Neriman Qurban indd


XXXII FƏSİL QORXUNC AYLAR  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   23   24   25   26   27   28   29   30   ...   175
vəziyyətə salan yeganə şey açıqsözlülüyümdü, – sonralar yazacaq-

dı. – Mən həmişə öz sözümü açıq ifadə eləyirəm və heç nədən qorx-



muram”. 

İndi bayırdakıların qışqırtılarının get-gedə uzaqlaşmasın-

dan belə görünürdü ki, Zeynal bəy istəyinə nail olub. Artıq 

Xəlil bəyin rəngi bir qədər açılmış, çiyinləri dikəlmişdi.

...Bu qiyam təsirsiz ötüşmədi. Xəlil bəy bir neçə dəfə yar-

dımla  gəldi,  amma  məbləğlər  o  qədər  az  idi  ki,  imdad 

gözləyən yüzlərlə qaçqının cüzi ehtiyatlarını belə ödəmirdi. 

Onun  var-dövlətini  gizlətdiyindən  şübhələnənlər  səfarət-

xanaya gəlməsindən xəbər tutub iki dəfə də həmlə elədilər. 

Belə məqamlarda Yusif Vəzirin sabiq hökumət üzvündən çox 

basqına gələnlərin tərəfini saxlaması Xəlil bəyə təsir eləyirdi. 

Fikrincə, milli mübarizə hələ bitməmişdi, bu mübarizədə Yu-

sif Vəzir onların yanında olmalıydı. Əlimərdan bəy Parisdən 

bolşevizmə  qarşı  müqavimətin  zəruriliyi  barədə  təlimatlar 

göndərirdi, indi bütün güclərini buna yönəltmə liydilər.

...O  kədərli  payız  günlərin  birində  Sultanəhməd  camesi-

nin  yanında  milyonçu  Bala  bəy  Aşurbəyovla  rastlaşdı. 

Bolşeviklərin  əlindən  möcüzə  nəticəsində  qurtarıb  Tiflisə, 

sonra Batum yoluyla ümidgah saydığı bu şəhərə gəlib çıxmış, 

qızı  Saranı  Janna  D’Ark  fransız  pansionatına  düzəltmişdi. 

Vaxtilə qohumu Bəşir bəyin səxavət göstərib verdiyi təqaüd 

yadındaydı,  çətinliyə  düşsə,  köməyə  hazır  olduğunu  dönə-

dönə  xatırlatdı.  Bununla  belə,  görünür,  Balabəy  onun 

vəziyyətini duymuşdu, kədərlə gülümsədi:

“Vətənin  havasını  almaq  üçün  hərdən  görüşsək, 

bəsimizdi...”

Onda  qəhərin  dalğa-dalğa  qalxıb  boğazını  tutduğunu 

sezdi...


 Vətəndənsə hələ də qara xəbərlər gəlirdi: Pankratovun ye-

rini Baba Əliyev, sonrasa Eyyub Xanbudaqov tutmasına bax-

mayaraq, Milli Hökumətdə işləyənlər təqiblərdən yaxa qurta-

ra bilməmişdilər. Ən kədərlisi də bu idi ki, istiqlal tərəfdarı 




126

olan köhnə dostlarının bəziləri bolşeviklərə işləməyə razı ol-

muşdular: Ağahüseyn Kazımov xalq səhiyyə komissarı olub, 

Cəmil bəy Ləmbəranskini və Əmir bəy Aslanovu da yanına 

aparmışdı;  Cəmil  bəy  Vəzirov  Xalq  Poçt-Teleqraf  və  Rabitə 

Yolları Komissarlığına başçılıq eləyirdi; Firuz bəy Ordubads-

ki Xalq Ərzaq Komissarlığında sığınacaq tapmışdı; bolşeviklər 

-  Bahadur  Vəlibəyov  Naxçıvanda,  Mustafa  Quliyev  Lənkə-

randa  İnqilab  Komitəsinin  sədriydilər;  Möhsün  İsrafilbəyli 

Xalq  Hərbi  Dəniz  İşləri  Komissarlığı  xüsusi  idarəsinin 

rəisiydi. Amma, əlbəttə, ən böyük məsuliyyəti daşıyanlardan 

biri  Müvəqqəti  Hərbi-İnqilabi  Şuranın  üzvü  Qəzənfər 

Musabəyov idi...

 Yeni quruluş altı ay ərzində əlli minə yaxın adamı qətlə 

yetirib, müqavimət ocaqlarını amansızcasına söndürüb yerini 

bərkidəndən  sonra  o  aldanmış  biçarələri  bir-bir  aradan 

götürəcəkdi...

 ...Noyabrda xəbər tutdu ki, Stalin Bakıya gəlib, Lahıcda 

həbs olunub həbsxanaya salınmış Məmməd Əmini azad etdi-

rib, özüylə Moskvaya aparıb, guya orda böyük vəzifəyə təyin 

eləyəcək. Bu səbrini daşdıran son damlalardan oldu. Bundan 

sonra öz həyatı barədə düşünməliydi...

 

***


Səbir kasasının lap sonuncu damlası da dekabrda doldu. 

Qarlı bir qış günündə Xəlil bəy səfarətdə peyda oldu...

 “Əlimərdan bəyin təyinatıyla mən Cümhuriyyətimizin İs-

tanbuldakı səfiri təyin olunmuşam”, – onun sifətində inamlı, 

bir qədər də özündənrazı ifadə vardı.

 Yusif Vəzir heyrətləndi: Sülh heyətinin başçısı olan şəxsin 

bu  cür  təyinat  verməsi  görünməmiş  iş  idi.  Əlimərdan  bəy 

parlamentin sədri olsa belə, xariciyyə nazirinin və nazirlər ka-

bineti sədrinin səlahiyyətinə aid olan məsələləri həll eləmək 

fikrinə düşməzdi. Burda nəsə başqa mətləb vardı.




127

“Amma fikrimiz budur ki, siz vəzifənizə davam eləyəsiniz, 

mənsə Əlimərdan bəyin İstanbuldakı nümayəndəsi kimi çalı-

şım”.


Sükut çökdü. Yusif Vəzir Zeynal bəylə baxışdı, bir-birini 

sözsüz-sovsuz başa düşdülər.

“Möhtərəm  Xəlil  bəy,  bilmək  olarmı  ki,  bu  səfarətxana 

hansı vəsaitlə fəaliyyətinə davam eləyəcək?” – Onun səsində 

maraqdan çox istehza vardı.

“Əlimərdan bəy Gürcüstan heyətindən borc pul alıb, sizin 

maaşlarınız,  səfarətxananın  kirayə  haqqı  ödənəcək,  bunları 

mən  öhdəmə  götürürəm”,  –  Xəlil  bəy  nəzərlərini  ondan 

çəkmədən cavab gözlədi.

Sükut  bu  dəfə  daha  uzun  sürdü.  Yusif  Vəzir  masasının 

arxasından qalxıb pəncərənin qarşısına getdi, papiros yandı-

rıb  sümürə-sümürə  pərdələrin  arasından  kədərli  qış 

mənzərəsinə baxdı. Əlində iri bağlama olan qadın küçəni ke-

çirdi, asta-asta addımlayıb yüngül dumanda yox oldu.

“Belə isə, – sağ əlini jiletinin yaxasından çəkmədən dönüb 

Xəlil bəyin gözlərinin içinə baxdı, – mən siyasətdən getdiyimi 

bəyan eləyirəm. Bu gündən səfir deyiləm, səfarətin işlərini də 

cənabınıza təhvil verirəm”.

Xəlil bəyin sifətində təəccüb peyda oldu, göz bəbəkləri bö-

yüdü, nəsə demək istədi, amma udqunub susdu.

“Bu  qərarımı  tezliklə  xariciyyə  nazirinə  də,  Sədrəzəm 

həzrətlərinə də çatdıracağam, sonrası sizin səlahiyyətinizdədi, 

necə məsləhət bilirsiniz, o cür də eləyin”.

“Bu  mübarizə  meydanından  qaçmaqdı”,  –  Xəlil  bəyin 

səsində tənə vardı.

“Olsun, – Yusif Vəzir istehzayla gülümsədi, – mən onsuz 

da  siyasət  adamı  deyildim,  amma  bacardığımı  da  əsirgə-

mədim, üç ildə nələr çəkdiyimi bir Allah bilir. Artıq otuz dörd 

yaşındayam, başqa cür yaşamaq istəyirəm”.

 Söhbət, əslində, bitmişdi. Xəlil bəy qalxdı, təəssüflə başını 

bulaya-bulaya, sağollaşmadan qapıya doğru getdi.



128

 “Hər şey bitdi, – Yusif Vəzir yeriyib Zeynal bəylə üz-üzə 

dayandı. – Sən də, Mirzə Qədir də qərar verməkdə sərbəstsiniz. 

Mən bundan sonra neyləyəcəyimi fikirləşməliyəm”.

  Sultanəhməd  camisində  ucalan  azan  səsi,  elə  bil,  olub-

keçənlərə  son  nöqtəni  qoyurdu.  Axşamın  toranında  səs 

həmişəkindən kədərliydi...



129


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin