XXXIV FƏSİL
QÜRBƏT AĞRILARI
Yusif Vəzir
Bakı, İsmayıllı, Urgənc, Nalçik, Urgənc
Yanvar 1939-cu-yanvar 1940-cı il
Hərdən Yusif Vəzirə elə gəlirdi ki, “yuxarıdakılar”ın yadın-
dan çıxıb, ya da günahsızlığına əmin olub adını qara siyahı-
dan siliblər, amma sövqi-təbiilə təhlükənin hələ də hardasa
yaxında olduğunu duyurdu.
Hələ Tağı Şahbazinin yanvarın ikisində güllələndiyini, Mi-
kayıl Müşfiqin yanvarın səkkizində güllələnməyə məhkum
edildiyini, fevralın səkkizində Qəzənfər Musabəyov haqqın-
da çıxarılan ölüm hökmünün yerinə yetirildiyini, aprelin iyir-
mi birində Ruhulla Axundovun güllələndiyini, Ağahüseyn
Rəsulzadənin həbs olunmasını, bəlkə də artıq güllələnməsini
bilmirdi...
Hələ qurğuşun kimi ağır günlər, həftələr, aylar bir-birinin
ardınca ötür, “Azərbaycan zəhmətkeşlərinin istək və arzula-
rı” ilə rus qrafikalı əlifbaya keçmək üçün hazırlıq gedir,
müzakirələr keçirilir, sıxıntılı günlər bir-birini əvəz eləyirdi;
528
sevinci öləzimiş yeni il bayramından sonra daha bir solğun
Novruz bayramı keçirmiş, qohum-qardaşın gətirdiyi bayram
sovqatıyla uşaqları yola vermişdilər, bir də Şahzadə xanım
bayram payı gətirmişdi...
Başını qatmaq üçün Orxanın tapşırıqlarını yoxlayır, vurma
cədvəli, əcnəbi dövlətlərin paytaxtları barədə sual-cavab apa-
rırdı. Arabir Fransa xatirələrindən məhəbbətlə danışır, Parisi
təsvir eləyir, uşaqlar ən böyük adamın kim olduğunu soru-
şanda vurğunu olduğu Şekspirin adını deyirdi.
Yusif Vəziri ən çox ağrıdan uşaqlarının məktəbdə çək-
dikləri sıxıntıydı. Təkcə böyüklər yox, Allahın o günahsız
bəndələri də daim qorxu içindəydilər. O illərdə məktəblilərin
“ideya tərbiyəsi”nə də xüsusi fikir verirdilər. Şagird dəftərinin
üz qabığında şəkilləri çap olunmuş marşallar Blyüxer, Yeqo-
rov, Tuxaçevski “xalq düşməni” çıxandan sonra bu nəzarət
daha da güclənmişdi. Dərsin ortasında siniflərin qapısı açılır,
iki-üç nəfər ciddi geyimli adam içəri girib “üzlük cırma
əməliyyatı” həyara keçirirdilər. Sonra, ümumiyyətlə, rus şair-
yazıçılarının şəkilləri olan bütün üz qabıqlarını da cırmaq
əmri verdilər: deməzsənmi, şagirdlər o şəkillərə kölgəli xətlər
çəkməklə əksinqilabi mənalar daşıyan fikirlər ifadə eləyirlər!
İldə bir neçə dəfə də şagirdlərin valideynləri barədə məlumat
blankları doldurulurdu. Orxanın müəlliməsi Rəna İbrahimo-
va, guya “unudub” onun adını siyahıya yazmırdı ki, ilanın ya-
dına daş salmasın.
Axır vaxtlar qəzetləri oxumaqdan, radioya qulaq as-
maqdan da soyumuşdu. Hər dəfə oxuyub-dinləyəndən sonra
içinin kəsif havası bir az da qatılaşır, vəziyyət ona daha da
çıxılmaz görünürdü.
Uşaqların yay tətili başlayanda Fərhadla Aftab İsmayıllı-
dan xəbər göndərdilər ki, yığışıb gəlsinlər, yayı burda qalsın-
lar. Fərhad Mican kəndindəki kolxozda baş aqronom, Aftabsa
ambulatoriyada həkim işləyirdi, babat şəraitləri vardı. Bunu
eşidəndə ürəyi atdandı; səkkiz aylıq “zindan həyatı”ndan
529
sonra sərbəst gəzib-dolaşmaq necə gözəl olardı! Deməli, hələ
qismətində qurtuluş varmış!
Bəxtindən qatar gecə yola düşürdü, biletləri qayınanası ge-
dib almışdı, evdən elə çıxmalıydı ki, kimsənin gözünə
görünməsin. Həmişə şıq, səliqəli geyinməyi xoşlasa da, bu
dəfə Bilqeyis xanımın sözünə baxdı; gecə gəldi geyindi, başı-
na da onun hardansa tapdığı köhnə kepkanı keçirdi. Gecə
faytona minəndən sonra bir qədər ürəyi yerinə gəldi: deməli,
hələ azad idi, istədiyi yerə gedə bilirdi.
Fərhad maşınını Göyçaya göndərəcəkdi. Ucarda qatardan
düşüb avtobusla Göyçaya getdilər. Maşın gecikdiyinə görə
gözləmək məcburiyyətində qaldılar, amma bunun təhlükəli
olduğunu da hiss eləyirdi, kimsə təsadüfən rast gələr, başına
iş aça bilərdi.
Elə qorxduğu kimi də oldu. Dayanacaqda ona diqqətlə
baxan cavan oğlanın diqqətindən yayınmaq üçün kepkasını
nə qədər gözünün üstünə bassa da, xeyri olmadı: oğlan onu
tanımışdı. Amma xoşbəxtlikdən bu xata da ötüşdü: oğlan
keçmiş tələbəsiymiş, yaxın qəsəbədə yaşayırmış. Hər şeyin
yaxşı qurtardığına əmin olub rahatlansa da, təhlükə duyğusu
onu tərk eləmirdi...
...Yalnız Micanda ürəkdolusu nəfəs ala bildi: bu asudəlik,
gözəl təbiət, rahatlıq qəlbinə bir qədər təpər gətirdi. Əgər
həbs qorxusu olmasaydı, lap elə kənd məktəbində dərs
deməyə, ömrü boyu burda yaşamağa hazır idi. Bakıdasa
“cığırdaş”lar - yarınmağı bacarmayan qələmdaşları bir-bir
həbs olunur, gedər-gəlməzə göndərilirdilər, deməli, təhlükə
hələ sovuşmamışdı...
İşsiz çox darıxırdı. Başını qatmaq üçün səhər tezdən qalxıb
samovar qaynadır, çay-çörəkdən sonra ağacların dibini boşal-
dır, suvarır, budayır, hasara əl gəzdirir, axşamüstü uşaqları
başına yığıb kəndin qırağına moruq yığmağa aparırdı.
Dincələndə də onlara Şanapipiyin, İsaq-Musaq quşunun
əfsanəsini danışırdı.
530
“Şanapipik qədimlərdə gözəl-göyçək bir gəlinmiş, – deyir-
di, – bir gün çayda çimib başını daradığı vaxt qayınatası
böyürdən çıxır, qız utanıb neyləyəcəyini bilmir, üzünü göyə
tutub deyir: “Ay Allah, məni quş elə...” Allah da gəlinin səsini
eşidib onu quşa döndərir. İndi o gəlin başında darağı olan
quşdu, dünyada eləcə yaşayır...”
Hər şey qorxu adlı ilğımın o üzündə qalmışdı, bir daha o
taya adlamaq barədə fikirləşmirdi. İttiham eləyənləri də, su-
sanları da, vicdanı olanların bir vaxt bütün bunlara görə əzab
çəkəcəklərini də başa düşürdü. Amma onda itkiləri qaytar-
maq mümkün olmayacaqdı...
...Günlərin birində baldızı Aftab sevin-sevinə gəlib “Kom-
munist” qəzetindəki elanı göstərdi: Özbəkistanın Urgənc
şəhərində yeni yaradılmış Xarəzm Vilayət Pedaqoji İnstitu-
tunda müəllim yerlərini tutmaq üçün müsabiqə elan olun-
muşdu.
“Bəlkə, gedəsən, – Aftab ümidlə dilləndi. – Əzətgil də
Daşkənddədilər. İmkan olsa, biz də gələrik, daha qorxu içində
yaşamaqdan bezdik”.
“Görək bacın nə deyir”, – Yusif Vəzir həyəcanını boğub
sınayıcı nəzərlərlə arvadını süzdü.
“Nə deyəcəm, təki başın salamat olsun, balalarına
çörəkpulu qazanasan. Yerini rahatlayandan sonra biz də
gələrik, Aftab düz deyir”.
Qayınanası, qaynı da razıydılar: “Təki burdan uzaq ol,
gözə görünmə”. O da hər ehtimala qarşı portfelində saxladığı
sənədlərin üzünü rayonda çıxartdırıb sifarişli məktubla insti-
tutun ünvanına göndərdi...
Bundan sonra da intizarlı günlər başladı: əgər burda baş
verənlərdən xəbər tutsalar, ya da haqqında məlumat almaq
üçün respublikanın təhlikəsizlik orqanlarına müraciət
eləsələr, onda... Bəlkə, Kiyev İmperator Universitetinin diplo-
mu yaramadı, ya da hüquqşünas ixtisasının uyğun gəlmə-
diyini bəhanə gətirdilər...
531
Urgəncdənsə gözlənilməz cavab aldı: Yusif Vəzirov
müsabiqədən keçib, dərs demək üçün instituta dəvət olunur!
Hələ bu xoşbəxtliyin həqiqi olub-olmadığına inana bilmirdi.
Deməli, Urgəncə gedəcək, rahatca işləyəcək, balalarının ruzi-
sini qazanacaq!
Vidalaşanda uşaqlar ağlaşdılar, illah da Orxanı heç cür
sakitləşdirmək olmurdu: qızdırmaya yoluxmuşdu, inad gös-
tərib kinə həbi içmədiyindən vəziyyəti bir qədər təhlükə-
liydi. Amma ona görə ləngimək olmazdı, yəqin, anası, dayı-
sı, nənəsi bir əncam çəkərdilər, onun bu gedişi təkcə özünün
yox, ailənin, həm də bütün qohum-qardaşın təhlükəsizliyi
üçün vacibdi...
***
...Yola gecə çıxıb evə səhər tezdən çatdı, gün ərzində bayı-
ra çıxmayıb yola hazırlaşdı, axşam da vağzala qaranlıq
düşəndə yollanıb qatar tərpənənə qədər içindəki səksəkədən
qurtula bilmədi.
Doğurdanmı, xilas olmuşdu? Doğurdanmı, hər şey arxada
qalmışdı? Hər halda, hələ tale ona qarşı mərhəmətliydi,
“cığırdaşları”nın başına gələnlərdən xilas eləmişdi...
...Urgəncdə, Xarəzm Vilayət Pedaqoji İnstitutunda Yusif
Vəziri hörmətlə qarşıladılar, rus və xarici dillər kafedrasına
baş müəllim, üstəlik, institut kitabxanasının müdiri təyin
elədilər, yataqxanada otaq verdilər. Hələ ki, hər şey
gözlədiyindən də yaxşı gedirdi.
Dərhal qayınanasıgilin ünvanına məktub yazıb olub-
keçənləri xəbər verdi, uşaqların, xüsusilə, xəstə qoyub gəldiyi
Orxanın vəziyyəti barədə ətraflı yazmalarını xahiş elədi.
Məktubum altına “Əli” imzası qoydu: hələ hər şeyin ötüb-
keçdiyinə o qədər də əmin deyildi.
Dərslər başlandı, günlər bir-birini əvəz elədi, qəlbindəki
səksəkə bir qədər səngidi...
Sentyabrın axırlarında evdən məktub aldı. İsmayıllıdan
Bakıya yola düşəndə Orxanın halı pisləşibmiş; məcbur qalıb
532
bir gecə Şamaxıda, hərbi komissar olan qohumları Nüsrət
Hacıyevin evində qalıblar; səhəri gün günortaüstü Bakıya ça-
tanda uşaq yatağa düşübmüş, tir-tir titrədirmiş, xəstəlik
binəvanı sir-sifətdən çıxarıbmış; axır ki, qayınanasının türkə-
çarasından, həkimin dərmanlarından sonra sağalıb, artıq
məktəbə gedir; hamı sağ-salamatdı, salam-duaları var, niga-
ran qalmasın.
Ürəyi bir qədər yerinə gəldi. Taleyi onu Bilqeyis xanıma
rast gətirməklə böyük mərhəmət göstərmişdi: neçə illərdi
şikayətlənmədən, umu-küsü eləmədən qohum-əqrəbasıyla
birgə əziyyətini çəkir, üstəlik, ürək-dirək də verir. Arvadına,
onun doğmalarına yaşatdığı çətinliklərə görə xəcalət çəkirdi,
amma bu özünün seçimi deyildi, tale işiydi.
İnstitutda ən yaxın dostu özbək ədəbiyyatı müəllimi,
“Əyyami” təxəllüslü Yunus Yusupov idi. O Azərbaycan
ədəbiyyatının vurğunuydu, klassik şairlərin yaradıcılığını
gözəl bilirdi, onunla söhbətləri uzun, mənalı olurdu. Üstəlik,
birgə yaradıcılığa başlamışdılar: Əyyami Xivədə baş vermiş
inqilabi hadisələrdən danışmış, Yusif Vəzirsə kinossenari
yazmışdı. “Həqiqətin təntənəsi” adlandırdıqları ssenarini
Xarəzm Vilayət Partiya Komitəsinə təqdim eləyib hərəyə beş
yüz manat mükafat da almışdılar. Artıq ssenarinin istehsalata
buraxılması barədə qərar da qəbul olunmuşdu.
Hələ ki, nəhayət, uzun mənəvi iztirablardan sonra tapdığı
rahatlığa xələl gətirəcək bir şey yox idi...
Bakıdan üç məktub alırdı: birini Bilqeyis xanım özünün və
beş yaşlı Taisin adından yazırdı; ikincisini Fikrət göndərir,
hətta şeir yazmaq qabiliyyətini də sınaqdan keçirirdi;
üçüncünüsə, artıq bir qədər təmkinli olan Orxan yollayırdı. O
məktubları oxuyub cavab yazmaq bütün sevgisini, həstərini,
nigaranlığını kağıza tökmək həyatına xüsusi məna qatır, hələ
hisslərini şeirə çevirməyə də təkan verirdi:
Dostları ilə paylaş: |