533
Saymayınız atanız Urgəncdədir, / “Özüm hər yerdəyəm, könlüm
sizdədir”.
Məktublarını, pul baratını, bağlamalarını Buynaksk küçəsi,
14 ünvanına – qayınanası Kiçikxanımın adına göndərirdi.
Bunu yola düşəndə Fərhad məsləhət görmüşdü, zənnində də
yanılmamışdı: qonum-qonşu Yusif Vəzirin ortalıqda
görünmədiyini, bununla belə, ailənin vəziyyətinin bir qədər
yaxşılaşdığını
diqqətdən
yayındırmamışdı.
Üçüncü
mərtəbədə yaşayan, işi-gücü bəlli olmayan Okoyev tez-tez
uşaqları yanlayıb dilə tuturdu:
“Mən atanızın dostuyam, ona məktub yazmaq istəyirəm,
ünvanını mənə verin”.
Uşaqlarsa Bilqeyis xanımın əzbərlətdiyi cavabı verirdilər:
“Atamız Moskvadadı, ünvanını bilmirik”.
***
...Sonra deyəcəkdilər ki, gərək o yay Bakıya gəlməyəydi...
Bunu demək asandı, amma ailəsindən, az qala, aylarla
uzaq düşmüş atanı necə qınayasan? Üstəlik, aradan keçən
müddətdə çox sular axmış, Yejov özü vəzifədən götürülmüş,
həbs olunub güllələnmiş, tuthatut bir qədər səngimiş, ədəbi
aləmdə tanıdıqlarından bir çoxu “ifşa olunmuşdu”: artıq Sey-
fulla Şamilov, Məmmədkazım Ələkbərli, Böyükağa Talıblı da
həbs edilmişdilər; bu vaxta qədər onun arxasınca
gəlməmişdilərsə, deməli, təhlükə ötüb-keçmişdi.
Hər halda, gəldi, ailəsinə, doğmalarına qovuşmaq
xoşbəxtliyini yaşadı, hətta sadə geyimli naməlum adamların
tez-tez binanın küçə qapısı ağzındakı daş oturacaqlarda
əyləşib papiros çəkə-çəkə ordan-burdan söhbət elədiklərinə
də fikir vermədi.
...Könlünə ailəliklə Nalçikdə istirahət eləmək düşmüşdü.
O gələndə Abdulla Şaiqin ailəsi şəhərdə deyildi, ona görə də
yenə Ağalar Əliverdibəyova üz tutdu. O da dərhal razılaşdı,
bir neçə gündən sonra yığışıb yola düşdülər.
534
Nə vaxtdı ki, belə arxayınlıq, könül rahatlığı hiss elə-
məmişdi. Bilqeyis xanımın üz-gözündə sevinc işığı vardı,
uşaqlar xoşbəxtlikdən özlərinə yer tapa bilmirdilər. O mə-
qamda hər şey, hər şey gözəl idi.
Proxladnaya stansiyasında düşüb Nalçikə elektrik qatarıy-
la getdilər. Mənzilbaşına çatandasa ailələrini vağzalda qoyub
ev axtarmağa yollandılar. Yusif Vəzirin ailəsi şəhərdə, Ağala-
rın ailəsisə şəhərə lap yaxın olan Həsəniyyə kəndində yerləşdi.
Havanın saflığı, bazarın bolluğu, asudə günlər nə vaxtdan
bəri tutulmuş üzlərini güldürürdü.
Yenə erkəndən oyanır, Orxanla bazara gedir, səhər
yeməyindən sonra uşaqları parka gəzməyə aparırdı. Buranın
ab-havası, təbiəti daim ona Şuşanı andırır, duyğularını ehti-
zaza gətirirdi.
Bir gün həyətdə oturanda qonşunun evindən ucalan səs
ürəyini göynətdi: Zülfü Adıgözəlov “Apardı sellər Saranı” oxu-
yurdu. Xanəndənin səsindəki yanğı onu götürüb uşaqlıq ca-
ğının qaldığı yerlərə apardı, dağları, daşları, çayları, düzləri,
dərələri, meşələri, bulaqları gəzdirdi. Gözlərinin çeşməsini
saxlaya bilmədi. Heç Orxanın bir neçə addım o tərəfdə daya-
nıb təəccüblə ona baxdığını da sezmədi.
Hər şey uzaqlarda, çox-çox uzaqlarda qalmışdı. Allah bilir,
bir də Şuşanı görəcəkdimi...
Aradabir də Ağalargilə gedir, ya da onlar şəhərə gəlirdilər.
Belə vaxtlarda Şuşanı xatırlayır, xəbərləri bölüşürdülər:
Kərim bəy Mehmandarovun övladlarının heç birinə rəhm
eləməyiblər, Ədil bəyi müsavatçı adıyla, Rəşid bəyi o vaxt za-
bit olduğuna, Məhbubənin əri Şamil Mahmudbəyovu
mənşəyinə görə güllələyiblər; üçoğlanlı Əli bəy və Mirzəli
bəy Behbudbəyovları əvvəl sürgünə göndərib, sonra nələri
varsa, əllərindən alıb özlərinisə qətlə yetiriblər; toxuculuq
sahəsində məsul vəzifələrdə işləmiş Teymur bəy Aslanovu
əksinqilabçı təşkilat rəhbəri kimi həbsxanaya salıblar; fayton-
çu Nadiri də tutublar, adını “xalq düşməni” qoyublar, amma
535
Xalq Cümhuriyyəti qurulanda könüllü milli orduya yazılıb
ermənilərə qarşı döyüşdüyünə görə qaralayıblarmış (Şuşadan
Dostları ilə paylaş: