Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə93/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   89   90   91   92   93   94   95   96   ...   175
heç bir bənzəyişi yoxdur. Muğam oxumağı heyvanların səsi ilə necə 

müqayisə eləmək olar?’’ 

 Üstəlik, Bakı Dövlət Darülfünunun “Müsavat partiyasının 

qalığı” kimi bağlanması barədə göstəriş verilmişdi. Adamlar 

susurdular,  narazılıqlarını  dalda-bucaqda  dilə  gətirirdilər. 

Darülfünun bağlanmasıyla Yusif Vəzir işini itirdi, Tibb İnsti-

tutuna keçmək məcburiyyətində qaldı.

  Dərslər  başlayanda  onu  xalq  maarif  komissarı  və 

“Azərnəşr”in  direktoru  Ruhulla  Axundov  çağırdı.  Ruhulla-

nın başına gələni eşitmişdi: yayda Moskva-Xarkov qatarının 

restoranında  pərdəni  çəkmək  barədə  əmrini  yerinə 

yetirmədiyinə görə bir sərnişini döymüş, akt tərtib olunanda 

Mərkəzi  İcraiyyə  Komitəsinin  üzvü  vəsiqəsini  göstərmişdi. 

Bu əhvalat da dərhal ölkəyə yayılmış, Vladimir Mayakovski 

onu “Günəş kralı” ləqəbli Fransa kralı XV Lüdovikin məşuqəsi 

olan, “Məndən sonra qoy lap Nuh tufanı olsun” deyən marki-

za dö Pompadura oxşadıb “Pompadur” adlı şeir yazmışdı; o 

şeir, az qala, Ruhullanın karyerasının üstündən xətt çəkəcəkdi. 

Amma onu yalnız MİK üzvlüyündən çıxarmışdılar. Bəlkə, elə 

bu səbəbdən görüşləri bir qədər naqolay oldu, ancaq iş barədə 

danışdılar.




371

  “Planımızda  ikicildlik  rusca-türkcə  lüğət  var,  –  Ruhulla 

daha  çox  masasının  üstündəki  kağızlara  baxa-baxa  dedi.  – 

Heyətə sizi də daxil eləmişik. Yoldaşlarla əlaqə saxlayın. Çox 

məsuliyyətli işdi, gərək qısa müddətdə və yüksək səviyyədə 

yerinə yetirək”.

 “Öhdəmə düşəni eləyərəm, – dedi, narahat olmayın”.

 Lüğətin tərtibçilərindən birinin də Mustafa Vəkilov oldu-

ğunu öyrənəndə sevindi: hər halda, işlə əlaqədar da olsa, tez-

tez görüşəcəkdilər...

 ...O ilin oktyabrında oğlu dünyaya gəldi. Sevincini dostla-

rıyla bölüşdü, körpəsinin adını Orxan qoydu. Orxanın qığıl-

danmasına,  iməkləməsinə,  dil  açıb  yeriməsinə  fərəhlənə-

fərəhlənə ayların necə ötüb-keçdiyini hiss eləmədi...

 O ilin yadda qalan sevinclərindən biri də Fariz Vəkilovun 

gözaydınlığı vermək üçün Mustafanın bələdçiliyilə qapısını 

açması oldu. Dil-ağız elədi ki, Parisdən bir neçə aydı qayıdıb, 

göndərildiyi zavodda işlərini yoluna qoymaq xeyli vaxtını al-

dığından görüşə bir az gec gəlib. Ötən günləri, Mirini xatırla-

dılar,  həyatın  gözlənilməzliklərinə,  Vətəndə  olmağın 

xoşbəxtliyinə duyğulandılar... 

 İlin axırında səksəkəsi özünü bir də büruzə verdi: Pedaqo-

ji  Texnikum  da  bağlanmış,  orda  tuthatut  başlanmışdı. 

Deyilənə  görə,  texnikumun  bir  qrup  tələbəsi  yığışıb  “Gənc 

Azər” adlı təşkilat yaradıblarmış, antisovet fəaliyyətlə məşğul 

olurlarmış. Sonra Mirzoyanın təzyiqi nəticəsində respublika-

dan qaçan Mir Cəfər Bağırovdan sonra daha “etibarlı” əllərə 

keçmiş  Dövlət  Siyasi  İdarəsində  başlanan  969  saylı  cinayət 

işilə dekabrdan sonrakı ilin aprelinəcən Xalq Maarif Komis-

sarlığının strukturlarında çalışan 54 müəllim həbs olundu...

  Yusif  Vəzir  artıq  pedaqoji  işdən  çəkinməyə  başlamışdı, 

amma gedəcək yeri yox idi...

  1929-cu  ilin  yanvarında  Aslan  Mirzə  Muxtarın  ölüm 

xəbərini  gətirdi.  Səksən  səkkiz  il  ömür  sürmüşdü,  səhnəyə 

görə teatrdan əl çəkmişdi, saysız-hesabsız rollar oynamışdı. 



372

Hər dəfə “Leyli və Məcnun” tamaşası oynananda Üzeyir bəy 

arvadı Mələk xanımla teatra gələr, Mirzə Muxtarın ifasında 

Məcnunun  atasının  ariyasına  qulaq  asandan  sonra  çıxıb 

gedərmiş. Axır  vaxtlar  daha  çox  muğamla,  musiqi  nəzəriy-

yəsilə məşğul olurmuş.

  Yay  girəndə yaxın  qohumu Ağalar  Əliverdibəyov Kislo-

vodska dincəlməyə getməyi təklif elədi. Deyəsən, bu qadın-

larn – Bilqeyis xanımla Məhbubə xanımın da ürəyindən idi. 

İyulun əvvəllərində yığışıb yola düşdülər. Dunyanı da apar-

mışdılar ki, hələ bir yaşı tamam olmamış Orxana baxsın. Ağa-

ların  uşaqları  Nazimlə  Nüşabə  körpədən  əl  çəkmək 

istəmirdilər. Yusif Vəzir ömrünün ilk ailəvi istirahətini son-

suz xoşbəxtlik içində keçirdi.

 O ilin payızında daha bir oğlunun dünyaya gəlməsi həyatla 

bağlı  səksəkəsini  bir  qədər  ovutdu.  Körpənin  adını  Fikrət 

qoydu...

 “Cənnətin qəbzi”  “Arvadlarımızın halı” kitablarını Azər-

nəşr çap elədi, bu mənəvi təskinlik tapmaqla yanaşı maddi 

vəziyyətinə də bir qədər təsir elədi...

 Həmin il dekabrın son günlərindəsə Şuşadan Kərim bəy 

Mehmandarovun  ölüm  xəbəri  gəldi.  Görünür,  oğlu  Ədil 

bəyin başına gələnlər onu bərk sarsıdıbmış. Həmişə qayğı və 

xeyirxahlıq gördüyü insanın yasına gedə bilməməyin ağrısını 

yaşaya-yaşaya dərdini içində çəkməli oldu... 

  O  illərdə  ən  çox  arzuladığı  Bilqeyisə  pianino  almaq  idi: 

onun  bu  qabiliyyətindən  bir  gün  təsadüfən Abdulla  Şaiqin 

evində  xəbər  tutmuşdu.  Bilqeyis  bir  neçə  not  çalmış,  sonra 

hamının xahişilə pianinonun arxasında oturmalı olmuşdu. 

 Onda elə bilirdi ki, hər şey arxada qalıb, əlindən yanıqlı 

olduğu həyat onun da üzünə gülməyə başlayıb...




373


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin