Ən yaxşılarla dostluq eləmək, ən güclülərlə yarışmaq, qadağan
olunanı sevmək, başqalarının təslim olduqları yerdə sınmamaq la-
zımdı, – Leoya görə həyatın başlıca sirri bu idi. Erikanın qada-
ğan olunduğunu bilirdi, amma ondan əl çəkmək fikrində də
deyildi. Az sonra işdən birgə çıxmağa başladılar, küçələri
gəzdilər, kafedə oturdular, hazırlıqsız-filansız öpüşdülər,
beləcə, hər şeyi məntiqi sonluğuna doğru sürətlə irəliləməyə
başladı.
Nussimbaumların Fazanenştrassedə kirayələdikləri
mənzil böyük olmasa da, rahat idi. Əsəd bəyin balaca,
ürəyəyatan iş otağı vardı, masa arxasında yazıb-pozur, yoru-
landa duvana uzanıb kitab, ya qəzet-jurnal oxuyurdu. Ağlına
gəldi ki, Erika yazıçı katibəsi olmaq arzulayır, onu evə apar-
maq, yazılarını diktə eləmək olar, yalnız atasını xəbərdar
eləmək lazımdı.
“Bizdə bir makinaçı-katibə işləyir, onunla danışmışam,
hər gün gəlib mənim diktə elədiklərimi makinada yazacaq”,
– Leo sınayıcı nəzərlərlə atasını süzdü.
Ata əvvəlcə oğluna, sonra onun uzandığı divana baxdı,
sonra başını bulayıb mənalı-mənalı dilləndi:
“Nə olar, divanın enlidi, ikinizə də bəs elər. Amma ehtiyat-
lı ol. Yaxşı qadın kişi üçün ən böyük xəzinə, pis qadınsa cəhənnəmdi”.
395
Leo dillənmədi, artıq ox yaydan çıxmış, redaksiyaya “həyat
təcrübəsi” üçün gələn Erika Lyövidal Əsəd bəyin könlünü
qazanmışdı.
Bir neçə ay sonra – 1932-ci ilin martında evləndilər...
Yenə etibarlı dostu Verner Şendel köməyinə çatdı: gənc ər-
arvada yeni, rahat mənzil lazım idi, bunu düzəltməyin yolu-
nusa o bilir: bir halda ki, Əsəd bəy Erikanın təkidlərinə bax-
mayaraq, özünü sındırıb varlı-hallı qayınatasının evində ya-
şamaq istəmir, “İncəsənət işçiləri şəhərciyi” qeyri-kommersi-
ya ev sahibləri assosiasiyası var, Verner həmin assosiasiyanın
sədrilə yaxındı, sənəd-filan düzəldir, hər şey həll olunur.
Doğrudan da həll elədi: Erika, Əsəd bəy, Abram Nussim-
baum və sədaqətli frau Şulte (bunları Leo israrla tələb elədi),
həmkarlar ittifaqının hesabına tikildiyindən “Qırmızı mə-
həllə” adlanan şəhərciyə köçdülər.
Erika ikiqat xoşbəxt idi: cavan, yaraşıqlı, məşhur “ərəb
şeyxi”ni ələ keçirmişdi, üstəlik də ətrafında şairlər, nasirlər,
publisistlər, rəssamlar... qaynaşırdılar.
Qızının şıltaqlıqlarına alışmış Valter Lyövendalınsa bu iz-
divacdan ağlı bir şey kəsmədi: hə, cavandı, yaraşıqlıdı,
məşhurdu, amma nədənsə onda etibar doğurmur, vəssalam.
Hələ detektiv də tutmuşdu ki, “Şeyx kürəkən”ini izləyib nə
yuvanın quşu olduğunu öyrənsin.
Elə Əsəd bəyin də qayınatasından xoşu gəlmədi: hər şeyi
pulla ölçür, könül-filan ondan ötrü boş şeydi.
Verner Şendelsə hey onu “sevgi yuxusundan ayılıb iş başına
qayıtmaq” üçün dilə tuturdu: Qafqazla bağlı daha bir qovluq
var, Əsəd bəyin sehrli əli az müddət ərzində o qeydləri ma-
raqlı kitaba çevirəcək, oxucular yeni möcüzənin şahidi ola-
caqlar, şöhrətli müəllifin uğurları davam eləyəcək.
***
Əsəd bəy də gündüzlər redaksiyadakı işini görür, axşa-
müstü vaxtını “Melomania”da keçirir, axşamlarsa materiallar
tanış olur, beynindəkiləri Erikaya diktə eləyirdi.
396
Elə o günlərdə də Mədinədən gözlədiyi bağlamanı və
köhnə dostu Leopold Veysin – Muhamməd Əsədin məktu-
bunu aldı: evlənib, övlad gözləyir, saray həyatından bezib,
güman ki, burda çox qalmayacaq. Demək olar, eyni vaxtda
evləndiklərinə təəccübləndi, amma xahişinə əməl elədiyinə
əməlli-başlı sevindi: Şendelə Muhamməd Peyğəmbər haqqın-
da kitab qələmə almaq istədiyini yazmışdı, o da hey
tələsdirirdi ki, işə başlasın, budur, artıq vədə gəlib çatdı. Ərəb
dilini lazımi səviyyədə bilməməyi, Qurana bələd olmamağı
onun qarşısını ala bilməz.
Muhamməd Əsədin qeydlərinə əl gəzdirməyə, özünün
oxuyub bildiklərini əlavə eləməyə cəmi iki ay yarım vaxtı get-
di, sonra da Erikanın işi başladı.
Bir müddət sonra mətbuatı “Muhamməd” kitabının lehinə
və əleyhinə yazılar bürüyəcəkdi: “İran xalçası kimi al-əlvan
Dostları ilə paylaş: |