XXV FƏSİL
ERİKA VƏ BERLİNDƏN QAÇIŞ
Muhamməd Əsəd bəy
Berlin, İstanbul, Praqa, Vyana
Oktyabr 1929-cu-mart 1933-cü illər
1929-cu ilin “Şərqdə neft və qan” fırtınası səngimək bil-
mir...
Əsəd bəy Veymar Respublikasının ən məşhur publisistinə
çevrilib...
Haqqında “ədəbi dələduz”dan “ədəbi sehrbaz”acan hər şey
yazırlar, amma bu onun halına təfavüt eləmir, deyilənlər yal-
nız şöhrətinin üstünə şöhrət gətirir, kitabının daha çox satılıb
yayılmasına səbəb olur...
Bununla belə, Əsəd bəyin müsəlman maskası altında
gizlənən yəhudi olduğunu, Şərqə böhtan atdığını, üstəlik, al-
man ordusunun şərəf və ləyaqətinə ləkə gətirdiyini iddia
eləyənlər də var, bu isə çox təhlükəlidi: alman millətçilərinin
füreri Adolf Hitler hakimiyyətə can atır, arzusuna çatsa, ilk işi
ölkəni yəhudilərdən və kommunistlərdən təmizləmək ola-
caq. Dərhal həftəlikdə, imzasız da olsa, Villi Haasın bəraət
yazısı dərc olunur:
384
“Biz, əlbəttə, nəşrimizin müəllifi Əsəd bəyi tanıyırıq, amma
məlum olur ki, əslində, bugünədək onun haqqında heç nə bilmirik.
İndiyəcən bu adın onun təxəllüsü olduğunu güman eləyirdik, indisə
heyrətlə Azərbaycanın paytaxtı Bakıda doğulmuş, kübar müsəlmanla
və rus ziyalıları arasından çıxmış ziyalı qadının oğlunun qəribə bi-
oqrafik qeydlərinə nəzər salırıq”.
Şübhəsiz, bu Əsəd bəyə sərf eləyir, bioqrafiyasına daha
cəlbedici, daha sirli çalarlar qatır; əslində, Villi onun bioqrafi-
yasına da, Əsəd bəyə çevrilmə tarixçəsinə də bələddi, sadəcə,
indi oxucuların marağıyla, xüsusilə, hərbçi-millətçilərin hey-
siyyatıyla oynamaq olmaz.
Valter Merinqin Əsəd bəylə məşğul olmağa vaxtı yoxdu,
onsuz da başını bəlaya salıb: “Berlin taciri” pyesini kommu-
nist rejissor Ervin Piskator “Folksbyün” teatrında tamaşaya
qoyub; elə premyeradaca hitleryugendlər teatrın qarşısında
yığışıb səs-küy salıb, Ervin də, Valter də canlarını güclə qurta-
rıblar. Merinq Əsəd bəyə bəraət qazandırmaq istəmir, yalnız
rastlaşanda ikimənalı söz atır:
“Çox irəli getmisən, dostum, getdiyin yerdən qayıtmaq
barədə də düşün”.
Əsəd bəyinsə bu haqda düşünməyə həvəsi və vaxtı yoxdu:
Verner Şendel ilk kitab ətrafında baş verənlərdən vəcdə gəlib,
təkrar nəşrlər, başqa dillərə tərcümələr barədə fikirləşir,
üstəlik, yeni təklifi var, təkidlə zəng eləyir ki, görüşək.
“Əsəd bəy, – o şərikinin, əslində, kim olduğunu bilsə də bu
adla müraciət eləyib izzəti-nəfsini oxşayır, – işlər biz
istədiyimizdən də yaxşı gedir, səs-küy ötüb-keçəcək, şöhrətsə
qalacaq, bizə də bu lazımdı. Daha bir maraqlı təklif var”.
Əsəd bəy bu görüşə gələndə kitab məsələsinə bir qədər
fasilə vermək barədə fikirləşirdi – hələ bu fırtınanın necə başa
çatacağını bilmək olmaz, – amma marağını gizlədə bilmir:
“Nə təklifdi?”
“Şərqdə neft və qan”da ən çox diqqət nəyə verilir: milli
xüsusiyyətlərə, adət-ənənələrə, qəribə hadisələrə, təbiət təs-
385
vir lərinə... – Verner sınayıcı nəzərlərini ondan çəkmir. –
Qafqaz haqqında qeydlər var, sən də qafqazlısan, məncə, çox
maraqlı bir şey çıxar”.
“Ver görüm, – Əsəd bəy əlini Vernerin qarşısındakı qovlu-
ğa uzadır, gözləri hərisliklə və maraqla alışıb-yanır. – Oxu-
yum, sonra söhbət elərik...”
“Əminəm ki, söhbətimizə ehtiyac qalmayacaq, – Verner
cibindən çıxardığı bükülünü qovluğun üstünə qoyur. – Kita-
bın əlavə qonorarını alandan sonra...”
Əsəd bəy məmnun halda gülümsünür...
Doğrudan da əlavə söhbətə ehtiyac qalmır: Əsəd bəy elə
səhəri gün zəng vurub artıq işə başladığını deyir...
Əlyazma lap onun malıdı: Qafqaz haqqında ümumi
məlumat var, amma çətin ki, belə şey oxucunu maraqlandır-
sın: macəra, maraqlı hadisə, qəribə adətlər, bir sözlə, “gözəl
yalan”la qələmə alınmış, oxucunu sehrinə salan şeylər yoxdu,
bunusa məhz şərqli-qafqazlı Əsəd bəy eləyəcək: oxuduğu ki-
tablar, eşitdiyi əhvalatlar, Allahın bəxş elədiyi təxəyyül gücü
var, qalanı çətin iş deyil: qələmə aldıqları bir neçə aya yeni
çaxnaşma yaradacaq; nə olsun ki, Leo Qafqazın çox yerlərini
– Tiflisdən, Bakıdan, Batumdan başqa – görməyib, məsələn,
Qafqazın ən yaxşı kurortu olan Kislovodska getməyib, Qafqaz
xalqlarının əksəriyyətini tanımır, başlıcasısa, yazmaq həvəsi
və xəyal gücü var...
Gözləmədiyi təhlükə onu naqolay yerdə yaxaladı, həm də
məhz Qafqazla bağlı oldu: Qafqaz Alman Ordusunun keçmiş
qərargah rəisi podpolkovnik Ernst fon Parakin qəzəbini təkcə
qəzet yazısına tökmədi, kitabın müəllifindən polisə şikayət
elədi: özünü Əsəd bəy adlandıran yəhudi cızmaqaraçı 1918-ci
ilin sentyabrında Bakıya girən şanlı alman ordusunun əsgər
və zabitlərinə ləkə yaxır; guya almanlar da türklər kimi yerli
türklərin erməniləri qırmalarına şərait yaradıblar; guya, on-
lardan ancaq üç gündən, faciə baş verəndən sonra qırğına son
qoymağı tələb eləyiblər; guya, Ənvər Paşanın Qafqazı tut-
386
maq, Turan yaratmaq məqsədilə göndərdiyi Nuru Paşa,
ümumiyyətlə, olub-keçənlərə göz yumub.
Əsəd bəyin cəmi səkkiz səhifədə təsvir elədiyi bu iddialar
başına bəla oldu; fon Parakinin Münhen və Berlin qəzetlərində
çap olunmuş ittihamları millətçi qələm adamlarını hərəkətə
gətirdi; ittihamsa kifayət qədər ciddi oldu: alman ordusunun
şərəfinə ləkə yaxan “yəhudi tarix saxtalaşdırıcısı”nı ifşa eləmək
lazımdı! Qafqazda əmin-amanlığı qoruyan əsgər və zabitləri
tərəfkeşlikdə günahlandırmaq təhqirdən başqa bir şey deyil!
Berlin polisi dərhal “ədəbi-dələduzluğ”un təhqiqinə başladı:
Şərq də, Qafqaz da cəhənnəm olsun, alman ordusunun
heysiyyətilə oynamaq olmaz. Verner Şendelsə əmin idi ki,
təhqiqat ciddi təhlükə törətməyəcək, üstəlik, Əsəd bəy bəraət
qazanandan sonra şöhrəti daha da artacaq. Özü də boş otur-
madı, başçılıq elədiyi Alman Şairləri və Yazıçıları İttifaqı
adından “üzvü Əsəd bəy Leo Nussimbaumu hər cür ittihamdan və
Dostları ilə paylaş: |