Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə111/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   107   108   109   110   111   112   113   114   ...   175
tar şairləri” kimi yazmağa çalışmırdı, dili sadə və aydın idi.

 ...O Novruz bayramını rahat keçirdilər, səməni göyərdildi, 

şamlar  yandırıldı,  qadınlar  köməkləşib  şirniyyat  bişirdilər, 

evlərə pay getdi, uşaqlar, cavanlar, qız-gəlinlər qulaq falına 

çıxdılar,  bayram  sevinci  çəkilib  gedəndən  sonra  yayı  harda 

dincələcəkləri barədə fikirlər ortaya çıxdı.

 “Uşaqlar Qusarı çox bəyəniblər”, – Bilqeyis xanımın istəyi 

aydın oldu.

  “Şaiq  Əfəndi  Temir  Xan-Şuranı  məsləhət  görür,  –  Yusif 

Vəzir də öz fikrini söylədi. – Bəlkə, uşaqlardan soruşaq?”

 “Əlbəttə, – Bilqeyis xanım, onun sözünü zarafata saldı, – 



432

soruşsan,  mənim  tərəfimdə  olacaqlar,  keçən  yay  Qusarda 

olublar axı”.

  “Şaiq  Əfəndinin  ailəsilə  dincəlmək  yaxşı  olardı,  –  Yusif 

Vəzir məsləhət gördü, – sən bir Şahzadə xanımla danış”.

  Qadınlar  danışdılar,  razılaşdılar,  qərarlarını  da  verdilər: 

Temir Xan-Şuraya gedəcəklər: dəniz də yaxın imiş, həm də 

uşaqları dənizə aparırlar.

  O  yay  doğrudan  da  gözəl  keçdi:  Abdulla  Şaiqin  şirin 

söhbətləri, Şahzadə xanımın mehribanlığı, təbiətin gözəlliyi 

günlərinə məna qatırdı. Abdulla Şaiq uşaqlara nağıl danışır, 

şeirlərini  oxuyurdu.  Yusif  Vəzir  arabir  kitab  falıyla  məşğul 

olurdu:  əlinin  altındakı  kitabı  bəxtəbəxt  açır,  oxuduğu 

cümləni, ya da beyti, əlbəttə ki, nikbin mənalarla yozub uşaq-

ları  sevindirirdi.  Gün  əyiləndə  dəniz  kənarında  gəzə-gəzə 

olub-keçənlərdən  söhbətləşmək,  yazacaqlarını  götür-qoy 

eləmək xoşlarına gəlirdi.

 

***



 Payız gəldi, institutdakı işindən imtina eləməli oldu: Yazı-

çılar  İttifaqı  ona  “Azərnəşr”də  tərcüməçi-redaktorluq  təklif 

eləmişdi,  o  da  razılaşmışdı:  qəzetdəki  və  nəşriyyatdakı 

işlərindən aldığı maaş müəllimlikdən qazandığından az olsa 

da, yazı-pozuya vaxtı daha çox qalırdı, maddi itkisini qono-

rarla aradan qaldırmağa imkanı vardı.

 Elə o vaxt da yeni yaradıcılıq planları ortaya düşdü: yeni 

romanları üzərində düşünür, məxəzləri araşdırır, hekayələr 

qələmə  alırdı;  nəşriyyatlardan  tərcümə  sifarişləri  gəlirdi; 

qürbətdəki  mühacirlərin  həyatından  “Həzrət-Şəhriyar”  adlı 

satirik komediya bitirib teatra vermək istəyirdi. Arada əməkçi 

qadınların  müşavirəsinə,  rəssamlarla  görüşə  dəvət  olunur, 

zavod-fabriklərə  gedirdi.  Amma  ağlına  yuxarının  tələb 

elədiyi mövzular gəlmirdi. Ətrafındakı qələm yoldaşlarının 

çoxusa yeni həyatdan, əmək qəhrəmanlığından, zərbəçilərdən 

yazırdılar, sabah ondan da haqq-hesab istəyəcəkdilər.




433

 Məmmədkazım Ələkbərli Yusif Vəzirə hörmətlə yanaşır-

dı, hətta “Studentlər”in yeni nəşrinin redaktorluğunu da ona 

tapşırmışdılar. Amma vəzifə adamıydı, onu sədr seçmişdilər 

ki,  kimin  nə  və  necə  yazdığına  nəzarət  eləyən  aparatı 

yönləndirsin. Görüşəndə ilk sualı da bu olurdu:

 “Nə yazırsınız, Yusif Əfəndi?”

 Hər dəfə qeyri-müəyyən cavabla canını qurtarırdı, amma 

son görüşlərində sual bir qədər ciddi səslənmişdi: hamı yeni 

həyatı vəsf eləyir, sizsə hərəkətə gəlmirsiniz!

 Əlbəttə, bunu gözləyirdi, ona görə də öz-özlüyündə plan 

tutmuşdu: Tərtər Su Elektrik Stansiyasının əməkçiləri haqqın-

da  roman,  pambıqçılar  barədə  pyes  yazmaq  istəyir,  amma 

bundan  ötrü  gərək  Tərtərə  və  kolxozlara  gedə,  hər  şeyi  öz 

yerində  görə.  Bütün  bunlar  da  Məmmədkazım  Ələkbərlini 

sevindirmişdi: 

 “Çox gözəl, bu arzunuzu nəzərə alarıq. Bilirsiniz ki, qarşı-

da bizi böyük hadisələr gözləyir. İndisə hazırlaşın, Yerevana 

gedəcəksiniz, nümayəndə heyətinə sizi də daxil eləmişik”.

 “Özgə kimlər gedir? – Bu xəbər onu həyəcanlandırmışdı, 

axır ki, rəsmi tədbirlərdə yada düşməyə başlayırdı. – Qatarla 

gedirik, yoxsa maşınla?”

  “Məmməd  Səid  Ordubadi,  Mikayıl  Müşfiq,  Mehdi  Hü-

seyn, Sabit Rəhman... – sədr dilləndi. – Sizə iki maşın ayrılıb. 

Hazırlıqlı olun, azı yarım ay orda qalacaqsınız”.

 Şübhəsiz, yaxşı təsadüfdü: həm rəsmi dairələrdə xatırladı-

ğını büruzə verirdi (zarafat deyildi, belə şeyləri lap yuxarıda razı-


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin