Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə120/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   116   117   118   119   120   121   122   123   ...   175
qədər İslam dünyasının yüksəlişi və süqutu” olacaqdı. İşin bun-

dan  sonrası  doktorun  öhdəsinə  düşürdü;  Əsəd  bəyin  vaxtı 

yox idi – Pima Andreadan məktub almışdı.

  Sədaqətli  dostu  Əsəd  bəyin  vəziyyətilə  maraqlanandan 

sonra şirnikdirici ideya irəli sürürdü: bəlkə, Benito Mussolini-

nin bioqrafiyasını qələmə almaq barədə fikirləşsin? Çox ehti-

mal  ki,  Düçe  məşhur  müəllifin  təklifinə  biganə  qalmaz, 

üstəlik,  Əsəd  bəy  o  kitabı  yazmaqla  nasional-sosialistlərin 

bəraətini qazanar, Göbbels, hətta, fürer özü belə, bu cür faktı 

nəzərə almaya bilməzlər.

 Təklif Əsəd bəyi vəcdə gətirdi: Benito Amalkare Andrea 

Mussolini!  Düçe!  Nasizmin  atası!  Fürerin  müəllim  hesab 

elədiyi  şəxs!  İlyarım  əvvəl  Venesiyada  Hitlerlə  görüşündən 

sonra necə deyib? “Bu Hitler qarayaxa adamdı, qəddar və azğındı, 



Atillanı xatırlamağa məcbur eləyir...” O görüşdən cəmi on gün 

sonra  burda,  Vyanada  nasistlər  dövlət  çevrilişinə  cəhd 

göstərib, kansler Engelhardt Delfusu öldürəndən sonra arala-

rı  soyuyub,  nordizmdən,  germanizmdən,  antisemitizmdən 

uzaqlaşıb,  hətta  yəhudilərə  rəğbət  göstərməyə  başlayıb, 

nasizmlə kommunizm arasında orta yol axtarır. Leo Konstan-

tinopoldan gələndə Romada gördüklərini də xatırlayırdı: bü-

tün  bunlar  Düçenin  möhtəşəm  bioqrafiyasını  yazmaq  üçün 

əsas verir! 

 İşə başlamaq üçün Düçenin xeyir-duasını almaq lazımdı. 

Bundan ötrüsə Pima Mussoliniyə yaxın adamları tanıyır, on-



454

lar kömək əli uzadar, bəlkə də Düçeylə şəxsi görüşünü təşkil 

eləyərlər.

 Milad bayramından dərhal sonra yola çıxdı. Pima Andrea 

onu qarşıladı, qəlbi sınıq dostuna qayğısını əsirgəmədi, sonra 

“Sansoni”  nəşriyyatının  başçısı  Covanni  Centileylə  tanış 

elədi.  Düçenin  partiyasında Ali  Şuranın  üzvü  olan  Centile, 

şübhəsiz, Şərq və Qafqaz haqqında kitabların müəllifini, Le-

nin, Stalin, II Nikolayın bioqrafını tanıyırdı, Düçenin belə bir 

müəllifin müraciətinə xeyir-dua verəcəyinə şübhəsi yox idi. 

Amma bundan ötrü vaxt lazımdı, Düçe indi mühüm işlərlə 

məşğuldu.

  Pima  Andreayla  keçirdiyi  xoş  günlərlə  yanaşı,  bu 

səfərindən  əliboş  da  dönmədi:  “Sansoni”  nəşriyyatı  müsyö 

Əsəd bəyin əsərlərini həmişə çap eləməyə, üstəlik, müqavilə 

imzalamağa hazırdı; Əsəd bəyin yaxın planındasa bolşeviz-

min sonu, İran şahı Rza Pəhləvi haqqında kitablar var, sadəcə, 

həyatındakı uğursuzluqları unudub işləməlidi.

 İtaliyadan qayıdandan sonra dərhal işə başladı. Yenə “He-

renhof” kafesinin tüstülü, səs-küylü, qaynar günləri bir-biri-

nin ardınca ötüb keçir, aradabir doktor fon Veyzllə görüşür, 

başlarına  yığışanlara  Şərq  macəralarını  danışır,  həmsöh-

bətlərini heyrətləndirməkdən zövq alırdı, hərdənbir də Herta 

Pauli gəlir, qadın mehrini unutmasına imkan vermirdi. 

 Amma elə qadınlar var ki, onları itirəndən sonra əsl xoşbəxtliyi 

qaytarmaq olmur. Görünür, Erika həmin qadınlardan imiş...

***


 Vəkili Ernst Konstantin Vedererdən xahiş eləmişdi ki, bo-

şanma  prosesini  bir  qədər  uzatsın.  Ümidvardı  ki,  Erika  bir 

müddət sonra peşman olacaq, bəlkə də hər şeyi təzədən baş-

lamaq üçün dil tökəcək. Onda Erikanı bağışlayıb-bağışlama-

yacağını bilmirdi, amma qəlbinin dərinliklərində razılığa ox-

şar nəsə vardı.

  Bununla  belə,  Erika  peşman  olana  oxşamırdı,  üstəlik, 

təkidlə boşanmaq istəyirdi. “Şübhəsiz, bunun səbəbkarı ata 




455

Lyövendaldı,  o  puldan,  qazancdan  başqa  bir  şey  bilməyən 

qoca dəllaldı, – Əsəd bəy yenə “Harrenhof” kafesindən qayı-

dandan sonra otağında dəlisayaq vurnuxa-vurnuxa qışqırır-

dı. – O elə əvvəldən bizim evlənməyimizə razı deyildi, Erika-

nı məndən ayırmaq üçün bütün yollara əl atdı, detektiv belə 

tutdu ki, məni izləsin! Amerikaya da qəsdən köçdü, qızının 

oranı  bəyənəcəyini,  mənimsə  bəyənməyəcəyimi  bilirdi! 

Şübhəsiz, Reneylə qaçmasına da o xeyir-dua verib! Bu boşan-

ma təkidi də onun əməlidi! Qoca dəllal!”

 O günlərdə naşir Peter Talla görüşüb “Ölən Şərq” adlı kitab 

yazmaq üçün razılıq əldə eləmişdi. İstanbuldan yola düşəndə 

qəlbini çulğayan duyğuları qələmə almaq, içindəki Şərqə rek-

viyem yazmaq istəyirdi. Pter Tal onu tanıyırdı, ədəbi aləmdəki 

şöhrətinə,  iş  üsuluna  bələd  idi,  şübhəsiz,  belə  bir  müəlliflə 

əməkdaşlıq eləmək faydalı olardı. Bununla belə, ona ehtiyatla 

yanaşırdı, müqavilələri necə ustalıqla saxtalaşdırdığı, eyni ki-

tabı ayrı-ayrı nəşriyyatlara başqa-başqa adlar altında satdığı 

barədə ağlagəlməz şeylər danışırdılar. Əsəd bəyin gələcək ki-

tabdan səhifə kimi təqdim elədiyi yazını oxudu, sonra zara-

fatyana soruşdu:

 “Bunu daha kimə verib əvəzində avans almısınız?”

 Əsəd bəy təəccüblənmədi: şübhəsiz, peşəkar naşirdi, həm 

də səfeh deyil, amma bu kitabı doğrudan da yazmaq istəyirdi.

  “İndi  avans  almaq  iddiasında  deyiləm,  –  arxayın 

təbəssümlə dilləndi, – bunu əlyazmanı təhvil verib müqavilə 

bağlayanda aydınlaşdırarıq...”

 “Nə olar, – naşir də ciddiləşdi, – ümidvaram ki, yaxın ay-

larda yenidən görüşəcəyik...”

 “Mən də ümidvaram”, – Əsəd bəy onun əlini sıxdı.

  ...Söz  vermişdi,  amma  daha  işləmək  iqtidarında  deyildi, 

ma sa arxasında oturmağa mənəvi taqəti qalmamışdı. Hələ nə 

vaxt dan  bəri  beynində  dolaşan  xatirələrini  də  yazmaq 

istəyirdi.

 “Bilirsinizmi, frau Şulte, – dayəsinə deyirdi, – mən xatirə-

lərimi qələmə almaq istəyirəm. Bunu əvvəllər eləməmişəm. 




456

Gündəliyin bütün hissələri beynimdə tamamlanıb. Onları an-

caq qələmə almaq qalıb, mənsə bunu eləyə bilmirəm...”

  Yenə  əlacsızlıq  içində  frau  Şultenin  üzünə  baxır,  qoca 

dayəsi  göz  yaşları  içində  Leoya  təskinlik  verməli,  Leonun 

qəzəb  tutması  ötüb-keçənəcən  qoca  dayə  doyunca  ağlayıb-

kiriməli olur, Leo hıçqıra-hıçqıra bu cür yaşamaqdan yorul-

duğunu deyir, həyatla vidalaşacağını dilinə gətirirdi...

Onun  ruhi  vəziyyətinin  get-gedə  təhlükəli  şəkil  aldığını 

görən Abram gizlicə oğlunun dostlarıyla görüşüb Leonu müa-

li cəyə getmək üçün dilə tutmalarını xahiş elədi. Axır ki, Leo tə-

kidlər qarşısında təslim oldu: yaxşı, gedər, amma gərək əvvəlcə 

əlindəki işi qurtarsın, Rolf Passerə söz verib, həm də ona elə yer 

lazımdı ki, yazmağa imkan olsun, yoxsa bağrı çatlayar. 

  Getdiyi  sanatoriyadasa  iki  ay  güclə  duruş  gətirə  bildi. 

Əvvəl hər şey yaxşı gedirdi, sakitlik, psixoterapiya müalicəsi 

öz təsirini göstərməyə başlamışdı, amma ikinci ayın sonunda 

ruhi  taqətinin  tükəndiyini  hiss  elədi:  vaxt  ötüb-keçir,  işləri 

istədiyi kimi getmir; həm də əvvəllər ildə üç-dörd kitab ta-

mamlayan Əsəd bəy bu il bir kitabı güc-bəlayla başa vurub; 

Erikanın siması da onu kabus kimi izləyir, yuxularında belə 

yaxasından əl çəkmir.

 Hər şeyi yarıda atıb camadanı yığışdırdı, həbsxanadan qa-

yıdan adam kimi Vyanaya döndü. Amma Lev Nussimbaum 

əsəb  və  can  həkimlərilə  danışmışdı,  həftədə  bir  neçə  dəfə 

gəlib oğlunu müayinə eləyir, iynə vurur, dərman içirdirdilər. 

Yenə həyatı əvvəlki narahat, əsəbi axarıyla keçirdi...

 ...O ilin yayında bir də İtaliyaya gedib Pima Andreayla gö-

rüşdü, Covanni Centileyə baş çəkdi, amma hələ Mussoliniylə 

təmas  məsələsində  əhəmiyyətli  irəliləyiş  əldə  edilmədiyini 

öyrənib  məyus  oldu.  Əsəd  bəyin  müraciəti  Düçenin  katib-

liyinə  çatdırılıb,  münasib  vaxtda  şəxsən  özünə  məruzə  edi-

ləcək,  ümidvardılar  ki,  məsələ  müsbət  həll  olunacaq. 

Vəssalam.

 Əsəd bəy belə ləngliyə alışmayıb, amma başqa çarə yoxdu, 

səbir eləmək lazımdı. Pima isə lap möcüzədi. Leo həyatında 




457

frau  Şultedən  başqa  kimsədən  bu  qədər  sevgi,  şəfqət 

görməyib, hətta, doğma anası belə, ona bu qayğını daddırma-

yıb... 


  Vyanaya  ikili  hisslərlə  qayıtsa  da,  hələ  hər  şeyin  beləcə 

ötüb-keçəcəyinə  inanmırdı.  Qoy  Erika  inad  göstərməyə  da-

vam  eləsin,  öz  Renesilə Amerikada  mənasız  həyat  keçirsin, 

Əsəd bəy taleyin bu zərbəsinə tab gətirəcək, yeni-yeni kitab-

lar yazacaq. O yazacaqlarını axtarmır, tale həmin mövzuları 

heç gözlənilmədən qarşısına çıxarır.

  Payızda  “Rza  Şah:  Kapitan,  imperator,  islahatçı”  kitabının 

əlyazmasını  Rolf  Passerə  göndərdi.  Əlbəttə,  kitabda  özünü 

fars  kimi  qələmə  verməsi,  fars  dilinə  vaqif  olduğunu  iddia 

eləməsi  oxucunun  diqqətini  çəkəcək,  yenə  tələsik  qələmə 

alındığını, ciddi tarixi əsər, etibarlı mənbə olmadığını yaza-

caqlar, amma bunun o qədər də əhəmiyyəti yoxdu, başlıcası 

budur ki, Əsəd bəyin hələ də yazıb-yaratdığını sübut eləyəcək. 

İl  yarım  ərzində  çəkdiyi  mənəvi  əzabları  ovutmaq  üçün 

özünə rəhmi gəlmədən işləyir – sadəcə, başqa yolu yoxdu.

  ...Dekabrın  ilk  günlərinin  birində  gözlənilmədən  köhnə 

dostu Ömər-Rolf fon Ehrenfels peyda oldu. Qəfildən “Heren-

hof”  kafesinə  girib  onun  qarşısında  dayandı,  Əsəd  bəyi 

əməlli-başlı  heyrətləndirdi.  Berlində  “Şərq  birliyi” 

cəmiyyətindəki  görüşlərindən  bəri  xeyli  dəyişmişdi,  amma 

Leo dostunu dərhal tanıdı, hərarətlə qucaqlaşdılar.

 “Sən də Berlindən qaçdın? – Əsəd bəy maraqla onu süzdü, 

– nə vaxtdı sorağını eşitmədiyimə görə çox narahat idim”.

  “Gördüyün  kimi,  sağ-salamatam,  –  fon  Ehrenfels 

gülümsədi,  –  başqa  şeylər  barədəsə  sonra  danışarıq.  Gələn 

kimi səni axtardım, İtaliyada idin. Başına gələnlərə görə çox 

təəssüflənirəm”.

 “Həyatdı, hər şey olur, amma yaşamaq lazımdı”, – Əsəd 

bəy özünü də təəccübləndirən təmkinlə dilləndi.

 “Elədi, – fon Ehrenfels susub başını tərpətdi, – yaşamaq 

lazımdı”.

 Susdular. Bayırda qışın ilk qarı başlamışdı...




458


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin