Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə90/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   86   87   88   89   90   91   92   93   ...   175
miş  səhifələr”,  “Məlikməmməd”;  hətta,  “Keçmiş  səhifələr”i 

dərhal ikinci dəfə nəşr elədilər: quruluşun belə kitablara bö-

yük ehtiyacı vardı. Üzərinə “Yusif Vəzir Cəmənzəminli” yazıl-

mış kitabları əlinə götürəndə artıq hər şeyin arxada qaldığına 

hələ də inana bilmirdi: təbii ki, yazmalı, işləməlidi, artıq qırx 

yaşı  var,  həyatın  hər  üzünü  görüb,  yazmağa  kifayət  qədər 

həvəsi və mövzusu var.

  Qonorarlarından  yığdığı  puldan  İbad  Əliyevin  borcunu 

ailəsinə çatdırıb bir qədər dinclik tapdı. İbad çətin vaxtda da-

dına çatmışdı, ona duyduğu minnətdarlığı yaddaşında uzun 

müddət saxlayacaqdı.



363

 Dekabrın ortalarında Nəcəf bəy Vəzirovun ölüm xəbərini 

aldı:  Şamaxıda,  Çuxuryurdda  rəhmətə  getmişdi,  cənazəsini 

Bakıya gətirmişdilər. Abdulla Şaiqlə yas mərasiminə gedəndə 

arada  macal  tapıb  ona  baş  çəkə  bilmədiyinə  təəssüfləndi. 

Düzdü,  Nəcəf  bəyin  yeni  quruluş  dövründə  yazdıqlarını  o 

qədər  də  bəyənməmişdi,  amma  şübhəsiz,  onu  Əbdürrəhim 

bəy,  Mirzə  Cəlil,  Süleyman  Sani,  Seyid  Hüseyn  kimi  öz 

müəllimi hesab eləyirdi. 

 ...İnsan sevilmək üçün hər gün hamıyla yaxşı münasibətdə olma-



ğa çalışır, nifrəti qazanmaq üçünsə heç bir zəhmət çəkməyə ehtiyac 

duyulmur. Təəssüf ki, həyatındakı dinclik də uzun sürmədi: 

günlərin birində dəqiq səbəb-filan söyləmədən nəşriyyatdakı 

işindən çıxardılar. Bildiyinə görə, Bəkir Çobanzadə və Hənəfi 

Zeynallı rəhbərliyə keçmiş müsavatçının, xeyli müddət kapi-

talist  ölkəsində  yaşamış  adamın  belə  bir  yerdə  işləməsini 

məsləhət  görməmişdilər.  İkisini  də  tanıyırdı,  amma  yaxın 

ünsiyyətdə  olmamışdı,  şəxsi-qərəzlikləri  yox  idi.  Vətənə  də 

öz  istəyilə  qayıtmışdı,  ondan  Şura  quruluşuna  hansı  ziyan 

dəyə bilərdi?

 Abdulla Şaiq təmkinli olmağı məsləhət gördü:

  “Səbirli  ol,  hökumətə  ərizə  ver,  yəqin,  səni  işsiz  qoy-

mazlar”.


 Hökumətə ərizə yazıb göndərdi, intizar və səksəkə içində 

cavab  gözləməyə  başladı:  indi  təkcə  özünü  düşünmürdü, 

himayəsində bacısı, bacısı oğlu vardı, onların da güzəranını 

təmin eləməliydi.

 Dövlət Plan Komitəsinin ictimai-mədəni şöbəsində iş təklif 

elədilər. İxtisasından, maraq dairəsindən çox uzaq olsa da, ca-

nını dişinə tutub getdi. Amma orda cəmi bir neçə ay duruş 

gətirə bildi: qırx yaşından sonra nələrisə öyrənmək məşəqqətə 

çevrilmişdi. Cansıxıcı işinə bir qədər rəng qatmaq üçün uni-

versitetin aspiranturasına daxil oldu, fikri xalq ədəbiyyatını 

tədqiq eləmək idi; amma işdən çıxmağa tələsmişdi – aspiran-

turada da Hənəfi Zeynallı və Bəkir Çobanzadəyə rast gələ-

cəyini heç düşünməmişdi. 



364

 Yenə işsiz qaldı...

 “Azərbaycanı Tədqiq və Tətəbbə Cəmiyyəti”nə üz tutdu: 

Azərbaycanla  bağlı  iki  kitabı  nəşr  olunmuşdu,  az-çox 

təcrübəsi, məlumatı vardı, faydalı ola bilərdi. Orda da rastına 

Hənəfi  Zeynallı  çıxdı.  Artıq  Hənəfinin  İstanbula  gələndən 

bolşeviklər  partiyasının  üzvü  olduğunu,  Bakıya  da  partiya 

tapşırığıyla qayıtdığını bilirdi – özü bunu fəxrlə hər yerdə da-

nışırdı. Qayıdandan sonra universitetin tibb fakültəsinə daxil 

olsa da, ekstern yoluyla şərqşünaslıq ixtisası üzrə bitirmişdi, 

ədəbiyyatşünaslıqla, folklorla məşğul olurdu, Azərnəşrin baş 

redaktorluğundan cəmiyyətə şöbə müdiri keçmişdi. Bildi ki, 

Hənəfi  Zeynallı  olan  yerdə  işləyə  bilməz.  Ona  görə  də 

məsələni heç açıb-ağartmadan geri döndü.

 Ruhulla Axundova məktub yazdı, vəziyyətini təsvir elədi, 

kömək  istədi:  hər  halda  partiyada  ikinci  adam  idi,  daha 

Qəzənfər Musabəyova ağız açmağa üzü gəlmirdi. Aylar keç-

di, Ruhulladan bir xəbər çıxmadı.

 Yaxşı ki, yazmaq istəyi, kağıza köçürməyə mövzuları var-

dı. Müttəfiqlərin əlində olan Konstantinopolda şahidi olduğu 

hadisələrdən  hekayə  yazdı.  Klişidəki  tanışı  Mənsur  İbn 

Məhəmməd haqqında hekayə yazdı; Parisdə işsiz və pulsuz 

günlərində yazılarını qələm haqqının beşdə bir dəyərinə sat-

masından hekayə yazdı – “Zeybək qızı”, “Sidi”, “Bir qaçqının 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin