Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə39/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   35   36   37   38   39   40   41   42   ...   175
“Sənin biliklərin və əməllərin rusların qəlbində əbədi qalacaq; bəs 

niyə mənim sənə olan eşqim səndən çox yaşadı...” epitafiyasını xü-

susi vurğulamışdı. 

 Haşım bəyin tərcümə elədiyi, özü də baş rolu oynadığı Vil-

yam  Şekspirin  “Otello”  pyesinin  tamaşasına  baxmış,  tətilə 

gəlmiş, teatr işlərilə çox maraqlanan məşhur bir adamı, atası-

nın dostu Əbdürrəhim bəy Haqverdiyevi evlərində görmüş-

dü;  Əbdürrəhim  bəy  onda  teatra  maraq  oyatmaq  istəyirdi, 

Yusifsə yazmağa daha çox meyil göstərirdi; elə o il də çarın 

rus-yapon  müharibəsində  məğlubiyyətindən  cəsarətlənib 

açıq-aşkar məktəbin mürtəce müəllimlərinə qarşı çıxmışdılar. 

 Gözəl xətti, rəssamlıq istedadı vardı. Gündəliyinə şeirlər 

yazır, ətrafına zərif illüstrasiyalar çəkirdi. İllah da qızılgülləri 

təsvir  eləməyi  çox  sevirdi.  Aleksandr  Qriboyedovun,  İvan 

Turgenevin, Həsən bəy Zərdabinin portretlərini də o illərdə 

çəkmişdi. Şuşa realnı məktəbində təhsil rus dilində olduğun-

dan 1904-cü ildə “Şikayət” adlı ilk şerini rusca yazmışdı. 

 Sonra bir neçə şerini rus dili müəllimi Klemiyə göstərdi. 

Müəllimi onun yazdıqlarını nəzərdən keçirib məsləhət gördü 

ki, Anton  Çexovun  hekayələrini  oxusun.  Əbülhəsənin  kita-

bxanasından götürüb bir neçə gündə su kimi içdiyi hekayələri 

çox bəyəndi, onun dilinə və üslubuna heyran oldu. 

 “Molla Nəsrəddin” məcmuəsini görəndən sonra eskizlə-

rin dən birini redaksiyaya göndərdiyi yaxşı yadındaydı: am-



177

ma  İran  şahı  Müzəffərəddini Avropanın  xəritəsi  qarşısında 

təsvir elədiyi rəsm... məcmuədə Oskar Şmerlinqin adıyla çap 

olunmuş, bundan da əhvalı xeyli pozulmuşdu.

  Əlbəttə,  dostları  da  vardı.  O  dostlarını  “Bir  cavanın 

dəftəri”ndə  təsvir  eləmişdi:  özü  –  Murad  yaşca  böyük  və 

təcrübəli Həsən, müflisləşmiş mülkədar oğlu Mürsəl və tacir 

balası, erməni qızına aşiq olmuş Rəcəblə gəzib-dolaşırdı. 

  Sonra  da  qəfildən  hər  şey  dəyişmiş,  ortaya  milli  ədavət 

toxumu  düşmüş,  hökumət  və  polis  seyrçi  işə  qarışmamış, 

Şuşa  məhəllələrə  bölünmüş,  qətllər,  yanğınlar,  dağıntılar 

törədilmişdi;  nəticədə  türklər  və  ermənilər  bir-birinə  əks 

tərəfin  məhəllələrinə  girməyi  qadağan  eləmişdilər.  Əksər 

dövlət  idarələri  kimi  Edadiyyə  məktəbi  də  erməni 

məhəlləsində yerləşdiyinə görə, Yusif təhsilini yarımçıq qoy-

malı olmuşdu...

  Onda  atası  Şuşadan  köçmək  barədə  fikrini  tez-tez  dilə 

gətirirdi. Mir Yusif də gözlənilən ayrılığın ağrısını yaşayırdı. 



“Əlvida, ey sevgili kitabxanam! – O günlərdə gündəliyinə yazır-

dı. – Sağlıqla qal, istəkli Bayronum. Kim bilir, bəlkə geri qayıtmaya-



cağam. Bəlkə, qəza qürbət ellərdə mənə əcəl şərbəti hazırlayır. Bağ-

çam tək qalacaq. Salamat ol, gözəl bağçam. Rayihənlə damağımı çox 

oxşamısan.  Qəmli  dəqiqələrimi  ənbərəfşan  çiçəklərinlə  əhatə  edib 

mənə şadlıq nə olduğunu dəfələrlə anlatmısan. İndi səni, zəhmətimin 

məhsulunu qoyub gedirəm... Ağlama, vəfasız yarlı qızcığazlar kimi 

çox da döyükmə. Ötər aylar, dönər illər, məni də unudarsan. Keçmi-

şim qəm, hal-hazırım qəm, gələcəyim naməlum...” 

  Onda  Mir  Yusifi  doğrudan  da  kitabları  və  bağçası  xilas 

elədi, yoxsa dalbadal baş verən faciələrə tab gətirə bilməzdi...

 Tərs kimi, elə həmin vaxt da Şuşada vəba xəstəliyi yayıl-

mışdı. “Vəba ilə evdən dışarı çıxmağımız yasaq edilmişdi, – sonra-

lar  yazacaqdı,  –  o  ağır  il  zorla  yadımdadı.  Mollanın  əmrlərinə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin