Neriman Qurban indd


XXIII FƏSİL TALEYİN QƏFİL TÖHFƏSİ  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə87/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   83   84   85   86   87   88   89   90   ...   175
XXIII FƏSİL

TALEYİN QƏFİL TÖHFƏSİ



 Yusif Vəzir

 Bakı, Kislovodsk, Bakı

 Aprel 1926-cı-oktyabr 1929-cu illər

 

 ...Sonra hər şey yuxularındakı kimi baş verdi...



 İllərin intizarından yorulmuş ruhu Vətən havasını duyan-

da, elə bil, dirçəldi, canlandı, özünə gəldi...

 Qatar Yalamanı keçəndən sonra, az qala, gözlərini qırpma-

dan pəncərədən bayıra baxır, aradabir tambura çıxıb acı papi-

ros tüstüsüylə həyəcanını ovutmağa çalışırdı, kupe yoldaşla-

rıyla söhbəti tez-tez çürük sap kimi qırılırdı.

 Qatardan düşəndə diz çökdü, əyilib göz yaşları içində tor-

pağı  öpdü.  Adamlar  dayanıb  avropasayağı  geyinmiş,  qırx 

yaşlarındakı  kişinin  göz  yaşları  axıtdığına  baxırdılar.  O  isə 

kimsəyə fikir vermədən xeyli çamadanının üstündəcə oturub 

toxtadı,  sonra  həsrətlə  ətrafa  boylana-boylana  çıxışa  doğru 

getdi. Sonralar bu duyğusunu belə ifadə eləyəcəkdi: “Mənim 



üçün Vətən dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir 

liman kimidi...” 


355

 Gələcəyini kimsəyə xəbər verməmişdi ki, narahat olmasın-

lar; Bakıda bir yuvası, ev-eşiyi yox idi – yeddi il əvvəl Odessa-

dan  gəlib  səfir  kimi  Konstantinopola  yola  düşəndə,  heç 

mənzil-filan  barədə  də  fikirləşə  bilməmişdi.  İndi  sənəd, 

mənzil,  iş  məsələlərini  yoluna  qoyanacan  mehmanxanada 

qalmaq olardı. İyirmi il əvvəl Şuşadan çıxandan bəri həyatı 

mehmanxanalarda, kirayə, mənzillərdə, baraklarda keçmişdi, 

bir qədər də dözər.

 Əlbəttə, “nicat sahilin”də getməli yerlər vardı, amma “ka-

pitalist ölkəsindən gəlmiş adam”a görə kiminsə narahat ol-

masını istəmirdi: qoy hər şey yoluna düşsün, qohum-qardaş, 

dost-tanış onun qayıtdığını, hər şeyi geridə qoyduğunu qəbul 

eləsinlər, hamı kimi olduğuna alışsınlar, bundan ötrü zamana 

ehtiyacı var.

 Aprelin  üçüncü  günü  olsa  da,  havada  yazın  qoxusu  hələ 

güclə duyulurdu. Qatardan düşəndə paltosunu geyin mə mişdi, 

qolunun  üstünə  aşırmış,  şlyapasını  da  əlinə  almışdı,  o  biri 

əlindəsə  köhnə,  iri  çamadanı  vardı,  qalın  qaşlarını  dartıb 

heyrətlə evlərə, küçələrə, maşınlara, adamlara, ağaclara baxırdı.

 Bütün bunlar indi ona bir qədər yad, uzaq gəlirdi, amma 

az sonra tanıyacaqdı, doğmalaşacaqdı, özünə yaxın sayacaqdı 

– bundan ötrü bir qədər vaxt lazım idi...

 ...Hər şey gözlədiyindən də tez, daha doğrusu, sürətlə baş 

verdi...

  Mehmanxanada  yerləşəndən  sonra  Bakı  Şəhər  Sovetinə 

yollanıb  qeydiyyata  düşdü.  Səhəri  gün  Qəzənfər  Musa-

bəyovun qəbuluna gedib gəldiyini xəbər vermələrini, təşək-

kürünü  çatdırmalarını  xahiş  elədi.  Görüşə  can  atmadı, 

fikirləşdi ki, vəzifə adamıdı, işi başından aşır, məsləhət bilsə, 

özü çağırtdırar: yəqin, qayıtmasına icazə verdikləri evsiz, iş-

siz, pulsuz vətəndaşın, üstəlik, keçmiş tələbə yoldaşının halı-

na yanacaq.

  Cəmi  iki  gündən  sonra  Musabəyovun  göndərdiyi  adam 

onu tapdı: yoldaş Vəzirov təcili Bakı Şəhər Sovetinə getməlidi, 

mənzillə təmin olunması barədə ora müvafiq göstəriş verilib.




356

 Elə həmin gün də Krasnaya küçəsindəki iyirmi saylı bina-

nın – keçmiş “Dadaşovların evi”nin birinci mərtəbəsində iki-

otaqlı mənzil təklif elədilər. Düzdü, bir elə kommunal rahat-

lığı yox idi, amma necə deyərlər, bəy verən atın dişinə bax-

maq olmazdı, həm də bu barədə düşünməyin heç yeri deyil-

di: axır ki, Şuşadan çıxandan sonra özünün yeri-yurdu ola-

caqdı. Üçmərtəbəli evin birinci mərtəbəsindəki iki otaqdan və 

mətbəxdən  ibarət  mənzil  indi  ondan  ötrü  saraylardan  da 

qiymətliydi.  Otaqların  küçəyə  baxan  pəncərəsi  vardı,  girişi 

mətbəxdən olsa da, bunun da eybi yoxdu; pəncərənin önündə 

yazı masası, divarboyu kitab şkafı yerləşdirəcək, yemək ma-

sası, divan alacaq, hələ ki, mənzildə əvvəlki sahibindən qal-

ma köhnə çarpayı, masa və bir neçə stul var.

 “Yusif Vəzir? Yoxsa qocalmışam, gözlərim məni aldadır?” 

– Səhəri gün açıq pəncərədən küçəyə baxanda tanış səs eşitdi.

  Hə,  Şaiq  Əfəndiydi,  küçədə  ayaq  saxlayıb  təəccüb  və 

sevgiylə ona baxırdı.

 “Ah, Şaiq Əfəndi, nə xoş təsadüf oldu, – özünü itirib əl-

ayağa düşdü. – Gəlin, gəlin, lütfən...”

 Dəhlizdə qucaqlaşdılar, kövrək “xoşgəldin”, minnətdarlıq 

sözlərindən sonra Abdulla Şaiq əlini küçənin o biri tərəfinə 

uzatdı:

  “Biz  də  bu  yaxındakı  küçədə  yaşayırıq,  evə  gedirdim.  – 

Sonra  stulların  birində  əyləşib  şlyapasını  masanın  üstünə 

qoydu. – Gələcəyini bilirdim, Üzeyir bəy demişdi, olub-kecəni 

də eşitmişəm. Başın sağ olsun, çox təəssüflənirəm”.

 “Çox sağ olun, Şaiq Əfəndi, neyləyək, qismət beləymiş”, – 

köksünü ötürdü. 

  “Kecəni  qaytarmaq  olmaz,  –  Abdulla  Şaiq,  əlbəttə  ki, 

qəzetdə çap olunan məktublarını oxumuşdu, əqidə yoldaşla-

rıyla aralarında baş verənlərdən xəbərdar idi. – Yığış gedək 

bizə, subay evində neyləyəcəksən...”

 “Şaiq Əfəndi...” – Yusif Vəzir bir bəhanə gətirib boyun qa-

çırmaq istədi.



357

 “Daha qonşuyuq, – Abdulla Şaiq ayağa qalxıb şlyapasını 

götürdü,  –  mən  də  ki,  səndən  böyüyəm,  deyəsən...  Yığış 

gedək”.


 Əlacsız qalıb onun dediyinə əməl eləməli oldu.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin