heç vaxt ünsiyyətdə olmayacağınızı fikirləşsəniz də bütün maneələrə
baxmayaraq, həyatınızda öz yerlərini tutacaqlar. Hərdənbir
minkəndli Nurməmməd Şahsuvarov gəlirdi. Onu Kiyevdən,
universitetin hüquq fakültəsinə ekstern imtahan verəndən ta-
nıyırdı. Qori Müəllimlər Seminariyasını bitirib Gəncədə rus
dili müəllimi işləmiş, sonra Tiflisdə Aleksandr Müəllimlər
İnstitutunda oxumuşdu. Krımda olanda eşitdi ki, Dağlılar
Respublikasının maarif naziri olub; sonra Cümhuriyyət
dövründə bir müddət maarif və dini etiqadlar naziri çalışmış,
nə sirdisə, Şura hökumətilə də dil tapıb, Xalq Maarif Komis-
sarının müavini təyin edilmişdi, indisə pedaqoji işdəydi. Qar-
daşları Mürsəl bəylə Surxay bəyi də tanıyırdı, o vaxt İstanbul-
da görmüşdü. Mürsəl bəy Münhen Tibb İnstitutunu, Surxay
bəy Frayburq Dağ-Mədən İnstitutunu bitirib sağ-salamat qa-
yıtmışdılar.
Əslində, bir ortaq maraqları yox idi, amma qapısını açan
adama soyuq münasibət göstərə bilməzdi. Çay içib söhbət
eləyirdilər, daha çox qonağı danışırdı:
“Mürsəl alman qızla evləndi, – deyirdi, – bir övladı da var,
israr elədim, gəldilər, fikirləşirdik ki, sakit yaşayıb işləyərlər.
406
Amma olmur, keçmişini qurdalayırlar, arvadının alman ol-
ması şübhələrə rəvac verir. Mürsəli dilə tuturam ki, ailəsini öz
Vətəninə göndərsin, yoxsa günü xoş keçməyəcək”.
“Gərək keçmişə görə adamı günahlandırmasınlar, – Yusif
Vəzir ehtiyatla dillənirdi. – Hər bir insanın həyatında səhvlər
ola bilər”.
“Əlbəttə, əlbəttə, – Nurməmməd həvəslə razılaşırdı. – Bi-
zim Cümhuriyyət dövründə vəzifə daşımağımız taleyin işiy-
di, bunu irad tutsalar, düzgün olmaz”.
Nurməmməd gedəndən sonra uzun müddət həyəcanı
ötüb-keçmirdi. Fikirləşirdi ki, insandı, dərdini dağıtmağa yer
axtarır, belə dərdləri də hamıya söyləmək olmaz, ancaq ürək
qızdırdığın adama üz tuta bilərsən.
Ehtiyatlanmağa əsası da vardı: siyasi rəhbərliyi ələ
keçirənlər ölkəni millətçilərdən təmizləmək üçün yeni plan
hazırlamış, elə təzəcə 53 nəfəri həbs eləmişdilər. Onların ara-
sında kimlər yox idi! Əhməd Pepinov, Xudadat Məlikaslanov,
Firuz Ordubadski, Məmmədhəsən Hacınski, Zeynal Tağı-
yev... Deyilənlərdən belə çıxırdı ki, respublikada milli
hakimiyyəti bərpa eləmək məqsədilə Azərbaycan Milli
Mərkəzi yaradılıbmış, həmin mərkəz Türkiyənin Tehrandakı
konsulu Məmduh Şövkət Esendal və sabiq mühacir Yaqub
Vəzirov vasitəsilə İstanbulda Məmməd Əmin Rəsulzadənin,
Parisdə Əlimərdan bəy Topçubaşovun təşkilatlarıyla əlaqə
saxlayırlarmış.
Yaqub Vəzirovla onun – Yusif Vəzirin arasında bağ axtara-
caqları ehtimalını beynindən keçirəndə səksəkəsi daha da art-
dı. Bəlkə, vaxtilə Kiyevdə oxuduqları Firuz təsadüfən adını
çəkdi? İndi vəziyyət elədi ki, hamıdan hər şey gözləmək olar.
Bu tərəfdən də Ədil bəy Mehmandarovun həbs edilib
sürgünə göndərilməsi barədə xəbər ovqatını korladı. Bakıya
dönəndə müsavatçı kimi tutulduğunu eşitmişdi, həbsdən
çıxanda görməyə də getmədi ki, zaman o zaman deyil. Ədil
bəy axır vaxtlar Şuşa Pedaqoji Texnikumunda müəllim işlə-
407
yirdi. Allah eləməsin, təsadüfən adı çəkilsə, heç nəyə bax-
mazlar.
Amma ötüşdü. Uzun, məşəqqətli istintaqdan, əzab verib
başqalarına qarşı ifadələr alandan sonra həbs olunanların bir
hissəsini güllə qabağına, bir hissəsinisə sürgünə göndərdilər...
...1932-ci il yanvarın ilk günlərinin birində Abdulla Şaiqin
oğlu Kamal təngnəfəs özünü içəri saldı:
“Yusif əmi, atam deyir, Molla əmi ölüb, hazırlaşsın, gedək
yasa”.
“Gəlirəm”, – bu kəlməni düşünüb-daşınmadan dedi.
““Cığırışdaşlar”dan biri də, çox şükür, dünyadan öz əcəlilə
köçdü”, – bu fikrisə beynindən keçirdi. Paltarını dəyişəndə
Bilqeyis xanımın qayğılı nəzərlərini üzündə hiss elədi:
“Soyuqdu, qalın geyin, – arvadı artıq paltosunu tuturdu,
– bu il də isti çəkmə almadın...”
“İnşallah, gələn qışa alaram, – mümkün qədər gülümsədi,
paltosunu geyinə-geyinə əlavə elədi. – Uşaqları soyuqdan
qoru”.
Küçəyə çıxanda Abdulla Şaiqi üzüaşağı gələn gördü. Söz-
süz-sovsuz salamlaşıb xeyli dinməzcə getdilər. Axırda süku-
tu yenə Yusif Vəzir pozdu:
“Molla böyük idi, nəhəng idi. Allah rəhmət eləsin”.
“Amma böyük Molla balalarını soyuqdan qorumaq üçün
əlyazmalarını yandırırdı”, – Abdulla Şaiqin səsində hədsiz
hüzn vardı.
O görüşdən sonra Mirzə Cəlillə bir neçə dəfə rastlaşmışdı,
yalnız ayaqüstü hal-əhval tutmuşdular, həmişə də
fikirləşmişdi ki, bu qədər ciddi xasiyyətli adam o cür baməzə
şeyləri necə yazır, görəsən?
Axşam evə qayıdanda şahid olduğu sadə və kədərli yas
mərasimini də unuda bilmirdi. Bütün fikirlərini də, elə bil,
Abdulla Şaiq ifadə elədi.
“Gəldi, acı-acı güldü və getdi...”
...Bir neçə ay sonra Aslan Bəhram bəy Axundovun ölüm
xəbərini verdi. Qəlbində onunla bağlı çətin günlərinin az
408
da olsa, işıqlı xatirələri qalmışdı, qürbətdəki tələbələr üçün
çəkdiyi əziyyətlərə görə Bhram bəyə həmişə minnətdarlıq
duyurdu. Getdi, son borcunu verdi, bir qədər təskinlik
tapdı...
...Axır ki, beynindəki fikri kağıza köçürməyə başlamış, bu
dəfə tarixin dərinliklərinə üz tutmuşdu - mifoloji qəhrəmanları
canlandırır, tayfaların, qəbilələrin yaşamını təsvir eləyirdi.
Ola bilsin, sabah kimsə yazdığında sinfi mübarizənin olmadı-
ğını irad tutsun, amma tarixi-fəlsəfi romanın gərəkliyinə kim
etiraz eləyə bilər; əsas məsələ yazılana hansı niyyətlə yanaş-
maqdı.
Düzdü, “Qaranlıqdan işığa” adlı hekayələr kitabı çapdan
çıxdı, köhnəliklə yeniliyin çarpışması barədə düşüncələrini
oxucuya çatdırmaq istədi, bununla belə, yenə yazdıqlarında
kolxoz, mədən, fabrik-zavod, zərbəçi, qabaqcıl, komsomolçu
yoxdu, “cığırdaş” mövqeyindən bir addım da irəli getməyib.
Amma artıq partiyanın “Ədəbi-bədii təşkilatların yeni strukturu
Dostları ilə paylaş: |