Neriman Qurban indd


XIX FƏSİL ATILMIŞ VƏ UNUDULMUŞ ƏSƏD BƏY  Məhəmməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   20   21   22   23   24   25   26   27   ...   175
güman elədiyi məqamda yaşamağı bacaran kəs güclü insandı. İndi 

güclü olmağa çalışmalıyıq”.

 “Cahangir bəyin ardınca göndərməyə ordan adam tapa-

rıq, – Zeynal bəy artıq sərxoş kimi danışırdı. – Bu fani dünya-

da  beş  gün  kef  eləməyə  imkanımız  olmadı.  Müdriklərdən 

kimsə deyib, gün qısamüddətli həyatdı, onu elə yaşamalısan ki, 



elə bil, az sonra öləcəksən, amma qəfildən sənə daha bir gün bəxş 

eləyiblər...  Gəl,  sabah  başımıza  nə  gələcəyini  hardan  bilirik 

axı...”


 Həmişə belə məclislərdən uzaq qaçsa da indi, elə bil, duy-

ğuları  korşalmış,  cismən  də,  mənən  də  dibi  görünməyən 

zülmət quyuya düşmüşdü. Bu mübarizəyə inanmışdı, həya-

tının  milli  əqidəylə  bağlı  olacağını  qət  eləyəndə  otuz  yaşı 

təzəcə tamam olmuşdu, o istəklə də siyasi mübarizə yoluna 

atılmışdı.  Amma  həyatda  məhrumiyyətlər  gördüyü  kimi, 

siyasətdə  də  bəxti  gətirmədi,  çıxdığı  yolun  axırı  faciəvi 

naməlumluğa düçar oldu...

 

***


Aprelin son günlərində İstanbulda olan Xəlil bəy Xasməm-

mədov  səfarətə  gəlib  ürək-dirək  vermiş,  böyük  dövlətlərin 

tezliklə təcavüzün qarşısını alacağını, Bakıya qayıdıb səfarətlə 

bağlı məsələni yoluna qoyacağını demişdi. Onda Xəlil bəylə 

mübahisələri  düşdü,  vəzifəsini  yerinə  yetirməyi  tövsiyə 

eləyən  sabiq  hökumət  üzvünün  cavabını  tutarlı  dəlil-

sübutlarla verdi.

 Cəmi bir həftə sonrasa qaçqınların ilk qəfiləsi İstanbulda 

peyda  oldu.  Qırmızı  ordu  Bakıya  girməmiş  imkan  tapıb 



117

Tiflisə  qaçanların  bir  qismi  Batumdan  İstanbula  pənah 

gətirirdilər.  Səfarətdəkilər  də  iş  başındaydılar,  təcavüzlə 

üzləşmiş məmləkətin biçarə övladlarına əllərindən gələn yar-

dımı göstərməliydilər. 

Mayın  axırlarına  doğru  işləri  əməlli-başlı  artdı:  hələ  ki, 

bolşevik  hökuməti  Gürcüstanla  sərhədi  möhkəmləndirə 

bilməmişdi, asanlıqla Gürcüstana keçmək olurdu. Yusif Vəzir 

əməkdaşları  Mirzə  Qədirin  başçılığıyla  limana  göndərir, 

qaçqınların  tapılıb  yerləşdirilməsinə,  ilkin  ehtiyaclarının 

ödənməsinə çalışırdı. Əlbəttə, gələnlər səfarətin nə gündə ol-

duğuyla maraqlanmırdılar.

  İyunun  ortalarında  Gəncədə  bolşeviklərə  qarşı  qızğın 

müqavimət göstərildiyi barədə bir qaçqının şəhadətini eşitdi. 

Dediyinə görə, mayın son həftəsində Gəncə min səkkiz yüz 

nəfərdən ibarət qarnizon komandir Əmir Kazım Mirzə Qa-

car-Qovanlının vəzifəsindən uzaqlaşdırılması cəhdinə cavab 

olaraq  qırmızıların  qoşununu  şəhərə  buraxmamağı  qət 

eləyib miş. Neçə gün amansız döyüşlər gedib, qan su yerinə 

axıb, axır ki, bolşeviklərin saysız-hesabsız, ac, yarıçılpaq, tala-

na həris əsgərləri şəhərin müdafiəçilərinin müqavimətini qı-

rıb əhalini qılıncdan keçirib, gülləyə düzüblər, bəzilərisə dağ-

lara qaçmaqla canlarını hələlik qurtara bilmişdilər. Belə çıxır-

dı ki, artıq Milli hakimiyyətin son dayağı da sarsıdılıb, daha 

nəyinsə düzələcəyinə ümid bəsləmək olmaz. 

 O qırğında iyirmi minə qədər adamın qanına qəltan oldu-

ğu  söylənirdi.  Deyirdilər,  qarışıqlığı  fürsət  bilən  ermənilər 

əvvəlcədən gözaltı elədikləri adamları öldürür, evlərini tala-

yırdılar. General Əmir Kazım Mirzə Qacar-Qovanlının qətlini 

bəlkə də başa düşmək olar, üsyana başçılıq eləyənlərdən idi, 

Firudin  bəy  Köçərlini,  İsmayıl  bəy  Ziyadxanovu  niyə 

öldürmüşdülər?  Deyirdilər,  guya  Məhəmməd  Hadinin  qır-

mızıların atlarının dırnaqları altında qaldığını görənlər olub. 

İyulun əvvəllərində şəhər, az qala, boşalıbmış, başını götürən 

Gürcüstana,  qonşu  qəzalara  qaçıbmış.  İstanbula  gəlib  çıxan 

dəstələrdən vəziyyətin ağırlığını təsəvvür eləmək olurdu.




118

Əmir  Kazım  Mirzə  Qacar-Qovanlının  qətli,  təbii  ki, 

kürəkəni  Cahangir  bəyi  əməlli-başlı  sarsıtmışdı.  Binəva,  az 

qala, bir neçə günün içində sınıxmış, qocalmışdı. Yusif Vəzirin 

və  Zeynal  bəyin  ürək-dirək  vermələrinə  baxmayaraq, 

Tiflisdəki  doğmalarının  vəziyyətini  düşünür,  rahatlıq  tapa 

bilmirdi. Bu halda təskinlik də gücsüz, gərəksiz idi. 

Qaçqınların  bir  qismi  bu  fəlakətdə  Xəlil  bəy  Xasməm-

mədovu  və  Məşədi  Əli  Rəfiyevi  günahlandırırdılar.  Dedik-

lərinə  görə,  “Tiflisdən  gürcü  qoşunu  gətirmək”  adıyla  aradan 

çıxmış, camaatı qırmızı yatalağın, erməni terrorunun qurba-

nına  çevirmişdilər.  Deyirdilər,  daxiliyyə  nazirinin  müavini 

Şəfi bəy Rüstəmbəyov özünü Tiflisə çatdırıb, orda “Azərbaycanı 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin