XXX FƏSİL
ON İKİ İL ƏVVƏLİN SƏKSƏKƏSİ
Yusif Vəzir
Bakı, yanvar-iyun 1937-ci il
Artıq “cin şüşədən çıxmışdı”...
Son vaxtlar get-gedə artan səksəkəsinə daha bir xof – işsiz
qalmaq xofu da qarışmış, “Ədəbiyyat qəzetəsi”ndəki nəsr
üzrə məsləhətçi işiylə qəfildən vidalaşmalı olmuşdu. Redak-
torun dediyinə görə, səbəb ştatın ixtisara düşməsiydi...
“Azərnəşr” kitablarını plana salmırdı: ötən il “Cənnətin
qəbzi” hekayələr məcmuəsini buraxmış, bundan sonrasa di-
rektor İsmayıl Katibin ona qarşı ehtiyatlı davrandığını hiss
eləmişdi. Məcbur qalıb yenə Ruhulla Axundova üz tutmuşdu
ki, akademiya sistemində bir işlə təmin olunmasına kömək
eləsin, amma ondan cavab ala bilməmişdi.
Elə həmin vaxtlarda universitetə işlər müdiri axtardıqları-
nı eşidib ora üz tutmuşdu. Rektor Balabəy Həsənbəyov onu
hörmətlə qarşılamış, işlərlə tanış olmağı tapşırmışdı. Sevincək
beş gün gedib-gəlmiş, özünü hazır hiss eləyəndən sonra işə
başlamağa rüsxət istəmiş, amma bu dəfə professor Həsənbə-
yovun sifətində başqa ifadə görmüşdü:
459
“Bilirsiniz, mən sizin xətrinizi çox istəyirəm, amma... Yazı-
çılar İttifaqındakı yoldaşlar dedilər ki, sizin ancaq yazıçılıqla
məşğul olmağınız məsləhətdi...”
Daha çək-çevir eləmədi, onsuz da dəqiq cavab ala
bilməyəcəkdi, həm də daşın hardan atıldığını yaxşı bilirdi.
“Nolar, – dedi, – yoldaşlar elə deyiblərsə, mənim nə sözüm
ola bilər?!.” – Bu sözləri deyəndə dodaqlarında acı təbəssüm
vardı.
Evdə dərdini təkcə Bilqeyis xanım bilirdi, bir də Abdulla
Şaiqə demişdi.
“Gül kimi peşən var, – Abdulla Şaiq gözləmədiyi, amma
ağıllı məsləhət vermişdi. – Get Vəkillər Kollegiyasına ərizə
ver, bir az da bu mühitdən aralı olarsan”.
“Azərnəşr”dəki vəzifəsi kiçik, maaşı az olduğundan bu
məsləhət ağlına dərhal batdı: onsuz da gün ərzində kifayət
qədər vaxtı qalır, İsmayıl Katib də etiraz eləməz, aralarında
xətir-hörmət var, bilir ki, aldığı maaşla beş baş külfəti saxla-
maq olmaz.
Elə səhəri gün gedib Vəkillər Kollegiyasına ərizə verdi, sı-
naq müddəti alıb işə başladı. Əlbəttə, Kiyev İmperator
Universitetində öyrəndiyi, amma iyirmi il aralı düşdüyü işə
alışmaq asan deyildi, çox çətinlik çəkirdi. Təbiətcə müəllim
və yazı-pozu adamıydı, digər mühitdə özünü naqolay hiss
eləyirdi.
Bu da cəmi üç ay çəkdi; təəssüfləndilər, üzrxahlıq elədilər:
kollegiya onun vəkil kimi işləməsinə razılıq verməyib.
Səbəbsə yoxdu, sadəcə, mümkün deyil, vəssalam. Səbəbin öz
keçmişi olduğunu yaxşı bilirdi – adamlar öz canlarından
qorxurdular. Bununla belə, Yusif Vəzirin işə götürülməmələri
o binəvaları xilas eləyə bilməyəcəkdi.
Tərcümə imkanından başqa bütün ümid qapıları bağ-
landı...
“Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsinə
hazırlıq davam eləyirdi. Təbii ki, bu əlamətdar işdə hər şey
460
“respublikanın birinci şəxsi”nin nəzarətindəydi. Filmin dia-
loqlarını tərcümə eləməsi bu bəlkə də ümidsizlik içində Alla-
hın açdığı bəxt qapısı idi, özünü nikbin göstərməyə çalışırdı:
“Bilirsən, – Bilqeyis xanıma deyirdi, – dünyada məşhur
olan filmin mətnini tərcümə eləmək üçün mənə etimad
göstəriblər! Hər şey yaxşı olacaq!”
“Allah ağzından eşitsin”, – Arvadı narahatlığını bildir-
məməyə çalışırdı.
“Dunya çətinliyimizi bilməsin, Bulqu, – aradabir onun ya-
dına salırdı, – ürəyinə başqa şey gələr”.
O yeni il günlərini bir qədər əhvalı durulmuş halda
keçirdilər. Hər gün Yusif Vəzirin arxasınca kinostudiyadan
maşın gəlir, gecədən xeyli keçmiş qaytarıb evə gətirirdi. Ki-
nostudiyanın səsyazma otağında rejissor Şüa Şeyxovla
tərcümə elədiyi mətni bir də oxuyur, məsləhətləşirdilər, son-
ra iş başlanırdı: Hökumə Qurbanova, Mustafa Mərdanov,
Məcid Şamxalov, Abbas Mirzə Şərifzadə, Fateh Fətullayev,
Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, Rza Əfqanlı, Əli Qurba-
nov... mikrofonun arxasına keçirdilər, mətn oxunur, düzəlişlər
edilir, bir də yazılırdı.
Hərdən səsyazma otağının qapısı qəfildən açılır, hamı do-
nub qalır, içəridəki ölü sükutu tənha addım səsinin vahiməsi
pozurdu. Bu, yəqin, bir neçə saniyə çəkirdi, amma həmin
saniyələr o qədər ağır keçirdi ki, gərginlikdən, az qala, qulaq-
larının pərdəsi partlayacaqdı. Sonra içəri yoldaş Mir Cəfər
Bağırov girir, eynəyinin arxasından nəzərlərini rejissorlara
Konstantinova və Şeyxova dikib soruşurdu:
“İşlər necə gedir?”
Adətən Şeyxov cavab verirdi:
“Yaxşı gedir, yoldaş Bağırov, sizin etimadınızı doğrultmaq
üçün var-qüvvəmizlə çalışırıq”.
“Çox gözəl... – Bağırov hamını bir-bir soyuq nəzərlərilə
deşə-deşə süzürdü. – Sizdən yüksək səviyyəli sənət əsəri
gözləyirik”.
461
Həmin məqamda Yusif Vəzirə elə gəlirdi, Bağırov
nəzərlərini onun üzərində daha çox saxlayır, haqqında nəsə
fikirləşir, bəlkə də planlaşdırır.
Bağırov başının dəstəsilə çıxıb gedəndən xeyli sonra
özlərinə gəlir, qısa müddət ərzində keçirdikləri vahimə hissi-
ni bəlli eləməməyə çalışa-çalışa, bir-birinin üzünə baxmadan
təzədən işə başlayırdılar.
Hər dəfə gələndə uşaqları yatmış, Bilqeyis xanımı oyaq,
çay-çörəyini hazır görürdü. Əlini nəvazişlə arvadının saçları-
na çəkib yorğun-yorğun gülümsünürdü.
“Mənə görə sən də yuxusuz qalırsan, Bulqu, günahımdan
keç. Qonorarımı alanda xəcalətindən çıxaram”.
Arada vaxt tapıb Vaqif dövrü haqqında romanını tamam-
lamağa çalışırdı. Üstəlik, kinostudiyadakı işindən ilhama
gəlib ssenari də yazmağa başlamışdı, “Altunsaç” ssenari-
sindəki əhvalatlar çoxdan beynində gəzdirdiyi süjet əsasında
qurulmuşdu.
Filmdə işini bitirdi, qalanı ancaq texniki məsələlər idi,
onun iştirakı tələb olunmurdu. Direktor Merkel söz vermişdi
ki, səsləndirmə başa çatan kimi qonorarını ödəyəcək. Sıxıntı-
larını aydın hiss olunduğu vaxtda bu işdən alacağı yeganə
ümid yeriydi...
***
Yanvarın iyirmi səkkizində Yazıçılar İttifaqının iclasına ça-
ğırılanda nə vaxtdan bəri duyduğu səksəkə böyüyüb dözül-
məz olmuşdu. İclasa gedəndə Abdulla Şaiq küçənin gurul-
tusu içində səsini qısıb gözlənilməz xəbər verdi:
“Axşam Hənəfi Zeynallını həbs eləyiblər...”
Elə bil, dizlərinə zərbə endirdilər, ayaq saxlayıb onun
gözlərinin içinə baxdı: dostunun baxışlarında ağrı, kədər,
təəssüf, əlacsızlıq vardı. Hənəfinin tutulmasının səbəbini so-
ruşmağa ehtiyac yoxdu, Axundov, Triniç necə, o da elə –
“trotskiçi”, “kontrrevolyusion”, “ziyankar”, “casus” və sair
və ilaxır.
462
Hənəfiyə yazığı gəldi, aralarındakı münasibətin bura dəxli
yox idi: sadəcə, canına cəfa basıb qulluq göstərdiyi sistem ona
rəhm eləməmişdi. Həm də səksəkəsi bir qədər də artdı:
görəsən, o bədbəxt sıxışdırılsa, canının qorxusundan başqala-
rının adını çəkərmi?
“Təmkinli ol, – Abdulla Şaiq onun halını gözlərindən oxu-
muşdu. – Ağzından bir söz çıxmağına bənddilər”.
Abdulla Şaiq haqlıymış, bunu bir qədər sonra iclasda da
gördü. Səməd Vurğunun onsuz da qaraşın olan sifəti bir az
da boğulmuşdu, irəli yeriyib hörmətlə görüşdü, amma halın-
dan bəlliydi ki, qəlbində tufanlar, şimşəklər oynayır.
“İrəli” getməyə, vəzifələr almağa həris cavanlar xitabət
kürsüsünü axıracan əvvəl vermədilər, “antisovet”, “trotskiçi”,
Dostları ilə paylaş: |