üçün darıxmışam, heç bir şah səltənəti məndən ötrü onun yerini
verməz” sözlərini oxuyanda, qəhrəmanların Nyu-York küçə-
lərində nə vaxsa Bakıda eşitdiyi “Aman-aman, oy/ Qaşı kaman,
oy” mahnısını oxuduqlarını təsvir eləyəndə çox təsirlənmişdi:
görünür, bunları yazan qürbət ağrıları çəkibmiş...
Əlyazmanı verdi, sözünə əməl elədi, daha kitabın taleyi,
“Əli və Nino” romanının çex və polyak dillərində də çapa
hazırlanması barədə Elfridanın dedikləri onu maraqlandır-
mırdı, indi yeganə arzusu bu Vyana çıxılmazlığından qurtul-
maq idi...
Qəzetlər yazırdılar ki, fevralın on ikisində kansler Kurt
fon Şuşniqi Fürerin Berhteshadendəki qərargahına çağırıb
ultimatum veriblər: ya deyilənlərə əməl elə, ya da səkkizinci
515
ordumuz dərhal hücuma başlayacaq. O da məcbur qalıb yer-
li nasional-sosialistlərin başçısı Artur Zeyss-İnkvartı daxili
işlər naziri və gizli polisin rəhbəri təyin eləyib, nasional-
sosialistlər üçün yeni siyasi əfv imzalayıb, Avstriya nasional-
sosialist partiyasının Vətənpərvərlər İttifaqına daxil olması-
na razılıq verib.
Martın doqquzunda fon Şuşniq dörd gün sonraya Avstri-
yanın taleyi barədə referendum təyin eləyəndəsə vəziyyət
dözülməz həddə çatdı. Danışırdılar ki, Fürer artıq səkkizinci
ordunun hücuma hazır olması barədə əmr verib, elə səhəri
gün German Görinq vasitəsilə Zeyss-İnkvarta daha bir ulti-
matum göndərib ki, kansler ağlını başına yığsın.
Sonrakı gün axşamüstü dükandan qayıdan frau Şulte
kanslerin istefaya getdiyi, hakimiyyəti daxili işlər nazirinə
verdiyi, orduya müqavimət göstərmədən geri çəkilmək
barədə əmr göndərdiyi barədə xəbər gətirəndə Leo artıq bü-
tün bunları bilirdi, Abram Nussimbaum radiodan eşidib da-
nışmışdı. Düzdü, prezident Miklas Zeyss-İnkvarta yeni
hökumət qurmağa tapşırmaqdan boyun qaçırmışdı, amma
gecə təslim olmuş, Fürerin əmri, German Görinqin göstərişilə
yeni hökumət adından alman qoşunu ölkəyə dəvət olunmuş-
du, səhərsə artıq Henrix Himmler, Valter Şellenberq və Ru-
dolf Gess Vyanadaydılar, fon Şuşniqin həbs olunduğu Mort-
sinplasda yerləşmişdilər, Ernst Kaltenbrünnersə təhlükəsizlik
naziri təyin olunmuşdu.
O biri günün axşamı Fürer ordusunun baş qərargah rəisi
Vilhelm Keytelin müşayiətilə gəlib çıxmışdı. Səhəri gün radi-
oyla Avstriyanın Almaniyayla birləşdirilməsi barədə qanun
elan olundu, sonrakı günsə Fürer Hofburq sarayı qarşısında-
kı Heldenplas meydanına toplaşan tərəfdarlarına təntənəylə
deyirdi:
“Alman xalqı qarşısında elan eləyə bilərəm ki, həyatımın
ən böyük missiyasını yerinə yetirdim!”
516
Artıq gestaponun xəfiyyələri “yəhudi və kommunist
ovu”na çıxmışdılar, “anşlüs”ün – birləşmənin əleyhinə olan-
larla yanaşı, onları da üzə çıxarmağa çalışırdılar.
Kitablarının nəşr olunduğu ölkəyə viza ala bilməməyi Leo
Əsəd bəyi, az qala, dəli eləyirdi. Lap bu yaxınlara qədər İtali-
yaya rahatca gedib-gəlirdi. Görünür, Pima Andrea da
məsələni çözə bilmir, ya da məktubları ona çatmır.
“Herenhof” kafesi, demək olar, boşalmış əvvəlki cazibəsini
itirmişdi. Seyrək gələnlərin sifətində də qorxu, narahatlıq,
çaşqınlıq sezilirdi.
Ələ keçsəydi, Nansen pasportu çətin ki, Leo Əsəd bəyi
xilas eləyəydi. Daha Fürer üçün Millətlər Liqasının elə bir
dəyəri qalmamışdı ki, bu cür sənədlərə inansın. Anşlüs günü
dözə bilmədi, atasına evdən çıxmamağı bərk-bərk tapşırdı,
frau Şultedən sayıq olmağı xahiş eləyib Lixtenau qəsrinə
getdi.
Küçələrdə qələbəlik idi. Anşlüs tərəfdarları, yerli nasional-
sosialistlər qələbələrini bayram eləyirdilər. Leo-Əsəd bəy on-
ların görkəmindəki təcavüzkarlığı görüb paltosuna daha da
bərk-bərk büründü, xəfiyyələrdən yayınmağa çalışa-çalışa
Lixtenauya doğru uzanan yola çıxdı.
Qəsrin də, baronessa Elfridanın görkəmi də kədərliydi,
yaxşı heç nə vəd eləmirdi. Qırx üç yaşını təzəcə ötmüş Elfrida,
elə bil, qısa müddət ərzində qocalmışdı, səliqəsiz geyimi, na-
rahat ovqatı bu duyğunu daha da qatılaşdırırdı.
“Hamı qaçır, Leo, – o fikri dağınıq halda masanın üstündəki
kağızlara baxa-baxa dilləndi. – Sizin hələ burda olmağınıza
təəccüblənirəm. Lüsi Tal Parisdən, “Metro-Qoldvin Mayer”
kinoşirkətinin Avropa təmsilçisindən şifrəli teleqram alıb, nə
yollasa viza qoparmağa nail olub, özünü qatara güclə çatdı-
rıb, nəşriyyatı da doktor Alfred İbaxa tapşırıb. Yoxsa gestapo-
çuların caynağına keçəcəkmiş. Bütün sənədləri də vəkili
Luiyə veribmiş, o bədbəxt də ələ keçib, güllələnib, sənədlərsə
yandırılıb. Mən əlyazmanı çap etdirmək üçün Herta Pauliylə
517
müqavilə bağladım, o da “Zinnen-Verlaq” nəşriyyatıyla razı-
lığa gəlib, gəlirin on faizini, hər min nüsxədən üç nüsxə, hər
sonrakı kitabdan da ilk gəliri alacaq. Bundan sonra nə olaca-
ğınısa bilmirəm.
“İtaliyadan ümid elədiyim vizanı ala bilmədim, – Leo-
Əsəd bəy paltosunu soyunmadan masanın böyründəki kres-
loya çökdü. – Mən də bundan sonra neyləyəcəyimi bilmirəm.
Siz nə qərara gəldiniz?”
“Hələ ki, qəti bir fikrim yoxdu, – baronessa vüqarla başını
dik tutub dilləndi. – Ari irqə mənsubam, baronessayam, hər
halda, əminəm ki, bunu nəzərə alacaqlar. Əgər Vyanada qal-
sanız, mənim yanımda yaşaya bilərsiniz, sizi himayə eləməyə
gücüm çatar”.
Bu son çıxış yoluydu, Vyanadan gedə bilməsə, baronessa-
nın himayəsinə sığına bilərdi. Amma açıq-aşkar yəhudi olan
qoca Abram Nussimbaumu necə xilas eləyəcəkdi?
“Minnətdaram, – Leo-Əsəd bəy şlyapasını əlində fırlada-
fırlada bir anlığa susdu, – İtaliyaya getməyə cəhd göstərə-
cəyəm. Əgər çətinliyə düşsəm, sizin köməyinizə bel bağlaya
bilərəm”.
“Müqavilələrinizlə bağlı narahatlığınız olmasın, ünvanını-
zı xəbər verərsiniz, zəhmət haqqınızı göndərərəm”.
“Sizə inanıram, – Əsəd bəy kreslodan dikəldi. – Ümidva-
ram ki, naşirlərlə münasibətləri yoluna qoyacaq, məni də
unutmayacaqsınız. Amma bundan sonra görüşüb-
görüşməyəcəyimizi bilmirəm. Gəlin vidalaşaq”.
Vidalaşdılar. Qəsrdən çıxanda özünü də bir qədər yüngül-
lük duydu: bəlkə də hələ hər şey itirilməyib...
***
Bir neçə gün evdən çıxmadı. Daha “Herenhof” kafesinə
getmək mənasız, üstəlik, təhlükəliydi: gestapoçular artıq tut-
hatuta başlamışdılar. Belə vaxtda atasıyla baronessaya sığın-
maq riskli olardı; özünün “Əsəd bəy” adı vardı, bəlkə də
518
birtəhər müdafiə oluna bilərdi, amma atasını da aparıb baro-
nessanı çətin vəziyyətdə qoya bilməzdi, onsuz getməksə,
iyrənc hərəkət olardı.
Artıq qapılarına dirənmiş gestapoçulardan canlarını qur-
tarmaq istəyən yəhudilər pəncərələrdən atılıb həyatlarına
qəsd eləyirdilər; ələ keçənlərisə, dəmir barmaqlıqlı maşınlara
doldurub xüsusi gettolara aparırdılar.
Leo-Əsəd bəy qəfəsə salınmış pələng kimi otağında çırpı-
nır, çıxış yolu axtarırdı, atasını və dayəsini özüylə götürsəydi,
şübhəsiz, tez ələ keçərdi; təkcə atasını aparsaydı, yenə eyni
aqibətlə üzləşərdi; bu şəhərdən tək-tək çıxmaq daha məqbul
variant idi: Leo mümkün yollarla İtaliyaya çatar, sonra
əlaqələrini işə salıb qocalar üçün viza ala bilərdi. Başqa çıxış
yolu görünmürdü.
Üstəlik, son vaxtlar sol ayağında kəskin ağrılar başlamışdı.
Bunu əsəb gərginliyindən yaranan sinir xəstəliyinə yozurdu.
Lap belə olmasa da, həkimə getmək, yaxud həkim çağırmaq
artıq təhlükəliydi, kim bilir, üz tutduğu adam hansı yuvanın
quşu çıxacaqdı. Tezliklə Vyana cəhənnəmindən qurtulmaq
lazım idi.
Qərarını qocalara söylədi: Abram Nussimbaum qətiyyən
evdən bayıra çıxmayacaq, frau Şulte onu etibarlı surətdə
gizləyəcəkdi, Leo İtaliyaya çatıb viza məsələsini həll
eləyəcənəcən özlərini qoruyacaqdılar; Leo frau Şultenin adı-
na sənədlər göndərəcək, rahatca İtaliyaya yola düşəcəkdilər.
Özüylə bir neçə kitab, əlyazmalarını, şəkillərini, qeyd
dəftərlərini, bir də “şərqli paltarı”nı götürdü – hər halda, dar
məqamda lazım ola bilərdi. Üzünü tərtəmiz qırxmış, yeni
dəbli kostyum geyinmiş, başına almanların sevdiyi fetr şlya-
pa qoymuşdu...
Hər ehtimala qarşı vağzala frau Şulteylə getdi, onun alman
paspotru vardı, xəfiyyələr rast gəlsə, birtəhər əllərindən qur-
tara bilərdilər. Bileti də frau Şulte aldı, onu ikinci dərəcəli
vaqona mindirib qatar tərpənənə qədər yanından aralanmadı.
519
Qatar İsveçrə sərhədinə doğru gedirdi. Leo Əsəd bəy bun-
dan sonra başına nə gələcəyini bilmirdi: hər halda, İsveçrə
neytral ölkədi, Nansen pasportuna etinasız yanaşmazlar, on-
dan sonra İtaliya keçmək barədə fikirləşər. Tez yatmaq bütün
olub-keçənləri unutmaq, İtaliyaya mümkün qədər tez keçmək
lazımdı. Amma artıq əsəblərinin tab gətirmədiyini hiss
eləyirdi. Son on beş ildə yaşadıqları, deyəsən, izsiz
ötüşməmişdi...
***
...Feldkirkdə qatardan düşdü, sərhəddə də elə bir çək-çevir
yaşamadı. Bir neçə saatdan sonra artıq Lokarnoya gedən qa-
tara əyləşmişdi...
Görünür, əsəb sarsıntısından sonra sevinc duymaq asan
deyildi, sifətində dəyişikliklər baş verirdi, Lokarnoya yaxınla-
şandasa bələdçi narahatlığını bildirdi:
“Cənab, deyəsən, əhvalınız yaxşı deyil, həkimə ehtiyacınız
varmı?
“Həkim? Hə, həkim? – Leo Əsəd bəy qəfildən bağırdı. –
Cəhənnəm ol həkiminlə! Mən xoşbəxtəm, görmürsən,
xoşbəxtəm!”
Bələdçi diksindi, qorxudan gözləri böyüdü, kupedəki
digər sərnişinsə çaşqın halda ona baxıb dillənmədi.
“Belə ha, – Leo qəhqəhə çəkdi, – bir bunun cənab deməyinə
bax!”
Amma Lokarnoda qatar dayanan kimi, kupeyə iki ağxalat-
lı kişinin girdiyini görüb çaşdı, dinməzcə onların yanına düş-
dü. Görünür, bələdçi vaxtında tədbir görməyi özünə borc
saymışdı.
Barmaqlıqlı maşın onu mənzilə çatdıranacan hara getdik-
lərini soruşmadı, elə bil, bunun ondan ötrü istisi-soyuğu yox
idi. Yalnız qapıdan içəri girəndə dedilər ki, deyəsən, əsəbləri
pozulub, yerli hakimiyyətin göstərişilə müalicə olunacaq;
əlbəttə, Əsəd bəyin adını eşidiblər, kitab yazdığını bilirlər;
Əsəd bəyin bir arzusu varmı?
520
Qəfildən özünü elə tənha hiss elədi ki, ağrıdan bağırmaq
istədi. Bu halında onu frau Şultenin şəfqətindən başqa heç nə
xilas eləyə bilməzdi: artıq hər şey, hətta, Erika, Elfrida, Pima
belə uzaq ilğımdan başqa bir şey deyildilər.
“Vyanaya, frau Alisa Şulteyə teleqram göndərin, – Leo ün-
vanı söylədi, – yazın ki, ona ehtiyacım var”.
“Göndərərik, narahat olmayın, – həkim onu arxayın elədi,
– sizin əsəbləriniz qaydasında deyil, bir müddət müalicə
olunmalısınız”.
...Bir-birinə oxşayan neçə gün keçdi? Üç, dörd, beş? Bəlkə
də az, ya da çox. Daha ondan ötrü günlərin zaman ölçüsü yox
idi, elə bil, boşluğa düşmüşdü...
Vəfalı dayə qəfildən xilaskar mələk kimi göydən enib qa-
nadlarını onun üzərinə gərdi. Frau Şulte Leonu belə görəndə
ağladı, amma tez də göz yaşlarını gizlədib özünə toxtaqlıq
verdi:
“Mən yanındayam, Leo, hər şey yaxşı olacaq, oğlum”.
“Oğlum!” Leo az qaldı hönkürsün, ancaq hisslərin bollu-
ğundan yalnız köksünü ötürə bildi.
“Bəs atam? Onun halı necə olacaq?” – Leonun gözlərində
yaş gilələndi.
“Allahın pənahındadı, oğlum, – frau Şulte əlacsız görkəmlə
dilləndi, – qismətimizdə nə varsa, o olacaq”.
“Müsəlmanlar deyirlər, alın yazısından qaçmaq olmaz, –
Leo kədərlə gülümsədi, sonra ağrıdan üz-gözünü bürüşdür-
dü. – Ayağımda ağrı var”.
“Həkimə deyərəm, baxar”, – frau Şulte cəld əl-ayağa
düşdü.
Həkim ayağına baxdı, narahatlığına rəğmən onda Reyno
xəstəliyinin əlamətləri tapmadığını dedi, ağrıkəsici iynə vur-
du. Amma həmin gecə də ağrı təzədən başladı, dayə yenə
həkim çağırmaq məcburiyyətində qaldı.
Bir dəfə də əsəb tutması ağır oldu. Leo yatağından qalxıb
intihar eləmək üçün iti bir şey axtardığı vaxt qoca dayə özünü
yetirdi. Sonra həkim gəlib yenə sakitləşdirici iynə vurdu.
521
...Müalicəsi, bir qədər də dincəlib özünə gəlməsi iki aydan
yaxın çəkdi. Frau Şulte yaxınlıqda mənzil kirayələmişdi, bü-
tün gününü onun yanında keçirir, ancaq axşamlar yatmağa
gedirdi.
İki dəfə də Abram Nussimbaumdan Peter Şulte adı altında
məktub almışdılar. Çox güman, bunu ona tədbirli dayə başa
salmışdı ki, şübhə doğurmasın. Abram üstüörtülü Vyanada
vəziyyətin daha da pisləşdiyini, frau Şultenin tapdığı qulluq-
çu qadının hər gün qorxulu xəbərlər gətirdiyini yazırdı. “An-
Dostları ilə paylaş: |