qanqsterə oxşatma”, “oxunaqlı və etibarsız”, “maraqlı, lakin əhə-
miyyətsiz”, “sadəcə, uydurma”, “sensassiyalı fiksiya”... Bir buna
bax, Stalinin 1919-cu ildə təntənəli şəkildə Bakıya varid oldu-
ğunu yazıb, Əhməd bəy Ağaoğlunu və Nəsib bəy Yusifbəylini
Müsavatın rəhbərləri kimi təqdim eləyib, Məmməd Əmin
Rəsulzadəni heç xatırlatmayıb...
“Özünün orijinal materialını təqdim eləyə bilməyən Əsəd bəy
məlum faktlardan ustalıqla yararlanır, – Cozef Şaplin “Nyu-York
Tayms”da yazırdı. – Bu töhfənin orijinallığı ondan ibarətdi ki, o
gürcü kimi Stalinin düşüncəsinə və xarakterinə bələddi...”
“...O, həddən artıq qabiliyyətli nağılbaz olmaqla yanaşı həddən
artıq da etibarsız mənbə və yazıçıdı; o bir şeyi təsvir və təhlil eləməyə
başlayanda büsbütün cəfəngiyat danışır...” – icmalçılardan biri
qeyd eləyirdi...
Əsəd bəy bunları oxuyur, sirli təbəssümlə öz aləminə qapı-
lırdı: “tarixi və biblioqrafik faktları təxəyyülün məhsulu olan uy-
392
durma əhvalatlarla birləşdirmək” – bəyəm, oxucu da elə bunu
istəmir? Tarix yazmaq üçün tarixçilər var, qoy əsl həqiqəti on-
lar yazsınlar!
Günlərin birindəsə Qriqol Robakidzenin Berlinə gəldiyini
eşidib ondan müsahibə almaq fikrinə düşdü. Ehtiyac olanda
əl atdığı fəndi işə salıb özünü həm Tiflisdə doğulmuş, Bakıda
yaşamış jurnalıst, həm də ədəbiyyat üzrə doktor kimi təqdim
elədi. Həmsöhbəti onu yaxşı qarşıladı, görünür, hələ “Şərqdə
neft və qan” kitabıyla tanış deyildi, ondan nələr “əxz elədiyini”
bilmirdi; Əsəd bəyin “İlan dərisi” romanını oxumasından,
haqqında vəcdlə danışmasından məmnun oldu, hətta, sualla-
rının tərtibinə, cavabların dolğun çıxmasına da yardım
göstərdi. Söhbət vaxtı öyrəndi ki, Robakidze də Stalin barədə
kitab yazmaq fikrindədi. Əsəd bəy ona Kobayla bağlı kitabını
artıq bitirdiyini bildirmədi, bunun düşəri-düşməzi olardı.
Elə o vaxt da jurnalda öz həyatı barədə yazmaq, bəzi
məsləhət bildiyi məsələləri açmaq qərarına gəldi. “Doğulmaq?
– O “Avtobioqrafiya: Həyatımın hekayəsi” adlandırdığı qeyd-
lərində özünəxas əyləncəli, yarıkinayəli tərzdə yazırdı. – Elə
burdaca mənim mənşəyimlə bağlı problemlər başlayır. Adamların
çoxu doğulduqları evi, ya da ən azı məkanı tanıyırlar. Qocalandasa
həmin yerə, bəzənsə, həmin evə gedib xatirələrini yada salırlar. La-
kin mən öz xatirələrimi yada salmaq üçün ekspress qatarının vaqo-
nuna səyahət eləməliyəm...”
Qəsdən doğulduğu yeri əsl milliyyəti kimi heç vaxt dəqiq
yazmır, ya söyləmirdi; ətrafındakılar şəxsi həyatın barədə nə qədər
az bilərlərsə, bir o qədər çox uğur qazanarsan – bu onun həyatının
qızıl qanunuydu...
***
...Əsəd bəy Stalindən “qisasını alandan” az sonra taledən də
intiqam almaq fikrinə düşdü.
Günlərin birində redaksiyada oğlansayağı geyinmiş, qısa
qara saçlı, zərif, gülümsər sifətli bir qız gördü. Elə o gün də
393
tanış oldular: Erika Lyövendalın cəmi-cümlətanı iyirmi yaşı
vardı, katibə kimi işə başlamışdı, özüsə... ayaqqabı maqnatı
Valter Lyövendalın varisiydi, işə sürücüsü olan şəxsi maşınıy-
la gəlib-gedir, üstəlik, şeir də yazırdı.
Erikanın maddi ehtiyacı yoxdu, redaksiyada yalnız ədəbi
aləmdə görünmək üçün işləyir, həm də yazıçılarla tanışlıq ya-
radıb, ünsiyyətdə olmağı çox sevir; özü də nə az, nə çox on üç
yaşından yazıçıya ərə getmək xəyalıyla yaşayıb, on dörd ya-
şından da məktəbdə oxumağın daşını atıb, atasının istəyilə
evdə xüsusi təhsil görüb, sonra da öz arzusunu gerçək-
ləşdirmək üçün müxtəlif yollara baş vurub: məşhur yazıçılar-
la tanış olub, onların qəlbinə girməyə can atıb; Ştefan Loran-
tın katibəsi olmağa cəhd göstərib, amma baş tutmayıb. Peter
Flammla “ünsiyyət qurmağa” çalışıb, nəticəsiz qalıb; sonra
gənc və məşhur, həm də yaraşıqlı Əsəd bəylə maraqlanıb,
onun şərqli görkəmi, şərqli sehri qəlbinə dərhal yol tapıb. Re-
daksiyada da elə buna görə işə girib.
İlk baxışdan gülümsər qara gözlərinə aşiq olduğu Erikanın
açıq danışığı, məqsədini birbaşa deməsi Əsəd bəyin xoşuna
gəldi: nə olar, Erika haqlıdı, oğlanın cəmi iyirmi altı yaşı var,
məşhurdu, yaraşıqlıdı, geyim-kecimilə hamıdan fərqlənir,
özü də gözəlliyin nə olduğunu dərk eləyir; xüsusilə, son dörd
ildə qadınları yetərincə tanıyıb: “Melomania” kafesində tanış
olduğu qızları kinoya, başqa xudmani yerlərə aparıb, ya da
qəhvə içmək adıyla evlərinə gedib, hər dəfə də intim yaxın-
lıqdan sonra özündə heç bir duyğu tərpənişi hiss eləməyib,
əksinə, mənasızlıq bataqlığına batmış kimi, yuyunub-
təmizlənməyə çalışıb. Amma Erika tamam ayrı tipdi: açıq-aş-
kar onun xoşuna gəlməyə, ərə getməyə çalışır, məqsədini də
gizlətmir.
Əsəd bəy tezliklə onu da öyrəndi ki, lyövendallar Leyp-
siqdən Berlinə, az qala, iyirmi il əvvəl köçmüş yəhudi ailəsidi.
Əvvəllər bir elə imkanları olmayıb, Valterin Lyövendalın əli
sonra gətirib, topdansatış ayaqqabı ticarətilə məşğul olub,
394
üstəlik, Praqadakı “Bat’a” ayaqqabı fabrikindəki şərikinin
köməyilə Çexiya hökumətinin Berlindəki konsulu kimi fəxri
vəzifəni yerinə yetirir; Erikanın anası Truda gözəl geyimləri
çox xoşlayır, on iki yaşlı qardaşı kiçik Valtersə, əylənməyə
meyillidi, gələcəkdə ondan nə çıxacaq, bunu təkcə Allah bilir.
“Şərq şahzadəsi”, şübhəsiz, Erikanın cazibəsi, zərif sevgi
oyunları qarşısında tab gətirə bilmədi: qız oğlansayağı kost-
yum geyinəndə də, dar və gödək tuman, dekolte köynək
geyinəndə də cəlbediciydi, masanın altından görünən nazik
ipək corablı, düz, qəşəng ayaqları, incə qırmızı dodaqları,
gözəl boynu onun qanını qaynadırdı. Erika həm də savadlıy-
dı, onunla hər mövzuda söhbət eləmək olurdu.
Dostları ilə paylaş: |