təfəkkürlü şərqlidi, özünü Avropada daha yaxşı hiss eləyir:
daha doğrusu, avropalılar arasında şərqli, şərqlilər arasında avro-
palıdı; elə paroxoddakı çalmalı, fəsli, niqablı, əbalı, saxta
xəncərli adamların arasında frakda və ağ qalstukda gəzmək
tamamilə ayrı duyğudu...
Nyu-Yorkda paroxoddan enəndə gömrükçülərin sualları-
na həvəslə cavab verdilər: əlbəttə, Amerikada qalmaq
istəyirlər, bunu Leo Əsəd bəy – Nussimbaum hər ehtimala
qarşı dedi ki, sonra vəziyyət dəyişsə, əlində əsas olsun, Erika
Nussimbaum-Əsəd bəy ürəkdən bu ölkədə qalmaq istəyirdi,
əgər həyatında dəyişiklik olsaydı, mütləq bura üz tutacaqdı;
422
Valter Lyövendalsa, artıq ailəsi adından qərar vermişdi: daha
Avropaya qayıtmayacaqdı.
Manhettendəki dəbdəbəli “Uoldorf-Astoriya” otelində
cəmi bir neçə həftə qaldılar. Valter Lyövendal dərhal vətən-
daşlığa keçmək üçün ərizə verdi, bir neçə həftə sonra da elə
otelin yerləşdiyi Beşinci küçənin cənub tərəfində üçmərtəbəli
mülk aldı.
Lyövendal-Nussimbaumların kübar həyatı başladı; qul-
luqçular, ziyafətlər, görüşlər artıq adi həyat tərzinə çevrilmiş-
di. Əsəd bəyin maddi sıxıntısı yox idi, qayınatasının var-
dövlətindən əlavə bankda öz adına əlli min dolları vardı, ki-
tablarının nəşrindən-satışından ayda azı min dollar qazanır-
dı, cürbəcür ölkələrdən əsərlərinin tərcüməsilə bağlı təkliflər
gəlir, amerikalı naşirlər onu ölkənin digər şəhərlərində
mühazirələr oxumağa dəvət eləyirdilər. Bütün bunlar çox
gözəl idi, izzəti-nəfsini oxşayırdı, amma Əsəd bəyin alışdığı,
istədiyi həyat deyildi, onu karıxdırır, bezdirirdi.
Üstəlik, qəzet-jurnallar onun həyatına diqqətlə göz qoyur,
müsahibələr alır, həyatının bütün gizlinlərini oxuculara çat-
dırmağa can atırdılar. Əsəd bəysə suallara özünəxas üslubda
cavab verir, həqiqəti yox, oxuculara lazım olanı söyləyirdi.
Mister Əsəd bəy Amerikada qalmaq barədə düşünürmü?
Əlbəttə, düşünür, Amerika mözüzələr ölkəsidi, burda yaşa-
maq ondan ötrü xoşdu. Mister Əsəd bəy daha hansı kitablar
üzərində işləyir? Planlar çoxdu, tezliklə oxucularını daha ma-
raqlı əsərlərlə sevindirəcək. Mister Əsəd bəy xoşbəxtdimi?
Şübhəsiz, xoşbəxtdi, şöhrəti, gözəl arvadı, milyonlarla oxucu-
su var.
O günlərin birində livanlı yazıçı Əmin əl-Rihaniylə tanışlı-
ğı səfərinə müəyyən çalar qatdı. Əl-Rihani ona hələ iyirminci
illərdə çap etdirdiyi Əbdüləziz ibn Səud, bolşevizmin süqutu
haqqında kitablarını bağışladı, onu Şərq səyahətinə aparaca-
ğına söz verdi. İndiyədək Şərq Əsəd bəydən ötrü,
Azərbaycandan, Türküstandan, Orta Asiyadan, İrandan və
423
İstanbuldan ibarət idi, ərəb dünyasını gəzmək, əlbəttə, son
dərəcə faydalı olardı.
Bir müddət sonra germanofil Corc Silvestr Vireklə tanış
oldu. Virek “Cyermen autluk” (“Alman nəzər nöqtəsi”) adlı
qəzet nəşr eləyirdi, uzun illər Almaniyada yaşamış Əsəd
bəydən qəzet üçün məqalə yazmağı xahiş elədi, “məşhur rus
publisisti” də yazdığı məqalədə bolşevizmi “bəşəriyyətin
düşməni” adlandırdı, nasional-sosialistlərin “qırmızı təhlükə”yə
ölüm hökmü çıxarmasını alqışladı. Özünün bolşeviklərdən
də, nasional-sosialistlərdən də qaçmasının məsələyə dəxli
yoxdu, indiki şəraitdə bu düzgün mövqeydi.
Məqalənin dərcindən sonra Virek gözlənilməz təklif irəli
sürdü:
“Mister Əsəd bəy, kitab üçün daha bir maraqlı mövzu
var: Kayzerin məhkəməsi. Bəlkə bu mövzu üzərində birgə
çalışaq, hə?”
Əsəd bəy təəccüblə onu süzdü:
“Bilirsiniz, – Virek izahata girişdi, – nədənsə məni Kayze-
rin qeyri-qanuni nikahdan doğulmuş əmisi oğlu hesab
eləyirlər. Onun haqqında mən yazsam, istənilən marağı do-
ğurmayacaq, amma məşhur publisist Əsəd bəylə şərikli işi-
miz güman ki, diqqətdən kənarda qalmayacaq”.
“Maraqlıdı, çox maraqlıdı... – Əsəd bəy ani fikirdən sonra
qərarını verdi. – Nə olar, sınaqdan keçirək”.
Virek məsələnin mahiyyətini uzun-uzadı izah elədi, demək
olar, hazır əlyazmanı verdi: sadəcə, “əl gəzdirmək” lazımdı,
vəssalam; şübhəsiz, bu xidməti müqabilində haqqını alacaq.
Qalanısa artıq peşəkarlıq məsələsiydi...
Amma artıq Amerika onu sıxırdı, Vyanaya qayıtmaq,
əvvəlki ruhi vəziyyətinə dönmək istəyirdi. Çox şeyləri daha
Erikayla danışa bilmir, Nyu-Yorkun kübar həyatı, Amerika
ruhu yavaş-yavaş aralarına sədd çəkirdi. Ürəyini İtaliyaya,
Pima Andreaya göndərdiyi məktublara tökürdü: Pimanı elə
ilk görüşdəcə tanımış, daha romantik, duyğulu, etibarlı oldu-
ğunu hiss eləmişdi.
424
Erikasa Vyanaya qayıtmağa həvəs göstərmirdi: yenə bir-
birinə oxşayan günlər başlayacaqdı, “ərəb şeyxi” kağızların
arasında qurdalana-qurdalana beyninə gələnləri diktə
eləyəcək, onu yorub suyunu çıxaranacan əl çəkməyəcəkdi.
Gərək ərini fikrindən daşındırmağa çalışsın.
“Bəlkə, Vyanaya qayıtmaq fikrindən daşınasan?” – Erika
fürsət tapıb fikrini nəvazişlə dedi.
“Necə qayıtmaya bilərəm, – əri özündən çıxdı. – Başa düş,
mənim ruhum Avropaya bağlıdı. Orda özümü daha rahat
hiss eləyirəm. Üstəlik, Vyanada atam var, mənə analıq eləyən
frau Şultenin taleyindən nigaranam”.
“Onlar da Nyu-Yorka gəlsinlər,” – Erika son cəhd də elədi.
“Vyanaya qayıtmalıyıq, istədiyimiz vaxt bura gələ bilərik”,
– Əsəd bəyin qərarı qətiydi.
Təbii ki, Valter Lyövendal bu gedişdən bərk narazı qaldı:
bu səfeh kürəkəni Avstriyanın nasional-sosialistlərin
təsirindən qıraqda qalacağına ümid bəsləyir, orda – Almani-
yada nələr baş verdiyini dərk eləmir. Ondan daha səfeh olan
Erika da o şübhəli tipdən, yalançı şeyxdən əl çəkmək istəmir.
Yaxşı, qoy getsinlər, onsuz da qızının gec-tez ondan aralana-
cağına inanır...
***
Venesiyaya gedən paroxoda bilet aldılar, birinci dərəcəli
kayutda yerlərini tutdular, az qala, gəmi limandan aralanma-
mış Əsəd bəy iş ovqatına girdi: Virekə verdiyi sözə əməl
eləməlidi, Kayzer haqqında kitab beynində hazırdı, Erika
yazı makinasını hazırlasın.
Erika onun dediyini qəribə itaətkarlıqla yerinə yetirdi.
Əsəd bəy azacıq yırğalanan kayutda var-gəl eləyə-eləyə fan-
taziyasını işə saldı: hərbi tribunal çoxdan ölmüş, amma indi
“sağ” olan tarixi şəxsiyyətlərdən ibarətdi, zalda şahidlər
əyləşiblər, müttəhim stulunda Kayzeri oturdublar, onu hərbi
cinayətlərinə görə ittiham eləyirlər.
425
Əsəd bəy günortayacan sənədləri oxuyur, Erikanın çap
elədiklərini düzəldir, nahardan sonra “diktə məşəqqəti” baş-
lanırdı. On səhifə tamam olanda Erika keyimiş barmaqlarını
ovuşdura-ovuşdura yazı makinasının arxasından durur,
özünə gəlmək üçün çarpayısında xeyli uzanıb qalırdı. Axşa-
mısa restoranda, ya göyərtədə keçirir, yalnız yatmaq vaxtı
gələndə kayuta qayıdırdılar.
Elə o günlərdə Erika hiss elədi ki, Vyanaya gələndən ərilə
yataqda olmaq, sevişmək ona əvvəlki zövqü vermir, elə
“şeyx” də bir qədər soyuyub. Əvvəllər bunu özünün hamilə
ola bilməməsilə bağlayırdı, indisə ana olmadığına sevinirdi:
ərinin yazıb-pozmaq ehtirası, daim bu barədə düşünməsi,
diktə eləyəndə, az qala, dünyanı unutması onu qorxutmağa
başlamışdı. İntim anlarında belə, borcunu hissiz, həvəssiz,
odsuz-alovsuz yerinə yetirirdi – bir sözlə, əvvəlki coşqun, eh-
tiraslı Leo yataqda yoxa çıxıb, iş prosesində peyda olmuşdu.
Dostları ilə paylaş: |