Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə119/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   115   116   117   118   119   120   121   122   ...   175
yin bəxş elədiyi hər şeyin gözəgörünməz dəyəri varmış: Erika onu, 

“mənim  ərəb  şeyxim”  adlandırdığı,  məftun  olduğunu  giz-

lətmədiyi,  “Madam  Əsəd  bəy”  adlanmaqdan  zövq  aldığı  ca-

van,  yaraşıqlı,  məşhur  ərini  atıb  özündən  xeyli  yaşlı  bir 

dələduzla qaçdı! Leo buna layiq idimi? Getdiyi yerlərdə Eri-

kadan  da  gənc,  gözəl,  yaraşıqlı  qadınlar  Əsəd  bəyin  bircə 

işarəsilə yanına düşüb dünyanın o başına getməyə hazırdılar. 

Biri elə Pima Andrea... Ondan ötrü həyatını qurban verməyə 

hazırdı, indi, yəqin, qəzetlərin sayəsində Əsəd bəyin başına 

gələnlərdən xəbər tutub...

 Qəzəb tutmaları bəzən çılğınlıqla əvəz olunurdu. Leo göz 

yaşları içində otağında vurnuxur, əlinə keçəni sındırıb-dağıt-

maq istəyir, az qala, qışqırırdı: “Bu dünyada iki nəfər kor var: 



biri sənsən – sənə nə qədər ehtiyacım olduğunu görmürsən; biri də 

mənəm  –  səndən  başqasını  görmürəm!”  Abram  Nussimbaum 

belə  vaxtlarda  oğluna  yaxın  düşməyə  ürək  eləmir,  əlacsız 

görkəmlə frau Şultenin üzünə baxırdı. Qoca dayə də yanaqla-

rı  göz  yaşından  islanmış  halda  Leonu  qucaqlayır,  təskinlik 

verir, otuz yaşlı kişi uşaq sayaq hıçqırıb sakitləşənəcən başını 

sinəsindən ayırmırdı. Bu cür əsəb sarsıntılarının tez-tez baş 

verməsi dayəni qorxudur, onu həkimə müraciət eləmək, sa-

natoriyaya getmək üçün dilə tuturdu.

  Müvazinətini  az-çox  saxlamağa  doktor  Volfhanq  fon 

Vayzlla tanışlığı da müəyyən təsir göstərdi. Doktor fon Vayzl 

da Şərq vurğunuydu, Əsəd bəy kimi özünü Şərq məsələləri 

üzrə ekspert sayırdı; iyirminci illərin əvvəllərində Yaxın Şərqə 

gedib  ərəblərdə  sionizmə  rəğbət  oyatmağa  çalışmış,  hətta, 

Qahirədə Almaniya səfirliyinin köməyilə yarıalman-yarıərəb 




452

dillərində qəzetdə nəşr eləmiş, amma iflasa uğrayıb geri qa-

yıtmalı olmuşdu; ərəb dilini az-çox bilirdi, Yaxın Şərq və İs-

lam tarixindən yetərincə məlumatı vardı; o da Əsəd bəy təki 

Şərq  geyimlərini  xoşlayır,  şərqli  görkəmində  gəzməkdən 

zövq alırdı. Doktor fon Vayzl Qahirədən qayıdandan sonra 

ərəb-yəhudi  münasibətlərinin  gələcəyi  barədə  bədbin 

fikirdəydi, ifrat sionist Vladimir Jabotinskiylə dostluq eləyir, 

Fələstində İsrail dövlətinin yaranmasına var gücüylə kömək 

eləyirdi.

 Doktor fon Vayzl Əsəd bəyin kitablarını oxumuşdu, onları 

bəyənirdi, hətta, o kitabların yəhudi hərəkatına töhfəsini də 

yüksək  qiymətləndirirdi.  Elə  ilk  görüşlərindəcə  köməyini 

əsirgəmədi,  Rza  şah  haqqında  kitabının  əlyazmasını  dostu 

Rolf Passerə verib nəşrini yoluna qoydu, bir neçə gündən son-

rasa təklif elədi: islam dünyasının tarixi, intibahı və süqutu 

barədə şərikli kitab yazsalar, necə olar? O lazımi materialları 

verəcək, Əsəd bəysə peşəkar qələmilə əl gəzdirəcək.

 “Belə bir kitaba ehtiyac var, – doktor fon Vayzl nəzərlərini 

ona dikdi. – Bu mövzu Rolf Passeri də maraqlandırır”.

 Bu Əsəd bəy üçün göydəndüşmə fürsət idi: heç olmasa, bir 

müddət başı qarışar, Erikayla bağlı ağrılarını unutdurar, öz 

planlarınısa gələn iləcən təxirə salar.

 Elə səhəri gün də işə başladılar. Daha doğrusu, doktor fon 

Vayzl  Qahirədən  bəri  yığıb  qaydaya  saldığı  qəzet-jurnal 

kəsiklərini,  əlyazmaları,  kitablardan  çıxarışları,  ərəbcədən 

tərcümələri, bir neçə kitabı gətirdi, uzun-uzadı gələcək kita-

bın quruluşu barədə danışdılar, növbəti gün Əsəd bəy artıq iş 

başındaydı.

 İş doğrudan da maraqlıydı, İslam tarixini öz görümüylə 

kağıza köçürmək Əsəd bəyin xoşuna gəlirdi: xəyalında uzaq 

Ərəbistan səhrası, ərəb qəbilələri, karvan yolları, bütxanalar 

canlanırdı, sonra ticarətlə məşğul olan Muhəmməd ibn Ab-

dullaha ilahi vəhy gəlir, hamını təkallahlığa çağırırdı, onun 

çətinliklə qəbul etdirdiyi din yayılıb Əndəlüsdən Hindistana-



453

can, az qala, dünyanın yarısını tutur, xilafət illərində intibah 

dövrünü yaşayır, sonra süquta doğru üz qoyurdu.

 Artıq Abramla frau Şulte, Binkslə Cey, hətta Herta belə, 

Əsəd  bəyin  xəyalında  canlanan  islam  aləminin  yaratdığı 

arakəsmədən  o  tayda  qalmışdılar.  Vaxtaşırı  ona  baş  çəkən 

doktor  fon  Vayzl  işin  sürətlə  getməsindən  razıydı,  Rolf 

Passersə səbirsizliklə əlyazmanı gözləyirdi.

 İlin axırında qovluğu doktor fon Vayzla verdi. Kitabın adı-

nı da dəqiqləşdirdilər: “Allahü-Əkbər: Əbdülhəmiddən ibn Səuda 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin