dəftərindən” hekayələri arxada qoyduğu qürbətin ağrı-acıları-
nı əks etdirirdi; hələ qürbətdəki tələbələrin və Mirinin taleyi
barədə roman qələmə almaq barədə də fikirləşirdi; nə vaxtsa
çap olunacağı ümidilə tərcümələr eləyir, oxuyur, araşdırır,
xalq ədəbiyyatından yaddaşında qalanları kağıza köçürürdü.
Çox vaxt səhəri yazı masasının arxasında açırdı; isti günlərdə,
aləm yanıb-qovrulanda həyət qapısının ağzına çıxır, daşın
üstündə oturub fikrə gedirdi. Həmin anlarda xəyalı Şuşadan,
Aşqabaddan, Kiyevdən, İstanbuldan, Parisdən keçir, ötənləri
yaddaş aynasında canlandırırdı.
Aprelin son günündə Mustafa toyuna dəvət elədi. Bibisi
qızı Müqəddənisəylə ailə qururdu. Cavanların xoşbəxtliyinə
365
ürəkdən sevinə-sevinə getdi. Masabəyi tost deyib, belə bir
günü onun üçün də arzulayanda özünü çox naqolay hiss
elədi: qırx yaşına çatır, hələ onu cavan sayırlar!
Universitetin şərqşünaslıq fakültəsində Azərbaycan və rus
dillərindən dərs demək fürsəti yarananda sevindi: hər halda,
mənəvi rahatlığı olacaqdı, buna da çox şükür!
O yay həkimin məsləhətilə Kislovodska getməli oldu: ya-
şadığı məşəqqətli günlərin təsiri özünü göstərirdi, mədə-
bağırsaq, böyrək ağrıları başlamışdı, üstəlik, gözlərinin,
ürəyinin sözünə baxmadığını hiss eləyirdi. Evi bacısıyla oğlu-
na tapşırdı, çamadanına pal-paltar, beş-altı kitab, bir dəstə
kağız qoyub yola çıxdı.
O il Aşqabaddakı günlərindən sonra ən xoşbəxt yayı keçir-
di: əvvəla, müalicə nəticə verirdi, artıq ağrıların azaldığını,
əsəblərinin dincəldiyini hiss eləyirdi; ikincisi, yazı-pozu işi
qaydasında gedirdi, gündə bir neçə saat işləyəndən sonra
təmiz havada gəzməkdən ləzzət alırdı; üçüncüsü, qadın dost-
ları peyda olmuşdu, zərif məxluqların hələ də maraq hədəfi
olduğunu duyub, elə bil, xeyli cavanlaşmışdı. Ağ kostyumu,
ağ köynəyi, qara, köndələn zolaqlı qalstuku, qara ayaqqabısı,
tünd boz plaşı onu yaraşıqlı, cavan göstərirdi, çatma qalın
qaşları, hələ dən düşməmiş bığı, iri, təsirli gözləri, arxaya da-
radığı, alın tərəfdən azca seyrəlmiş, gicgahlardan bir qədər
ağarmış saçı qadınların diqqətini çəkirdi.
Bacısı Qönçənin evlənmək barədə israrlarını o günlərdə
daha tez-tez xatırlayırdı. Bir də düz iyirmi il əvvəl Aşqabadda
gündəliyinə yazdığı sözlər yadına düşürdü: “Görəsən, o zaman
olacaq ki, mən də xoşbəxt ailə qurub həyatdan zövq alacağam?”
O zaman yetişdi...
Kislovodskdan qayıdandan bir neçə həftə sonra kiçik bacı-
sı Əzət Daşkənddən gəlib çıxdı. Uzun illərin ayrılığını göz
yaşlarıyla ovudandan, bəxtsiz Mir Abdullanı yada salıb
kədərlənəndən sonra Əzət əl-ayağa düşdü:
“Yaşın keçir, nəyi gözləyirsən? Evin var, işin var, halal süd
əmmiş bir Allah bəndəsini də tapaq, ailə yiyəsi ol!”
366
“Ay Əzət, – Yusif Vəzir gülümsündü, – mənim yaşım ke-
çib, Qönçənin oğlu Nuşirəvanı böyüdüb ərsəyə çatdırsam,
bəsimdi”.
“Nuşirəvan böyüyəcək, sən onun dərdini çəkmə, – Əzət
ərklə dilləndi. – Ağlını başına yığ”.
Bu söhbətin elə burdaca bitəcəyini gözləyirdi, amma sən
demə, bacısının nə qədər inadkar olduğundan xəbəri yox-
muş. Bir neçə həftə də keçdi, bir gün dərsdən qayıdanda Əzət
onun başının üstünü kəsdirdi:
“Tapmışam, axır ki, axtardığımı tapmışam”.
“Kimi tapmısan, ay Əzət, de, biz də bilək...” – Zarafatla
dilləndi.
“Sabah görərsən, – bacısının əl-ayağı sevindiyindən yerə
dəymirdi. – Sabah evə vaxtında gəl, qonaqlarımız olacaq”.
Yarımaraq-yarıistəklə qeyri-müəyyən cavab verdi. Bacısı
da bunu razılığa yozub sevinə-sevinə işinin dalınca getdi.
Aradan keçən müddətdə bacısının sözləri bir-iki dəfə yadı-
na düşsə də özündə həyəcan-filan duymadı: kimin gələcəyini
bilmirdi, ortada bir söz verib-söz alma yox idi, hər şeyin bu
gün həll olunacağını da fikirləşmirdi; nə olar, gələni görər,
sonra bacısına bir söz tapıb deyər, vəssalam.
Amma evə girib mətbəx masasının arxasında oturmuş qo-
naqları, daha doğrusu, iri, qara gözlü, saçını ortadan tağ ayı-
rıb boynunun ardında toplamış, dodaqlarında utancaq
təbəssüm olan qızı görəndə, elə bil, iqtidarını əlindən aldılar.
Ana-balaya “xoşgəldiniz” eləyib paltosunu soyundu, şlyapa-
sını götürdü, bacısı cəld onları alıb asılqana keçirdi, arxasınca
yataq otağına keçdi:
“Gördün? Su sonası kimi qızdı”.
“Nə deyim, ay Əzət?” – Gülümsədi. – Pisdi demədim ki?”
“Onda o yan-bu yan eləmə. Məsələni açmışam. Geri
çəkilsən, bu işıqlı dünyada üzünə baxmaram”.
“Bəlkə, bir az götür-qoy eləyək?” – Çətinə düşmüş kimi
saçını sığallaya-sığallaya dilləndi.
367
“Götür-qoy eləməyə vaxt yoxdu, bir də gördün, sabah
böyürdən başqası çıxdı, – Əzət geri çəkilmədi. – Olacaq,
vəssalam”.
Sonra cavab gözləmədən qonaqlarının yanına qayıtdı.
Pəncərənin qabağında dayanıb küçəyə baxa-baxa fikrini
toplamağa çalışdı: bəlkə, doğurdan da, hər şey belə qəfildən
olmalıdı? İllərlə bu anı gözləməmişdimi? Ortada təmtəraq-
filan olmasa da, bacısının seçdiyi, ailəsinə, az-çox xasiyyətinə
bələd olduğu bir Allah bəndəsi var, Allahın məsləhətilə tale
yoldaşı olacaqdı. Belə bir vaxtda bəxtinə çıxandan imtina
eləməyə dəyərdimi?
Az sonra Əzət qapını açıb onu çağırdı:
“Mir Yusif, bir bura gəl görüm!”
Getdi, bacısı barmağındakı nişan üzüyünü çıxarıb qızın
barmağına taxdı:
“Bu gündən Bilqeyislə nişanlısınız. Allah sizi xoşbəxt
eləsin, nəvəli-nəticəli olasınız!”
Tutulub qaldı, ancaq gülümsəyə bildi. Bilqeyis də həya-
sından pörtmüşdü, başını yerdən qaldırmırdı. Əzət, sonra
Qönçə, ardınca Kiçikxanım nişanlıları təbrik elədilər. Üçünün
də sevincdən gözləri dolmuşdu...
“Bu da bir qismətmiş, evinizə gəlib, dədə-baba qaydasına
da əməl elərik...” – Əzət az qalırdı sevindiyindən oynasın...
***
...Sonrasını bacısı axşam yerli-yataqlı danışdı: bir neçə dəfə
paralel küçədə yaşayan qohumları Camal bəy Vəzirovun
evinə gedibmiş; onun arvadı Əziz xanım da qohum düşürdü,
münasibətləri çox yaxın idi. Axırıncı dəfə gedəndə Kiçikxa-
nımla qızını Əziz xanımgildə görüb maraqlanır, məlum olur
ki, Kiçikxanımgil də qarabağlıdılar, vaxtilə Tiflisə köçüblər;
Kiçikxanım orda Əsəd bəy Acalova ərə gedib, oğulları Vəlibəy
və Fərhad, qızı Bilqeyis dünyaya gəlib. Ailə başçısını itirəndən
bir müddət sonra – altı il əvvəl Vəlibəyi hərbçi kimi Bakıya
368
dəvət eləyiblər, o da anası və bacısını özüylə gətirib; əvvəl elə
bu küçədəki üç saylı binada, ardınca Karaulnı döngəsindəki
altmış saylı binada mənzil kirayələyiblər; sonra daimi yaşayış
yeri axtarışı onları aparıb Camal bəyin evinə çıxarıb; Camal
bəyin və Əziz xanımın ailədən xoşu gəlib, mənzillərinin bö-
yük otağını arakəsməylə kəsdirib ana-balaya sığınacaq
veriblər; Bilqeyis məktəb bitirib, üstəlik, gürcü dilini də yaxşı
bilir.
Hər şey elə başlandığı sürətlə də davam elədi: adətə əməl
eləyib Kiçikxanımgilin evlərinə də getdilər, şirin çay da
içdilər, cəmi iki həftə sonra balaca məclis qurub nikah da
kəsdirdilər. Məclisdə Abdulla Şaiqlə Şahzadə xanım, Əziz xa-
nım, Nurməmməd Şahsuvarov, Aslan, Mustafa, bir-iki
müəllim yoldaşı yığışdı.
Sonra bacısıgil yığışıb getdilər, Yusif Vəzirdən ötrü yeni,
hələ alışmadığı həyat başladı...
Həqiqətən, bir söz insanın qərarını, bir hiss həyatını, bir insan-
Dostları ilə paylaş: |