XXXI FƏSİL
“XANIM QURBAN SƏİD”
Muhamməd Əsəd bəy
Vyana, yanvar-dekabr 1937-ci il
Allah indiyədək ona qarşı mərhəmətli olmuşdu, artıq bir
neçə dəfə çətin vaxtlarında xilaskar mələklərini göndərmişdi...
Anasının intiharından sonra frau Şulteni yollamışdı, indi
qazandıqlarında o şəfqətli və sədaqətli qadının payı az deyil-
di; Berlindəki ümidsiz vaxtlarında frau Köpkeni göndərmişdi,
çıxılmazlıqdan qurtulmaqda onun köməyi əsas rol oynamış-
dı; Valter Merinqi rastına çıxarmışdı, o olmasaydı, “Şərq
məsələləri üzrə ekspert” kimi məşhurlaşmazdı; Məhəmməd
Əsədi – Leopold Veysi rast gətirmişdi, onsuz “böyük
məqsədlər”in nə olduğunu dərk eləməzdi; Erika Lyövendalla
rastlaşdırmışdı, o olmadan kitablarını bu qədər sürətlə yaza
bilməzdi; Verner Şendeli qarşısına çıxarmışdı – yazıçı Leo
Əsəd bəy kimi ona çox şeylər borcluydu...
İndi də Elfrida fon Ehrenfels fon Bodmershofla tapışdır-
mışdı, bu da Allahın daha bir lütfüydü. Daha doğrusu, köhnə
dostu Ömər-Rolf fon Ehrenfelslə Elfrida fon Bodmershofun
480
evləndiklərindən yenicə xəbər tutmuş, xanım fon Ehrenfelsdən
də maraqlı, cəlbedici təklif almışdı...
Macarıstan kralı və Avstriya imperatoru Kayzer I Frans İo-
sif tərəfindən titula layiq görülmüş Ehrenfelslər və Bodmers-
hoflar əcdadlarından miras qalan qonşu qəsrlərdə yaşamış,
günlərini həm də Hasbeburqların gözəl şəhərlərindən olan
Praqada keçirmişdilər. Rolf və İmma Ehrenfelslər Elfrida və
Villi Bodmershoflarla ayrılmaz dost idilər, hətta, onları
“dördlər dəstəsi” də adlandırırdılar. Uşaqlıq və gənclikləri bir
yerdə keçdi. Bunun da nəticəsi İmma və Villinin evlənmələri
oldu.
Elfrida dəstədəkilərin hamısından böyük idi, təhsil almaq
üçün Amerikanı seçdi, Kaliforniyanın Stemford universi-
tetində iqtisadiyyatı öyrəndi, arxeoligiyayla maraqlandı,
hətta yazıçılıq eləməyə cəhd göstərdi.
Ondan yeddi yaş kiçik olan Rolf fon Ehrenfels həddi-
büluğa çatan kimi orduya getdi, Şərq cəbhəsində ağır yarala-
nıb geri döndü. Amma özüylə cəbhədən daha bir xəstəlik –
“Şərq xəstəliyi” də gətirmişdi, Şərqlə, xüsusilə türklərlə bağlı
nə vardısa, onu bərk maraqlandırırdı. Bu sevginin nəticəsi də
İslam dinini qəbul eləməsi olmuş, üstəlik, on il əvvəl Vyana-
da “Şərq birliyi” yaratmışdı.
Rolfun atası Kristian fon Ehrenfels psixologiya professoru
idi, Praqa universitetində dərs deyirdi, Ziqmund Freydlə
yaxın münasibətləri vardı, onunla müntəzəm yazışır, irqlərin
biologiyasıyla maraqlanırdı. Professor fon Ehrenfelsin
tələbələri arasında Frans Kafka da olmuş, gündəliklərində
müəllimi barədə xoş sözlər yazmışdı, xüsusilə, insanın qanın-
da, azı, bir damcı yəhudi qanı olmasının üstünlüyü barədə
fikri çox xoşuna gəlmişdi. Anası Emma fon Ehrenfelssə Rolfla
İmmanın “Şərq xəstəliyi”nə tutulmasından narahat idi, “Pra-
ger Tagblatt” qəzetində Herman Hesseyə açıq məktub yazıb
ondan bu məsələdə məsləhət də istəmişdi.
Berlində Əsəd bəyə rast gələndə Ömər-Rolfun keçdiyi
həyat yolunun qısa tarixçəsi bundan ibarət idi. Sonra
481
evlənmişdi, amma ailə həyatı uğursuzluğa düçar olmuş, Vya-
naya qayıdandan sonra Elfridayla təzədən yaxınlaşmış... və
birgə yaşamaq qərarına gəlmişdilər – beləliklə, “dördlər
dəstəsi” yenidən bərpa olunmuşdu. Bununla belə, tale yenə
üzünə gülmürdü, hələ atalıq sevincini yaşaya bilməmişdi.
Görüşdüklərinin səhəri gün Ömər-Rolf qonağını arvadı
Elfridayla tanış eləyəndə Leo-Əsəd bəyin canındakı ümidsiz-
lik duyğusu yox olmamışdı: daha Verner Şendellə bütün iş-
güzar münasibətləri kəsilmişdi, Centile Covannidən hələ səs-
soraq yox idi, Hilda Pauli ancaq vasitəçilik eləyə bilirdi, digər
işlərisə indiyədək yoluna düşməmişdi, Rolf Passerin imkan-
ları o qədər də geniş deyildi, satış şəbəkəsi zəif olduğundan
qələmhaqqı ödəməkdə çətinlik çəkirdi.
İndi budur, Elfrida ilk görüşdəcə Əsəd bəyin vəziyyətilə
maraqlanır, kitablarını oxuduğunu, canlı, maraqlı, cəlbedici
hesab elədiyini deyir, ağlına gələn ideyanı həyata keçirmək
barədə fikirləşir: cəmi üç həftə bundan əvvəl “E.P.Tal və Ver-
laq” nəşriyyatının sahibi onu yanına dəvət eləmişdi, köhnə
tanışlar idilər, Elfida Ernstin arvadı Lüsini gəncliyindən, o
hələ Traub soyadı daşıdığı vaxtlardan tanıyırdı; hətta Ömər-
Rolfla boş vaxtlarında Otmar Steynmetz imzasıyla vyanalı
xristianla hindi müsəlmanın sevgisindən bəhs eləyən
Dostları ilə paylaş: |