Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə112/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   108   109   110   111   112   113   114   115   ...   175
laşdırırdılar, respublikanın birinci adamı Mir Cəfər Bağırovun xe-

yir-duası da olurdu), həm də yeni yerlər görəcək, yeni adamlar-

la tanış olacaqdı.

 Hazırlaşdı, uşaqları arvadına bərk-bərk tapşırıb yola düş-

dü. Məmməd Səidlə eyni maşındaydılar, arxadakı maşındasa 

cavanlar  –  Müşfiq,  Mehdi  və  Sabit  oturmuşdular  –  hər 

dəstənin  öz  söhbəti  vardı.  Məmməd  Səid  otuz  il  əvvəlki 

hadisələri xatırlayır, Yusif Vəzir də elə o vaxtlar Şuşada baş 



434

verənləri  nağıl  eləyirdi,  amma  fikirlər  xalqların  yox,  o 

düşmənçilik toxumunu səpənlərin günahkar olduğu üzərində 

birləşirdi.

 O səfərdə gözlənilməz hadisə də baş verdi: cavanların ma-

şını Gümrü yolunda irəli keçmiş, sürücü döngədə ehtiyatsız-

lıq  eləyib  yüngül  qəza  törətmişdi.  Mikayıl  Müşfiqin  ayağı 

əzilmiş, Mehdi Hüseynin sifəti yaralanmışdı, Sabit Rəhmansa 

salamat qurtarmışdı. Onları xəstəxanaya çatdırdılar, hər şey 

sarıqla,  xəcalət  hissilə,  zarafatyana  sözlərlə  ötüb  keçdi.  Bu-

nunla  belə,  sanki,  bu  qəza  xəbərdarlıqmış:  o  bayram 

təntənələri də, rayonlara səfərləri də, oxucularla görüşləri də 

qəlbindəki anlaşılmaz sıxıntını aradan qaldıra bilmədi.

  Səfərdən  qayıdandan  sonra  yarımçıq  yazılarının  üstünə 

qayıtdı, amma işləməyin get-gedə nə qədər çətin olduğunu 

hiss eləyirdi: cəmi iyirmi dörd kvadratmetrlik dar mənzil, üç 

uşaq,  küçənin  səs-küyü,  yay  günlərinin  bürküsü  amanını 

kəsirdi. Qış aylarında uşaqlar nisbətən tez yatırdılar, küçədən 

əl-ayaq tez çəkilirdi, gecədən xeyli keçənədək işləmək müm-

küm idi, amma havalar istiləşəndə vəziyyət dözülməz olur-

du.  Məcbur  qalıb  arvadına  üz  tuturdu  ki,  uşaqları  bir  neçə 

saatlığa anangilə apar, bəlkə, işləyə bilim. O bir neçə saatsa 

heç cür bəs eləmirdi – yazmaq istədikləri çox, şəraitsə yox idi. 

Qarşıdan  da  inqilabın  iyirminci  ildönümü  bayramı  gəlirdi, 

təbii ki, ondan ildönümə həsr olunmuş əsər gözləyirdilər. İtti-

faqın rəhbərliyinə ərizə yazmışdı ki, həmin əsərləri yazmaq 

üçün  rayonlara  getməyə  şərait  yaratsınlar,  bəyənilib  qərar 

çıxarılmışdı, amma hələ də nəticəsi görünmürdü.

 İttifaqın sədrinə bir ərizə də yazdı: “Yaşadığım mənzil mənim 

üçün qətiyyən yaramır. Sahəsi iyirmi kvadrat metr olan mənzildə 

beş  adam  yaşayır,  birinci  mərtəbədir,  küçənin  gurultusu  işimə 

tamamilə  mane  olur.  İndiyə  kimi  mənzil  çətinliyini  sabaha  qədər 

işləməklə həll edirəm. İndisə bu mümkün deyil, ürəyim və gözlərim 

ağrıyır”.

 Məmmədkazım Ələkbərli Yusif Vəzirə yaxşı münasibətini 

bir daha göstərdi, ərizəsini müzakirəyə çıxardı, ona Xaqani 



435

küçəsində incəsənət işçiləri üçün tikilməkdə olan binada üço-

taqlı mənzil ayrılması barədə qərar qəbul olundu.

 Bundan böyük sevinci təsəvvür eləmirdi: uzaqbaşı il ya-

rım-iki ildən sonra bu çətinliyinə son qoyulacaq, ayrıca iş ota-

ğı olacaq, nəhayət, əlli yaşında rahat işləməyə şərait yarana-

caqdı. 

 Az sonra da Məmmədkazım Ələkbərlini təzədən açılmış 

Dövlət  Darülfünuna  rektor  göndərdilər,  yerinə  Seyfulla  Şa-

milovu  seçdilər.  Sefullayla  elə  bir  münasibəti  yox  idi, 

üstəlik,  onun  ifrat  partiyalılığından  və  ideoloji  göstərişləri 

yerinə yetirmək üçün göstərdiyi hədsiz canfəşanlıqdan xoş-

lanmırdı...

 

***



  Qarşıdan  1936-cı  il  gəlir,  ölkədə  böyük  ictimai-siyasi 

hadisələr  baş  verəcək,  yuxardakılar  yazıçılardan  Şura 

hakimiyyətinin nailiyyətlərinə dair əsərlər gözləyirlər. Yusif 

Vəzirin üzvü olduğu ədəbiyyat bürosusa hələ onun rayonlara 

göndərilməsi barədə müraciətini nəzərə almaq fikrində deyil. 

  O  “Telli”  komediyasını  qələmə  alır,  güzəran  dərdindən 

vaxtının  çoxunu  da  tərcümələrə  sərf  eləyir.  Tolstoyun 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin