bilməyəcək?..
frau Şultenin nə vaxt gəlib çıxacaqlarını gözləyirdi.
418
tamamlayır, deyilənləri öz sözlərilə qüvvətləndirməyi baca-
rır. Düzdü, “şeyx əri” bəzən həddən artıq qızışır, az qala, cəzb
olunur, gerçəkliyi unudur, amma bütün bunlar, görünür, ona
xüsusi zövq verir ki, artıq bir ildən çoxdu Əsəd bəyin yanın-
dadı, üstəlik, özünü hər yerdə “Erika Əsəd bəy” kimi təqdim
eləməkdən ləzzət alır.
“Erika gəlməsə, neyləyər, görəsən?!.” Qəfil beynində pey-
da olan bu fikir içini qurd kimi gəmirməyə başlamışdı. Amma
hər şey yaxşı qurtardı, iki aydan sonra lyövendallar gəlib çıx-
dılar. Ata Lyövendal təhlükəni vaxtında duyubmuş,
hakimiyyətdəki dostları vasitəsilə viza almış, sərhədi sağ-sa-
lamat keçə bilmişdilər.
Əsəd bəyin Erikayla bağlı səksəkəsi sovuşdu. Digər lyö-
vendallar onu az maraqlandırırdı: kifayət qədər pulları var,
qoy xərcləyib istədikləri kimi yaşasınlar. Onu atasının
vəziyyəti narahat eləyirdi: Abram Nussimbaum və Alisa
Şultesə ləngiyirdilər. Avstriya hökuməti Abrama viza
verməmişdi ki, qaçqın statusu olan yəhudinin ölkəyə gəlişinin
məqsədi tam aydın deyil. Yəqin, indi izin almaq üçün yollar
axtarır.
Erikayla dərhal yeni əlyazma üzərində işə başladılar: Ver-
ner Şendel məktubuna cavab yazmışdı: düzdü, ab-hava bir
qədər dəyişib, amma işlərini davam etdirə bilərlər; sən demə,
Xarici İşlər Nazirliyindəki “xeyirxah”ı Kurt Simke ovaxtkı işi
bağlamayıbmış, üstəlik, “adının ətrafında qalmaqallar səngi-
məyən şübhəli tipi” izləyirmiş, qovluğu başqa ad altında
gizlənmiş yəhudilər haqqında hər şeyi bilmək istəyən Təbliğat
Nazirliyinə göndərib – Göbbelsin “maşını” ona lazımi dərsi
verə, “həddən artıq məhsuldar yəhudinin saxtalaşdırmalarına qar-
şı” ölçü götürə bilər; təbliğat nazirisə Əsəd bəyə münasibətdə
təmkinli davranıb, onun həmin ad altında gizlənən yəhudi
olduğuna dair sübut tapmadıqlarını bildirib, bu da azmış
kimi, kitablarını almanlar üçün məsləhət görülən əsərlər siya-
hısına salıb: “Stalin”, “OQPU”, “Ağ Rusiya” elə Göbbelsin
istədikləri kitablardı – Əsəd bəy onlarla bir cəbhədə
419
bolşeviklərə qarşı mübarizə aparır; çox da “Siqima veri” adlı
antisemit lüğətin ötənilki sayında Əsəd bəy – Nussimbaum
(Nussembaum, Nousimbaum) – “saxta tarixlər yazan dələduz” ad-
landırılıb, nazirlik üçün o lüğət etibarlı mənbə sayılmır.
Verner Şendel Üçüncü Reyxin Alman Yazıçıları İttifaqının
və Ədəbiyyat Palatasının üzvlük biletlərini də göndərmişdi:
heç bir təhlükə gözlənilmir, nəşr icazəsi var, Vyanada yaşaya-
yaşaya da işlərini davam etdirə bilərlər, oxucular ondan yeni
kitablar gözləyirlər.
Nə olar, hadisələrin bu cür gedişi də hələ Əsəd bəyə sərf
eləyir: hər halda, Avstriyada qalmaqda ağıllı iş görüb,
təhlükədən uzaqdadı, istədiyi vaxt Vyanadan çıxıb gedə bilər;
daha vacibi də Erika artıq yanındadı, atası da, yəqin ki, bir yol
tapıb Berlin çıxılmazlığından qurtaracaq.
Dostları ilə paylaş: