gör avropalılar necə nəzakətlidilər, – atama dedim, – onlar bizi
evimizdən, Vətənimizdən çıxardılar, burdasa bizi aparıcı dövlətlərin
nümayəndələri və elm xadimləri gözləyirlər”. “Hə, hə, – atam ca-
vab verdi, – biz hələ də Avropadan çox geridəyik.” Gəmidən ayrılıb
beynəlxalq dərəcəli böyük otellərdən birinə getdik və yolda Avropa
tərzində plakat gördük: “Petits Şants”da bu gün dünyanın ən bö-
yük tamaşası olacaq”...
135
***
Qalata qülləsinin yaxınlığındakı “Pera Palas” otelində
nisbətən ucuz nömrədə yerləşdilər. Frau Şultenin çarpayısı
pərdəylə ayrılmışdı, buna Abram Nussimbaum xeyli dil
tökəndən sonra nail olmuşdu. Oteldə nə qədər qalacaqlarını
bilmirdi, əlbəttə, şimaldan və şərqdən axın-axın gələn
mühacirlərin doluşduğu, üstəlik, müttəfiq əsgərlərinin qay-
naşdığı, yerli camaatın kədərli və qəzəbli olduğu bu şəhərdə
uzun müddət qalmaq fikrində deyildi, mümkün qədər qısa
müddət ərzində daimi dayanacaq yerini müəyyənləşdirməli,
şalvarının astarındakı saxlancı tükənənəcən gəlir mənbəyi
tapmalıydı. Dəbdəbəli otelin ən ucuz nömrələrindən birində
yerləşmək üçün dil tökməsi onu utandırırdı. İndi də fikri-zik-
ri gələcəklə bağlıydı, paroxodda rastlaşdığı, bu oteldə
yerləşmiş bir neçə tale yoldaşıyla uzun-uzadı neyləməli ol-
duqlarını müzakirə eləyir, çıxış yolları arayırdı.
Amma Leonu bütün bunlar maraqlandırmırdı, başlıcası,
indi aləmin qəlbinin döyündüyü şəhərə, dünyanın ən qədim
imperiyasının paytaxtına, suların əhatəsindəki yeddi təpə
üzərində əzəmətlə dikələn möcüzəli şəhərə gəlib çıxmışdı, bu
şəhər qala divarları, qüllələri, sarayları, cameləri, kilsələri, si-
naqoqları, bazarları, körpüləri, dəniz mənzərələrilə onu
vəcdə gətirir, üstəlik, heyrətamiz dərəcədə tanış gəlirdi.
Oteldə yerləşib aclığını öldürəndən dərhal sonra frau Şulte-
nin gözündən yayınıb özünü bayıra atmışdı, az qala, təngnəfəs
halda enişli-yoxuşlu küçələri dolaşır, şərqlə qərbi hər addım-
da xatırladan cürbəcür geyimli adamlara göz qoyur, tanış-
yad dillərdə söylənən sözləri eşidirdi.
Qalata qülləsindən dənizə tərəfə gedəndə elə səkidəcə
oturmuş, təxminən həmyaşıdı olan oğlan soyuqdan əllərini
ovuşdura-ovuşdura onu səslədi:
“Hey, arkadaş, levrek istiyormusun? – Sonra gülümsəyib
mırıq dişlərini göstərdi. – Çox keyfli balık!”
136
Deyilənləri başa düşdü. Bakıda bu cür uşaqlarla tez-tez
qarşılaşardı: “Ey, ay oğlan, balıq istəmirsənmi? Çox
ləzzətlidi!” “Levrek” də, yəqin, kütüm-filan kimi, balığın nö-
vüydü. Əlilə “yox” işarəsi verib yoluna davam elədi. Əlbəttə,
bu dili öymədiyinə görə, təəssüf hissi keçirirdi, Konstantino-
polda yaşamalı olsa, bir-iki kəlməylə baş çıxara bilməz.
Burda, xəyallarının şəhərində yaşamağısa, çox istərdi.
Əlbəttə, Avropaya, hətta Amerikaya getməyi də arzulayır.
Amma Avropayla Amerika hələ gözləyər. Hər halda, on dörd
illik ömrünün on üç ilini Bakıda – Şərqlə Qərbin qəribə və
təkrarsız tərzdə çulğaşdığı şəhərdə keçirmişdi, böyüdüyü
mühit Avropa qəlibinə sığışsa da, ruhunda Şərqin təsiri daha
üstün idi. Hər səhər yuxudan İçərişəhər məscidlərindən uca-
lan azan səslərilə oyanmışdı, gündə neçə dəfə o sehrli səsi
eşitmişdi, Əsədullayevlərin, Aşurbəyovların, Dadaşovların...
evlərində zahirən Qərb, batinən Şərq mühitinin şahidi olmuş-
du. Görünür, Qərbli olmaq üçün uzun illər əziyyət çəkməli
olacaq.
“Leo, görürəm ki, sənin bu şəhərdən getmək fikrin yoxdu,
– Abram yarıtəəccüb-yarıtəəssüflə oğluna baxırdı. – Fikrimcə,
burdan mümkün qədər tez çıxmalıyıq. Bu gün eşitdim,
ingilislər Sultanı məcbur eləyiblər ki, millətçilərin başçısı
Mustafa Kamal Paşa barədə ölüm fitvası verdirsin. Ola bilsin,
xilafət qoşunu adı altında millətçilərə hücum eləsinlər. Bir
sözlə, havadan müharibə iyi gəlir, oğlum”.
Leo iri gözlərini geniş açıb atasına baxır, son illərdə,
xüsusilə Türküstan, Buxara və İran macəralarından sonra
onun necə sürətlə qocaldığının fərqinə varırdı. Saçı xeyli
ağarmışdı, sifəti kədərliydi, gözlərinin altı qaralıb torbalan-
mışdı.
“Əlbəttə, məmnuniyyətlə qalardım. Düzdü, deyirsiniz,
Avropada əmin-amanlıqdı, qayda-qanun var, amma, məncə,
burda da yaşamaq daha maraqlıdı; müttəfiq əsgərləri,
mühacirlər, xilafətçilər, millətçilər... var, bazarlar, qəhvə-
xanalar, meyxanalar, vağzallar dolub-daşır...”
137
“Mən səni təhsilin barədə düşünürəm, Leo, – Abram
kədərlə oğlunu süzdü. – Altı sinfin yarısını məktəbə getmədin
– xəstə oldun, kefin istəmədi, qarışıqlıq yarandı, qaçaq düş-
dük. Artıq on beş yaşına girmisən. Təhsilini başa vurmalısan,
oğlum. Avropaya can atmağımın səbəbi budu. Mənim başıma
bir iş gəlsə, sənin halın necə olar?”
“Ümidvaram, bir şey olmaz, tezliklə Avropaya gedərik, –
frau Şulte ona ürək-dirək vermək məqsədilə söhbətə qoşuldu.
– Yəqin, Leo da bu barədə düşünür”.
...O günlərin birində qımızıların Gürcüstana girdiklərini,
yerli bolşeviklərin köməyilə milli hökuməti yıxdıqlarını
eşitdilər. Bu amansız zərbəydi, belə çıxırdı ki, artıq Gürcüstan
pasportları da qüvvədən düşüb, Avropaya getmək üçün
başqa çıxış yolu axtarmaq lazım gələcək. Bir il əvvəl
Azərbaycan vətəndaşıydı, əgər səfarət hələ bağlanmamışdı-
sa, ordakılardan kömək uma bilərdi. Bunu onun ağlına frau
Şulte salmışdı.
Səhəri gün Leo ilə birgə bəxtini sınamaq üçün çıxdı.
Oteldən səfarətin hardasa Sultanəhməd camesi tərəflərdə ol-
duğunu demişdilər. Bundan ötrü Qalata körpüsündən keçib
Sirkəcidə faytona minməli, camenin yanında düşüb soraqlaş-
malı oldular. Səfarətin binasını tapandasa, məlum oldu ki,
cəmi iki-üç ay əvvələcən işləyirmiş, sonra bağlanıb, kimin
harda olduğunu bilən yoxdu.
“Qismətimizə bir bax, – Abram Nussimbaum sürüşməmək
üçün ayaqlarını yerə ehtiyatla basa-basa geri qayıdanda
kədərlə deyirdi. – Daha faytona minməyə də imkanımız
yoxdu, oğlum. Bir az ehtiyatım qalıb, o da bilet puluna çata-
çatmaya. Bir də qiymətli kağızlarım var, o kağızlar da burda
kimə lazımdı axı?”
Leo onu, elə bil, eşitmirdi, gözlərini geniş açıb Sultanəhməd
camesinin nəhəng günbəzinə, səmaya sancılmış minarələrinə,
Ayasofyanın əzəmətli gözəlliyinə, Topqapının soyuq gün işı-
ğında bərq vuran damına baxırdı. Bu zənginliyi qoyub Avro-
paya getmək nəyə gərək idi?
138
“Gərək sabah bizimkilərdən kimisə tapım. Dünyanın hara-
sında olur olsun, yəhudi yəhudiyə əl uzatmalıdı, Leo, bunu
yadında saxla. Yəqin ki, bu çətin vəziyyətdən qurtaracağıq,
buna ümidimi itirməmişəm”.
Abram aradabir dayanır, dincini alır, oğlunun üzünə
baxırdı. Leonun görkəmində şəfqət-filan tapmayıb ovqatı təlx
olur, təzədən yoluna davam eləyirdi. Yox, oğlu öz aləmi ilə,
öz fantaziyalarıyla yaşayır, atasının nələr çəkdiyini heç vaxt
duymayacaq. Bu da taleyin bir zərbəsidi.
Sirkəçidə Qalata körpüsünü keçib otelə çatanda hava qa-
ralmışdı. Abram Nüssimbaum güclə bir fincan qəhvə içib ya-
tağa yıxıldı. O yıxılanda bir həftə yerindən qalxa bilmədi.
Frau Şulte ikisinin də qayğısını öz üzərinə götürdü, Leo
məktəbə gedən il Abramın hədiyyə elədiyi həmayili satıb
həkim çağırdı, otelin borcunu ödədi, güzəran xərclərini təmin
elədi. Onun bu sədaqəti xəstəni lap kövrəltmişdi.
“Siz bizim xilaskar mələyimizsiniz, frau Şulte, – deyirdi, –
bu sədaqətimiz diqqətdən kənar qalmayacaq. Əmin ola
bilərsiniz”.
“Bu barədə danışmayın, – frau Şulte qayğıyla onun yorğa-
nını düzəltdi. – İndi insan səhhətindən başqa dəyərli bir şey
yoxdu...”
***
Çıxış yolunu xəstəni yoluxmağa gəlmiş tanış mühacir – ru-
siyalı ağqvardiyaçı göstərdi: sən demə, müttəfiq qoşunları ko-
mandanlığına müraciət eləmək, bolşeviklərin zülmündən
qaçdığını söyləyib, Avropaya getmək üçün icazə almaq olar-
mış. Bu ümid, elə bil, Abrama ikinci həyat vermişdi. Cəmi üç
gün sonra yatağından qalxdı, olan-qalan abırlı paltarını
təmizlətdi, şalvarının astarından vaxtilə Bakıda firma sahibi
olduğunu sübut eləyən sənədləri çıxarıb Leoyla komandanlı-
ğa yollandı.
Leo atasının onları qəbul eləyən ingilis zabitinə şəxsiyyətini
sübuta yetirmək üçün necə dil tökdüyünə, rusca sənədləri o
139
tərəf-bu tərəfə çevirən soyuq görkəmli zabitin tərəddüdlü
hərəkətlərinə göz qoya-qoya fikirləşirdi ki, indi hər şey onun
dodaqları arasında çıxacaq bircə kəlmə sözdən asılıdı.
Əslində, o sözün oğlandan ötrü elə bir fərqi yox idi, amma
atasının xətrinə Avropaya getməkdən də boyun qaçırmaq
fikrində deyildi.
Axır ki, zabit onları uzun-uzadı süzüb qərarını verdi.
“Buraxılsın!”
Leo atasının bu sözləri eşidəndə ağlayacağını, ya da yıxıla-
cağını düşünürdü, amma Abram Nussimbaum bu sevincə
mətanətlə tab gətirdi, zabitə uzun-uzadı təşəkkür eləyib uzat-
dığı kağızı cəld qoynunda gizlətdi.
Elə o gün də bir neçə həftədən sonra İtaliyaya yola düşəcək
gəmiyə bilet aldılar. Düzdü, bu dəfə ikinci dərəcəli kayutda
gedəcəkdilər – Abram daha qənaət eləməyi öyrənmişdi, şal-
varının lap yüngülləşmiş astarından get-gedə daha çox asılı
olduğunu başa düşürdü. Bununla belə, artıq dirçəlmişdi,
xoşbəxt görünürdü.
Leosa həmin məqamlarda, elə bil, qəfildən böyüdüyünü,
yetkinləşdiyini duyurdu. Bu vaxtacan başına gələnlər uşaqlıq
macəralarıydı, indisə on beş yaşına girmişdi, hisslərindən baş
açmağı bacarırdı. Dərk eləyirdi ki, taleyin hökmüylə Qərbə
getməli olsa da, ruhundakı Şərqi heç vaxt unuda bilməyəcək.
Artıq yazın girdiyinin, ağır qışdan sonra bu əzəmətli şəhərin
tumurcuq-tumurcuq,
yarpaq-yarpaq,
çiçək-çiçək
gözəlləşdiyinin fərqinə varırdı.
O bir həftəni şəhərdə ömrünün son günlərini yaşayan
adam kimi dolaşır, gördüyü hər şeyi yaddaşına köçürməyə,
ruhuna hopdurmağa çalışırdı...
Avropanı fəth eləyəndən sonra mütləq bura qayıdacaqdı...
Yəqin, Qərb onun Şərqi daha yaxından duymasına kömək
eləyəcəkdi...
Hələ ki, irəlidə uzun yol, naməlum amma cəlbedici gələcək
vardı...
|