eləyəcəkdi...
183
Hekayəni zərfə qoyub Tiflisə, “Molla Nəsrəddin” məc-
muəsinin redaksiyasına göndərdi, intizarla çapını gözlədi.
Tiflisdənsə səs çıxmadı ki, çıxmadı. Dalbadal bir neçə yazı da
göndərdi, yenə Molla Əminin “qəlbinə girə” bilmədi. Axırda
giley və inad dolu məktub yazdı: “Nə qədər sizə kağız yazıram,
heç çap eləmirsiniz. Görünür ki, “əlinizdən düşür zənbilə”. Amma
nə qədər çap eləməsəniz də, yenə sizdən əl çəkməyəcəyəm və hər nə
şikayətim olsa da, sizə eləyəcəyəm...”
“Şaqqulunun xeyir işi” “Səda” qəzetində işıq üzü görəndə
artıq Kiyevdəydi...
Fevralda yenicə yazdığı daha bir yazısını – “Saranın
hekayəsi”ni götürüb Əbdürrəhim bəyə baş çəkəndə onu qonşu
31-ci otaqda yaşayan Üzeyir bəyin yanında tapdı. Orda adla-
rını tanıdığı Süleyman Sani Axundovu, Hüseyn Ərəblinskini,
Hüseynqulu Sarabskini, Zülfüqarı və Ceyhunu gördü. Üzeyir
bəy onda “Şeyx Sənan” operası üzərində çalışırdı. Əbdürrəhim
bəy onu Ərəblinskiyə də, Sarabskiyə də təqdim elədi, heka-
yəsini oxuyub məsləhət verdi, Zülfüqar, Üzeyir və Ceyhun
Şuşayla, qohumlarıyla, dərslərilə maraqlandılar. Yusif Vəzir
onda otaqdakı yaradıcılıq havasındsan vəcdə gəlmişdi: “Oh!
Nə qədər ümid və səmimi həzz! Biri pianino, başqası mandolina ça-
lır, notlar yerə səpələnib, kitablar dolabın arxasındakı rəfdə şairanə
şəkildə düzülüblər...”
Kirayə otağındakı tənhalıq məqamlarındasa dərdini
gündəliklərinə tökürdü: “Ey mənim gündəliyim! Bu dəfə məni
sakitləşdir, xeyir-dua ver. Öz səhifələrində mənə aydınlaşdır ki, mən
nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm.
Nahaq yerə başımın üzərində ildırım çaxır, kədər qəlbimi sarır!!!
Nahaq yerə!!!”
...On iki il əvvəl, bir yay günündə anasının vəfatını xatırla-
yırdı. Ovaxtkı əlacsızlığın ağrısı illərlə qəlbindən silinmədi.
Bir neçə il sonra “Arvadlarımızın halı” hekayəsini qələmə alan-
da əvvəlinə yazdı: “Vaxtsız vəfat etmiş anam Seyid Əziz Seyid
Hüseyn qızına ithaf edirəm”. Düzdü, o vaxtacan artıq “Səfa
184
mətbəəsində “İki hekayə”, “Üç hekayə” və “Kaspi” mətbəəsində
Dostları ilə paylaş: