466
uzaq əsərlər yazmışdır. Halbuki, Yusif Vəzir öz iştirak etdiyi Müsa-
vat hökumətinin avantürasını, şovinizmini və xalqı soymasını
“Qızlar bulağı”ndan daha asan yaza bilərdi. Bəs nə üçün yazmayır?
Görünür ki, yazmaq istəməyir. Nə üçün o Müsavat hökumətinin
Azərbaycan xalqını çapıb-talamasını göstərməyir? Sovet yazıçısı
adını daşıyan bir şəxs üçün ölkəmizdəki parlaq qalibiyyətlərmaraqsız
qala bilərmi?”
Elə plenumdakı məruzəsində də Böyükağa Talıblını, Əli
Nazimi, Tağı Şahbazini, Əli Razini, Əli Nəzmini, Əhməd Ca-
vadı, Əlibəy Hüseynzadəni, Almas İldırımı, Adil Nəcdəti,
Hüseyn Cavidi, Hacıkərim Sanılı, Mikayıl Müşfiqi tənqid
atəşinə tutdu, sonra sözü Yusif Vəzirin üzərinə gətirdi:
“Yusif Vəzirin “Studentlər” əsəri qətiyyən tənqid olunma-
mış, halbuki tənqid edilməlidir. Çünki bu əsərdə hər cür kon-
trrevolyusion fikirlər mənfi tip ağzından biabırcasına təşviq
olunur. Belə bir əsəri sovet nəşriyyatı necə buraxmışdır? Yusif
Vəzirin özü, onun keçmişi tənqid tələb edir. O bizim qurulu-
şumuzda olan tematikanı çətin alır. O bu günün əsərini hələ
yarada bilməmiş... Qızlar bulağı” bu günün əsəridirmi?
Əlbəttə, yoх... Odur ki, tənqidçi yoldaşlar Yusif Vəzirin yara-
dıcılığına nəzər salmalıdır”.
Sədrdən işə alan “gənc və fəal yazıçılar” dərhal hücu ma
keçdilər. Çıxışlardan belə görünürdü ki, onlar “Azərbaycan
həyatıyla daha az maraqlanan, Azərbaycan əməkçilərinin müba-
rizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən” yazıçılardılar,
“səhvlərini” başa düşmürlər, “yenidənqurulmayla” məşğul ol-
murlar”.
Təşkilata təzəcə üzv olmuş cavanlardan biri üzünü ona
tutub böyük ruh yüksəkliyilə danışdı: “Yusif Vəzir haqqında
danışarkən mən istəyirəm, həmişə onun əlində dəstəvuz olan
“Studentlər” romanından deyim. O, sovet quruluşuna aid heç bir
əsər yazmamışdır desək, haqqımız vardır. Sovet quruluşuna aid
onun yazdığı yalnız bir hekayədir. Nəhayət, orada komsomol qızı…
bıçaqla öldürür. Mən təcrübəli yazıçı kimi bir şey demək istəyirəm.