Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə110/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   106   107   108   109   110   111   112   113   ...   175
XXVIII FƏSİL

OTUZ YEDDİNCİ İLİN ASTANASINDA



 Yusif Vəzir

 Bakı, Temir xan-Şura, İrəvan, Qusar, Bakı 

 Fevral 1935-ci-dekabr 1936-cı illər

 O ilin qışı nəsə ağır keçirdi. Havaların soyuqluğundan ar-

tıq öz qəlbinin sıxıntısından əzab çəkirdi...

 Düzdü, Aşqabaddan, bacılarından xəbər tutur, dost-tanış-

la  görüşür,  yazı-pozusuyla  məşğul  olurdu,  amma  o  sıxıntı 

çəkilib getmirdi ki, getmirdi...

Yazıçılar  İttifaqı  rəhbərliyinin,  daha  doğrusu,  Məmməd-

kazım  Ələkbərlinin  təklifilə  “Ədəbiyyat  qəzetəsi”nə  məslə-

hətçi keçmişdi. Yeniyetmələrin, yenicə yazmağa başlayanla-

rın yazılarını oxuyur, rəy yazır, səhvlərini düzəldir, yol gös-

tərir, qəzetə xülasələr hazırlayırdı. Arada Füzulinin o vaxta-

dək çap olunmamış əsərindən, Qətran Təbrizinin taleyindən, 

Xətainin  nəfəslərindən,  Çexovun  dilindən,  Qoqolun  “Ölü 

canlar”ından, xalq ədəbiyyatı nünunələrindən... yazırdı...

 Fevral ayında Yazıçılar İttifaqının birinci plenumu çağırıl-

dı,  tənqidin  vəziyyəti  haqqında  məsələ  müzakirə  olundu, 




430

yeni idarə heyəti seçildi, tənqid bürosu, ədəbiyyat fondu bü-

rosu yaradıldı. Yusif Vəzir də artıq ədəbiyyat fondu bürosu-

nun üzvü idi.

 Kiyevdəki tələbəlik illərindən bəhs eləyən, adını əvvəlvə 

“Tələbələr”,  sonra  “Studentlər”  qoyduğu  “Günah”  romanını 

bir daha təzədən işlədi, sözarası deyilən “iradları” nəzərə alıb, 

əsərdə “inqilabiliyi artırıb” çapa verdi. Elə o vaxt da romanın 

davamını yazırdı, “1917-ci ildə” adlanan hissə çarın yıxılma-

sından sonrakı dövrün inqilabi hadisələrini əhatə eləyəcəkdi. 

“Bir  cavanın  dəftəri”nisə  gündəlikləri  əsasında  yazmışdı, 

məktəbli Muradın 1905-ci il yay tətili günlərini dövrün tariхi 

hadisələri fonunda əks etdirirdi.

 “Ali Sovetlərə seçkilərə əsər həsr eləmisən? – Abdulla Şaiq 

yenə  bığaltı  gülümsəyə-gülümsəyə  soruşurdu.  –  Artıq 

ədiblərimiz bu yönümdə ciddi çalışırlar”.

 “Hələ vaxt var, – onu başa düşüb mənalı-mənalı deyirdi, 

– gərək mən də bir şey fikirləşim”.

 Fikirləşirdi. Vaxtilə, hələ Kiyevdə olanda Vətəninin tarixi-

ni  əks  edirən  beş  roman  yazmaq  arzusundaydı:  lap  qədim 

dövrlər  barədə  “Qızlar  bulağı”nı  yazdı;  sonrakı  Qacar 

dövründə  Şuşada  baş  verənlər  olacaqdı;  üçüncüsü  inqilabi 

çaxnaşmalardan bəhs eləyəcəkdi; ötən illər ərzində planının 

dördüncü  və  beşinci  bəndləri  dəyişmiş,  indi  üzə  çıxara 

bilmədiyi əsərlər yaranmışdı. Son vaxtlar fikri-zikri o mövzu-

lardan birinin – Ağa Məhəmməd Şah Qacar Azərbaycana hü-

cum  eləyən  vaxt  Şuşada  baş  verən  hadisələrlə  məşğul  idi; 

onda Molla Pənah Vaqif öldürülmüşdü, Qacar qətlə yetiril-

mişdi. O dövr məmləkət tarixinin ən faciəli dövrlərindən bi-

riydi.  İndisə  ondan  Azərbaycan  əməkçilərinin  rəşadətli 

əməyindən bəhs eləyən əsərlər istəyirlər...

  O  günlərin  birində  Lermontov  küçəsinin  tinində  Səməd 

Vurğunla  rastlaşdılar.  Cavan  şair  gözlərindən  gülə-gülə 

yaxınlaşdı, hörmətlə görüşdü, sonra bir qədər çəkinə-çəkinə 

dilləndi:



431

 “Mirzə, Molla Pənah Vaqif haqqında mənzum dram yaz-

maq fikrim var, mövzuyla, dövrlə bağlı əlimə keçəni oxumu-

şam,  amma  hiss  eləyirəm  ki,  məsləhətə  ehtiyacım  var. 

Mümkünsə, aradabir gəlim, mənə bu barədə məsləhət verin”.

  Əvvəlcə  çaşdı,  cavan  şairin  onu  “Mirzə”  adlandırması 

qəribə göründü, üstəlik, cavan şairin də Vaqif haqqında əsər 

yazmaq  niyyətindən  çaşdı:  Allahın  ağlagəlməz  təsadüfünə 

bax! Sonra artıq həmin mövzuda roman başladığını demək 

istəmədi: cavan səhv başa düşər, özü yazdığına görə ondan 

nəsə  gizlətdiyini  fikirləşər;  hər  kəsin  öz  duyumu,  öz  dəsti-

xətti, öz görümü var, kim necə bacaracaqsa, elə də yazacaq.

 “Çox sevindim, maraqlı dövr, gözəl mövzudu, – dedi. – 

Qapımız həmişə üzünə açıqdı, nə vaxt istəsən, gələ bilərsən, 

mən də bildiklərimi əsirgəmərəm”.

 “Çox sağ olun, Mirzə, – Səməd razılıqla gülümsədi, – sizin 

qədər  mütaliə  eləməmişik,  maşallah,  xeyli  dil  də  bilirsiniz, 

həm də Şuşada, yəqin, çox şey eşitmisiniz”.

 “Gələrsən, danışarıq, – ərklə cavan şairin qoluna girdi, – 

yaxın qonşuyuq, bir stəkan çayımızı da içərsən”.

 “Gələrəm, – Səməd razılıqla onun əlini sıxdı. – Allah sizə 

ömür versin”.

 Bu cavan şairdən xoşu gəlirdi: istedadı Allah vergisiydi, 

üstəlik, digərləri kimi özünü oda-közə vurub “yenilikçi prole-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin