzularda söz deməsin, yaxud “siyasi səhvlər” burax-

masın. Amma bir dəfə hissə qapılıb sayıqlığı əldən verdi və... 

ağlagəlməz ittihamlarla üzləşdi.

 Xarkovdan gəlmiş Çerveşkov riyaziyyat müəllimi, həm də 

yerli komitənin sədriydi. Vaxtilə Ukraynada oxuyub-yaşadı-

ğına görə ona yaxınlıq duyurdu. Deyəsən, elə bu duyğu da 

Yusif Vəziri, az qala, bıçağın ağzına verəcəkdi.

 Sentyabr günlərinin birində Çerveşkovun evindəki yığın-

caqda söhbət Yusif Vəzirin Fransadakı həyatından düşdü. O 

da Fransadan danışandan sonra Parisi təriflədi: 




537

 “Paris dünyanın ən gözəl şəhərlərindən biridi. Dünyanın 

heç yerində onun tayı-bərabəri yoxdu”.

 “Bizimsə Maksim Qorki, Vladimir Mayakovski, Mixail Şo-

loxov kimi nəhəng yazıçılarımız var”, – rus dili müəllimi Vo-

ronov etirazını bildirdi.

  “Onları,  məsələn,  Vilyam  Şekspirlə  müqayisə  etmək  ol-

maz, – Yusif Vəzir fikrini bildirdi, – Şekspir onlardan çox üs-

tündü”.

 Bir neçə gündən sonra Voronov Yusif Vəzirin bu “səhvini” 

pedaqoji şuraya çıxardı:

 “Yusif Vəzirov yoldaş çox da yaxşı müəllim deyil, onun 

dərs dediyi uşaqlardan heç biri rus dilində savadlı yaza bil-

mir”.


 Yusif Vəzir daşın hardan atıldığını hiss eləmişdi, odur ki, 

təmkinini pozmadan söz alıb üzünü Voronova tutdu.

 “Yoldaş Voronov, məncə, yerli tələbələrə rus dilində sa-

vadlı yazmaqdan çox bu dildə yaxşı danışmağı öyrətmək la-

zımdı”.

 Köməyinə ədəbiyyat fakültəsinin dekanı Qarayev çatdı:

  “Məncə,  yoldaş  Voronov  hissə  qapılır,  –  dedi,  –  mən 

dəfələrlə Yusif Vəzirov yoldaşın dərslərində iştirak eləmişəm 

onun tədris metodundan razıyam”.

 Məsələ bununla da bitdi...

 Amma ona elə gəlirdi. Hələ Ruhulla Axundovun, Hənəfi 

Zeynallının,  Bəkir  Çobanzadənin,  Hacıbaba  Nəzərlinin, 

Nurməmməd  Şahsuvarovun  istintaq  vaxtı  verdikləri 

ifadələrdən xəbəri yox idi, respublika Daxili İşlər Komissarlı-

ğı Dövlət Təhlükəsizliyi İdarəsində ona cinayət işi açıldığını 

bilmirdi...

  Bununıla  belə,  bir  qədər  ehtiyatlı  olmuşdu.  Daha 

müəllimlərin  yığıncaqlarına  getmir,  gedəndə  də  “təhlükəli 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin