Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə113/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   109   110   111   112   113   114   115   116   ...   175
“Dirilmə”, Qoqolun “Köhnə dünyanın mülkədarları”, “Ölü can-

lar”, Saltıkov-Şedrinin “Ötkəm müdir nağılı”, Balzakın “Şaqren 

dərisi”  əsərlərini  istəklə,  böyük  zövq  ala-ala  çevirir. 

Nəşriyyatın sifarişilə arada Serafimoviçin, Neverovun, Lav-

renyevin, Pavlenkonun kitablarını da çevirməli olur.

  Amma  Turgenevin  “Xam  torpaq”  romanının  tərcüməsilə 

bağlı məsələ ondan ötrü sirr olaraq qaldı. Romanın tərcüməsini 

Yazıçılar  İttifaqının  plenumu  təklif  eləmiş,  “Azərnəşr”in  di-

rektoru Əhməd Triniç də Yusif Vəzirlə müqavilə bağlamışdı. 

Öz yazı-pozusundan oğurladığı vaxtın hesabına – yeddi aya 

romanın tərcüməsini bitirib nəşriyyata təhvil vermiş, kitabın 

redaktoru Hacıbaba Nəzərli təyin olunmuşdu. Belə görünür-

dü ki, hər şey qaydasındadı, kitab nəşr olunacaq, tərcüməçi 

də qonorarını alacaq.




436

 “Xam torpağ”ın nəşr planından çıxarıldığını öyrənəndəsə 

təəccübləndi:  bəs  səbəbi  nədi?  Əhməd  Triniç  qəribə  səbəb 

söylədi:


 “Belə... Ümumiyyətlə, roman yoldaş Axundovun xoşuna 

gəlmir”.


 Əlbəttə, Yusif Vəzir buna inanmadı: plenumun qərarıyla 

tərcüməsi təklif olunan əsəri yoldaş Axundovun bəyənməməsi 

ağlabatan görünmür, deməli, zəhməthaqqı da verməyəcəklər.

  “Axı  müqavilə  bağlamışıq,  yeddi  ay  zəhmət  çəkmişəm, 

zəhməthaqqı almalıyam”.

 “Göstəriş belədi, – Triniç narahat halda dilləndi, – heç nə 

eləyə bilmərəm”.

 “Bəs, heç olmasa, əlyazmamı geri götürə bilərəm?” – Yusif 

Vəzir köksünü ötürüb dilləndi.

 “Nəzərli yoldaşa müraciət eləyin”, – həmsöhbəti qısa ca-

vab verdi.

 Hacıbaba Nəzərlisə qovluğu tapmadı ki, tapmadı, elə bil, 

yağlı əppək olub göyə çəkilmişdi. Son sözü də bu oldu:

 “Axtarıb taparam, mütləq taparam!”

  Amma  Yusif  Vəzir  artıq  buna  inanmırdı,  qayıdanda 

ürəyində dözülməz ağırlıq duyub bir neçə dəfə ayaq saxla-

malı oldu.

 Bu bir neçə il əvvəl olmuşdu. Onda Əhməd Triniçin 1918-

ci ildə Nuru Paşanın yavəri, Qubada erməni quldurlarını əsir 

alan adam kimi şübhə altında olduğunu, işini yoxlamaq üçün 

komissiya yaradıldığını bilmirdi. Az sonra o Mir Cəfər Bağı-

rovun  köməyilə  həbsdən  qurtuldu,  amma  “Azərnəşr”dən 

çıxarılıb Dövlət Dram Teatrına direktor göndərildi.

 O vaxtdan xeyli keçmişdi. İndisə başqa zəmanəydi, seyrək 

də  olsa,  “təmizləmə”  başlamışdı.  Deyəsən,  nə  vaxtdan  bəri 

duyduğu sıxıntının səbəbi yavaş-yavaş bəlli olurdu...

  İlin  başlanğıcından  “Həyatımın  iyirmi  ili”  adlandırdığı 

xatirələrini yazmağa başlamışdı. Az yaşamamışdı, gələn il əlli 

yaşını tamamlayacaqdı, nələrisə yada salmağa, müəyyən bir 



437

mərhələyə yekun vurmağa haqqı vardı. Bəlkə bu addımı at-

mağa içində artıb-böyüyən səksəkə təkan vermişdi.

  Fevralın  axırlarında  “Kommunist”  qəzetində  “gənc 



tənqidçi”  Hidayət  Əfəndiyevin  məqaləsini  oxuyanda  artıq 

nəhəng  bir  mexanizmin  işə  düşdüyünü  hiss  elədi:  partiya 

orqanında bu cür ittihamvari yazıların çap olunması təhlükəli 

şeydi. “Gənc tənqidçi”yə görə Yusif Vəzir “Qızlar bulağı” ro-

manında “özünü yenidən qurmayıb”, “öz tarixi materialı əsasında 

dövrümüzün  mənasını  əks  etdirməyib”,  “başqa  yazıçılarımıza 

nisbətən Çəmənzəminlidə yenidənqurma prosesi çox ağır və çətin 

gedir”, “o öz bədii bacarığını şura materialı üzərinə tətbiq etməyə 

meyil  göstərmir”;  “Çəmənzəminli  osmançılıq  təsirini  öz  dilindən 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin