Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə97/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   93   94   95   96   97   98   99   100   ...   175
rafik təsvir”, “təhlükəli mənbə” kimi kəskin ifadələr yaraşdırdı-

lar. Hətta, İbrahim bəy Çulik “Prometey” dərgisində müəllifi 



“yalançı və ədəbi sehrbaz”, “gənc Əsəd bəyin adı arxasında gizlənib 

Azərbaycan xalqına ləkə atmaqla onu Avropanın nəzərində alçalt-

mağa çalışan adam” adlandırdı. 

 Əlbəttə, ağır ittihamdı, amma Əsəd bəy tarixi kitab yazma-

yıb, təxəyyülünün gücüylə oxucularda Qafqaza qarşı maraq 

oyatmağa çalışıb. Nə olsun ki, görmədiyi Kislovodski tropik 

ölkəyə  oxşadıb,  yaxud  ora  yəhudilərin  girməsinin  qadağan 

edildiyi barədə “maraqlı nağıl” uydurub, qarətçilər, əlçatmaz 

xəzinələr, döş-döşə gələn şairlər, ətir ustaları, qan düşmən-



389

likləri, qəhrəmanlar, yəhudilər, loğmanlar, xarabalıqlar, Lev 

Tolstoy  və  Stalin  barədə  kafelərdə,  qəhvəxanalarda  nostalji 

hissilə  yaşayan  mühacirlərdən  eşitdiklərini  bərbəzəkli  dillə 

nağıl  eləyib,  əvəzində  bütün  bu  “riqqət  doğuran  cəfəngiyat”ı 

oxucuya sevdirə bilib!..

  Mövzusu  yenə  də  Qafqaz  idi,  bu  məkan  onun  təxəyyül 

gücüylə sehrli, əlçatmaz, hissləri təlatümə gətirən aləmə çev-

rilirdi.

 Vernerin və Ştutqartdakı naşirlərin peşəkar işindən sonra 

da mətbuat “Qafqaz (dağları, xalqları və tarixi)” adlandırdığı ki-

tabın  üstünə  atıldı:  “möcüzələr  diyarı”,  “qədim  tarixin  izlərini 



saxlayan  məkan”,  “adət-ənənələri  yaşadan  xalqlar”  hamı  üçün 

maraqlıdı;  burda,  məsələn,  indiyədək  heç  kəsin  tanımadığı 



“yesai  xalqı”ndan,  “xristian  adını  tanımayan  xristianlar”dan  – 

xevsurlardan  söhbət  açmaq,  onların  qadınlarını  amazonlar 

kimi qələmə vermək, dağlıların igidliyini öymək olar. “Bütün 

Hindistanı və yüzlərlə şahlıqları özünə tabe edən fars – Nadir şah 

daha  sonra  Dağıstana  yürüş  edir.  O  orda  kişilər  tərəfindən  geri 

oturdulmur, yox, əksinə, yalnız qadınlar onlara qarşı çıxırlar”. Belə 

daha cəlbedicidi, oxucunun diqqətini çəkəcək, mübahisələrə 

səbəb olacaq. 

  Kitabın  üz  qabığındakı  xəritədə  bütöv  Qafqaz  əvəzinə 

Ermənistanın qabardılması, mətninin Ermənistanla başlama-

sı, Azərbaycandan söhbət açılanda əsasən Dağlıq Qarabağın, 

erməni  aşıqları,  erməni  atları,  erməni  qəhrəmanların  təsvir 

olunması, Napoleonun generalı İoakim Müratın elə Qarabağ 

ermənisi Ovakim Muradyan olması barədə yazdıqları, əlbəttə, 

diqqəti çəkməyə bilməz... 

 Səhv eləməmişdi, opponentlərinə də elə bu lazım idi...

  Berta  Döner  “Analar  və  amazonlar”  əsərində  yazacaqdı: 

Əsəd Bəyin yenicə nəşr olunmuş səyahət əsərində Qara dəniz ilə 

Xəzər dənizi arasında yerləşən Qafqazın əsas torpaqları sayılan “Od-

lar Yurdu”nda iki yenicə kəşf edilmiş tayfadan danışılır. Əsəd bəyin 

fikrincə, orada indiyə qədər, demək olar ki, tamamilə naməlum olan 



390

“Gənc  qızlar”  (“Jungfrauen”)  və  mavi  gözlü  osetinlər  tayfaları 

təəccüb ediləcək qədər Amazonların adət-ənənələri ilə qohumdurlar”. 

 Tarixçilər və etnoqraflar işə qarışanacan Əsəd bəy başqa 

bir əsərini ortaya qoyacaq...

 ...Şərqə həsr elədiyi kitabları təkcə ittihamlara səbəb olma-

dı,  taleyində  də  dönüş  yaratdı.  Daha  “İslamiyyə”nin  yığın-

caqlarına gedə bilməzdi, onu Şərqin və müsəlman aləminin 

bədxahı  sayırdılar. Amma  belə  şeylərə  daha  dözümlü  olan 

“Şərq  birliyi”  vardı,  orda  Əsəd  bəyin  yazdıqlarını  ən  azı 

mühakimə eləmirdilər. “Şərq birliyi”ndə Rolf fon Ehrenfels 

vardı; qəribəsi bu idi ki, o da dörd il əvvəl İslam dinini qəbul 

eləyib, ikinci xəlifə Həzrəti Ömərin adını götürmüşdü. 

  Ömər-Rolfla  dərhal  dostlaşdılar,  yeni  tanışı  ona  Merinq 

qədər yaxın oldu. Söhbətlərinin böyük hissəsi Şərq barədəydi, 

ikisi  də  bir  vaxtlar  Konstantinopolda  yaşamış,  Qafqaza  və 

Orta Asiyaya səyahət eləmiş Rəşid Əfəndini – Vanberi kimi 

tanınan German Vambergeri sevirdilər. Leo hələ Bakıda olan-

da onun səyahətnaməsini oxumuşdu, indi də öz kitablarında 

oxuduqlarından yararlanırdı.

 “Əsəd bəy, – az sonra Verner Şendel kitabların nəşrindən 

və satışının gedişindən məmnun halda yenə başının üstünü 

kəsdirdi. – Mən öz xəttimlə xəbər tutdum ki, İosif İremaşvili 

adlı bir mühacir Stalin haqqında xatirələrini nəşrə hazırlayır. 

Deyilənə görə, Stalinlə eyni şəhərdə doğulub, eyni seminari-

yada  oxuyublar,  sonra  yolları  ayrılıb,  dostu  onu  ölkədən 

çıxarıb”.

 Stalin barədə tərəddüdsüz yazmaq itəyir. Anasının intiha-

rında Krasin qədər onun da günahı var, uzaqdan-uzağa da 

olsa, qisas almaq vaxtı çatıb!

  “Nə  olar,  maraqlı  fikirdi,  –  Əsəd  bəy  dərhal  razılaşdı.  – 

Amma bu çox vaxt aparacaq, material toplamaq lazımdı”.

 “Həmişəki kimi, kömək eləyəcəyəm, qısa müddətdə üzə 

çıxarmaq  lazımdı,  Kippenhauerlə  danışmışam,  İremaşvilini 

irəli buraxmaq olmaz”.




391

  Həftəlik  üçün  məqalə  yazmaq,  Stalin  barədə  yazılanları 

oxumaq,  Bakıda  eşitdiklərini-bildiklərini  yada  salmaq,  Ver-

ner Şendelin hardansa ələ keçirdiyi qeydləri yerbəyer eləmək 

lazım idi. Abram Nussimbaum və frau Şulte qəzet-jurnalda 

Leo  barədə  yazılanlardan  narahat  halda  pıçıldaşır,  onunla 

mübahisəyə girişməyəsə ehtiyat eləyirdilər: bu qalmaqalların 

içində Leonun əli pul görürdü, güzəranları yaxşılaşmışdı, Ab-

ram da daha yaxşı geyinir, kefi istəyəndə mühacir tanışlarını 

qonaq eləyə bilirdi.

 “Əsəd bəy, – Villi Haas hərdən onu yorğun halda görüb 

deyirdi, – xəstə-zad deyilsən ki? Çox üzgün görünürsən”.

 “Yox, – Əsəd bəy sirli-sirli gülümsünürdü. – Sadəcə, çox 

işləyirəm...”

  Heç  üç  ay  çəkmədi  ki,  “Stalin.  Fanatikin  karyerası”nın 

əlyazması hazır idi...

 Naşirin müəllifi gürcü kimi qələmə verdiyi kitab bir neçə 

aydan sonra işıq üzü gördü...

 Yenə vəcd və ittiham dolu yazılar qəzet-jurnalları başına 

götürdü.  “Şairanə  uydurma”,  “əfsanələr  aləmi”,  “Çikaqolu 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin