diyin kəsi itirməkdən yaxşıdı. Əsəd bəy də özünü saxlaya
bilmədi, bir neçə konsulluğa getdi, Amerika konsulluğunda
artıq gec olduğunu, Erikanın Nyu-Yorka yola düşdüyünü
447
öyrənəndə qəzəbini cilovlaya bilmədi, bildirdi ki, hakimiyyət
orqanlarına xəbər versinlər, Erika Lyövendal Amerikada
cinayət törətməyi planlaşdırır. Əlbəttə, okeanın o tayında
inanmayacaqlar, bununla belə, xəyanətkar arvadının da başı
ağrıyacaq, huquqi problemlərlə üzləşəcək...
Abram Nussimbaum məsələdən xəbər tutanda istehzayla
gülümsünüb başını buladı:
“Yazıq Leo, mənim kimi arvad sarıdan onun da bəxti
gətirmədi, – hələ də baş verəndən özünə gəlməmiş frau
Şulteyə dedi, – frau Şulte, indi onun bizim köməyimizə daha
çox ehtiyacı var”.
“Əlbəttə, əlbəttə, – frau Şulte neyləyəcəyini bilməsə də, əl-
ayağa düşdü. – Mən Leonu tək qoymaram”.
Əsəd bəysə aldığı zərbədən hələ özünə gəlməmişdi, ota-
ğından çıxmır, hey ora-bura vurnuxur, ya da uzanıb gözlərini
tavana zilləyib fikirləşidi. “Ən dəhşətli duyğu bilirsən nədi?
– öz-özünə deyirdi. – Sevdiyini ona demək üçün dünyada hər
şeydən keçməyə hazırsan, amma dərk eləyirsən ki, daha bunu eləyə
bilməyəcəksən, çünki... o artıq sənsiz də xoşbəxtdi...”
Sonra evdən çıxıb harasa gedirdi. Getdiyi yersə, şəhərin
ədəbi aləminin yığışdığı “Herenhof” kafesiydi. Berlindəki
“Melomania”nı xatırlatdığına görə, buranı çox sevirdi: həmin
tüstülü, səs-küylü, yarıqaranlıq mühit, söhbətləşən, mübahisə
eləyən, söyüşən tiplər, qəzet-jurnallardakı şəkillərindən tanı-
nan məşhur adamlar... Burda vaxtın necə keçdiyini hiss
eləmirdi: masanın haqqını ödəyib axşama qədər otura
bilərdi...
***
Erikadan məktub alandan sonra elə bu cür də elədi.
Dünənə qədər arvadı olan qadın yazmışdı ki, onun katibəsi
olmaqdan təngə gəlib, Reneni sevir, evlənəcəklər, buna görə
də boşanma məsələsini həll eləmək lazımdı; bir də yazmışdı
ki, indi Avropada səyahət eləyirlər, tezliklə Amerikaya
448
gedəcəklər, boşanma məsələsilə vəkili doktor Eduard Firşau-
er məşğul olacaq. Əlbəttə, Leoya hər şeyə görə təşəkkür eləyir
və uğur arzulayır.
Deməli, qadın xəyanəti adlanan şey yoxmuş, baş verənlər ya
kişinin ona barmaqarası münasibətinə görə intiqam, ya da yeni sev-
giymiş; deməli, hər şey bitdi, ən azı, həyatının Erikayla bağlı
mərhələsi sona çatdı.
Şübhəsiz, gərək həyatında olan-qalan
şeyləri bircə adamla bağlamayasan, çünki onu itirəndə hər şeyi
itirərsən.
Vyanada qalmaqda səhv elədi: İsveçrəyə, lap elə İta-
liyaya gedə bilərdi, bu lənətə gəlmiş Reneylə də rastlaşmazdı-
lar.
Boşanma məsələsilə vəkili doktor Ernest Konstantin Vede-
rer məşğul olar, indiki vəziyyətində Erikayla üz-üzə gəlmək
istəmir.
Əsəd bəy o gündən “Herenhof” kafesinə “köçdü”. Hər
səhər küncdəki masasının arxasında yerini tutur, müştərilər
yavaş-yavaş yığışanacan xırdaca hərflərlə beynindəkiləri ya-
zırdı: bu bəzən növbəti kitabından səhifələr, epizodlar, bəzən
Parisin bir mühacir jurnalı üçün irihəcmli məqalə, bəzən də
bulvar qəzetləri üçün kiçik qeydlər olurdu. Rene Fülöp-Mille-
rin, Ervin Eqon Kişin, Əmin əl-Rihaninin kitablarını vərəq-
ləyir, bəyəndiyi parçaları köçürürdü ki, lazım gələndə istifadə
eləsin. Günortadan sonra kafe qaynar qazana dönürdü: Frans
Verfeli də, Maks Brodu da, Berlindən tanıdığı Eqon Ervin Kişi
də burda görmüşdü.
Günlərin birindəsə Valter Merinq gəlib çıxdı:
“Leo, – görüşəndən sonra dedi, – başına gələnləri eşitdim,
çox təəssüflənirəm. Amma inanıram ki, ruhdan düşmə-
yəcəksən, mənim vəziyyətim heç də səninkindən yaxşı de-
yil”.
“Mən də sənin başına gələnləri eşitdim. Kitablarını Reyxs-
taqın qarşısındakı tonqalda yandırıblar. Bəlkə, elə buna görə
tarixdə qalacaqsan”, – özünü saxlaya bilməyib sözünü zara-
fatla bitirdi.
449
“Bəlkə də, – Merinqin qaşqabağı açılmadı. – Amma indi
məni başqa şey narahat eləyir. Nasional-sosialistlər təkcə Al-
maniyada hökmranlıq eləməklə kifayətlənməyəcəklər. Hələ
ki, Parisə getmək istəyirəm, sonrasısa taledən asılıdı”.
“Valter, – Leo onun əlindən yapışdı, – indiyə qədər əldə
elədiklərimdə sənin nə qədər payının olduğunu demək artıq-
dı. Sənə borcumu ödəyə bilmərəm. Əgər maddi, ya mənəvi
çətinliyə düşsən, həmişə yanındayam. – Sonra masanın
üstündəki iri zərfi götürüb içindən kitab çıxardı. – İkinci Ni-
kolay haqqında kitabımın fransız dilində nəşridi. Bunu sənə
bağışlayıram, Valter, hər halda, xatirədi”.
Qələmi götürdü, kitabın forzasında xırda hərflərlə alman
və ivrit dillərində yazdı: “Qovulmuş, hamının unutduğu, hamı-
Dostları ilə paylaş: |