Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə107/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   103   104   105   106   107   108   109   110   ...   175
  “Rusiya  yolayrıcında”  kitabının  əlyazmasını Artıq  “Etthö-

fen”  nəşriyyatıyla  dil  tapmış  Verner  Şendelə  göndərəndən 

sonra Erikanın ağlına səyahət düşdü:

  “Bir  ildən  artıqdı  evliyik,  hey  işləmişik,  bal  ayı  da 

keçirməmişik, bəlkə, səyahətə çıxaq?”

  “Nə  olar,  pis  fikir  deyil,  –  əri  dərhal  razılaşdı.  –  Hara 

getmək istərdin?”

 “Məsələn, İtaliyaya, – Erika hər şeyi əvvəlcədən düşünüb-

müş, – ədəbi simaların çoxu Rapalloda dincəlir, məncə, çox 

maraqlı olar...”

 “Gedək, – Əsəd bəy dilləndi, – həm də ləngimədən, sonra 

işiniz çox olacaq”.

 Səyahətə avtomobillə çıxdılar. Erikayla tək olmaq, İtaliya-

nın  gözəlliklərindən  zövq  almaq,  Rapallonun  bənzərsiz 

mənzərələrinə  doyunca  tamaşa  eləmək  təsvirolunmaz  duy-

ğuydu, həm də bu məşhur kurort şəhərində Əsəd bəyi tanı-

yır, ona heyranlıqla baxırdılar; dərhal yazdıqlarından parça-

ları öz səsində eşitmək də istədilər, hətta, qulaq asanlar ara-

sında Stefan Svayqı görəndə heyrətindən, az qala, dili tutul-

du: canlı klassik Əsəd bəyə qulaq asır!




420

 Erika da “şərqli arvad”ı olduğunu sübuta yetirdi: ərinə ma-

raq göstərən qadınlara münasibəti yaxşıydı, belə məqamlardan 

xoşu da gəlirdi. Yerli elitar ədəbi simalardan olan, Frankfurt 

bankiri və Genuyadakı alman konsulunun arvadı, əlli yaşına 

çatsa da, təravətini hələ də qoruyub saxlayan Pima Andrea – 

Paulina Mariya Andrea “ərəb şeyxi”nə açıq-aşkar rəğbətini bil-

dirib  dostlaşanda  qısqanıb  eləmədi,  üstəlik,  qadını  özünə 

yaxın saydı.

 Amma bir neçə həftədən sonra Erika İsveçrəni və İspaniya-

nı görmək istədi... 

 Əsəd bəy səyahətdən zövq alırdı, amma bu zövqdə ancaq 

özünün duyduğu yarımçıqlıq vardı: təzədən artıq ömrünün 

mənasına  çevrilən  həyata  qayıtmaq,  yazmaq,  təxəyyül 

aləmində yaşamaq üçün darıxırdı...

 

***



  Axır  ki,  Vyanaya  qayıtdılar,  hər  şey,  əvvəlki  qayğılar 

təzədən başladı: Abram Nussimbaum və Alisa Şulte hələ Ber-

lin  çıxılmazlığından  qurtara  bilməmişdilər;  Verner  Şendel 

“Rusiya  yolayrıcında”  kitabının  mətbəə  qoxusu  verən 

nüsxələrini,  “Maye  qızıl”  adlanan  yeni  əlyazma  qovluğu 

göndərmişdi; lyövendallar Amerikaya getmək, daha doğru-

su, köçmək barədə fikirləşirdilər.

 Bu da azmış kimi, yeni mənzildə qonşuları amerikalı yazı-

çı  ər-arvad  Binks  və  Cey  Dretlerlər  idilər.  Həyat  tərzləri, 

xasiyyətləri, məşğuliyyətləri uyğun gəldiyindən az müddətdə 

dostlaşdılar,  demək  olar,  bir  ailəyə  çevrildilər.  Vaxtlarının 

çoxunu birgə keçirirdilər: Binks rəssam idi, tablolar çəkirdi, 

Cey  romanı  üzərində  əlləşir,  Əsəd  bəy  də  otaqda  var-gəl 

eləyə-eləyə yeni kitabını Erikaya diktə eləyirdi. Bu müddətdə 

yarıçılpaq  olurdular,  kim  necə  istədi,  elə  geyinir,  yalnız 

işləməkdən  bezib  kafelərə  üz  tutanda  əyinlərinə  nəsə 

keçirmək fikrinə düşürdülər.



421

 O payız Əsəd bəyin narahatlıqlarından birinə son qoyul-

du: Abram Nussimbaum, nəhayət, oğluna qovuşdu. Amma 

frau  Şulte  hələ  orda  –  Berlindəydi,  atasının  dediyinə  görə, 

viza  gözləyirdi,  Avstriya  hökuməti  onun  şəxsiyyətlə  bağlı 

araşdırmalar aparırdı.

 “Fikirləşirəm ki, bundan sonra bizimkilərə orda yaşamaq 

çətin olacaq, Leo, – Abram qayğılı halda deyirdi. – Bəlkə, elə 

burda da”.

 “Onda Amerikaya gedərik, – oğlu yarızarafat-yarıciddi de-

yirdi, – fikir eləmə, dünya böyükdü”.

 ...Elə bircə ay sonra doğrudan da Amerikaya yola düşdü. 

Amma,  təbii  ki,  atasını  aparmadı,  arvadı  və  qayınatasının 

ailəsilə  yollandı.  Ata  Valter  Lyövendalla  münasibətləri  bir 

qədər isinişmişdi, görünür, özlərini buna məcbur eləmək on-

lara çox da asan başa gəlmirdi.

  “Vulkania”  transatlantik  paroxodunun  göyərtəsinə  ayaq 

basanda 1933-cü ilin oktyabr ayı yenicə girmişdi. Berlində baş 

verən hadisələrin doğurduğu həyəcansa burda hiss olunmur-

du: cürbəcür geyimli adamlar okeanın o tayına xoşbəxtlik ax-

tarmağa  gedirdilər,  lyövendallar  da  onların  arasındaydılar. 

Qəfildən  o  nagəhan  şübhə  beynində  yenidən  baş  qaldırdı: 

birdən Erika atasının təzyiqlərinə dözməyib Amerikada qal-

maq istədi? Yox, Əsəd bəy Amerikada qala bilməz, o Avropa 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin