XII FƏSİL
ADADAN QƏLƏBƏLİYƏ
Lev Nussimbaum
Hamburq, Berlin
Sentyabr 1921-ci-oktyabr 1922-ci il
...Ata-oğul heyrətdən donub qalmışdılar...
Oskarın ağızdolusu təriflədiyi yer, əslində, adi məktəb,
hətta, internat-məktəb yox, bir növ sanatoriya-məktəb idi. Elə
bil, dünyanın pislikləri, müharibə dəhşətləri, çevrilişlər, siya-
si çalxantılar bura gəlib çatmamışdı: müəllimlərlə yanaşı
həkimlər, tibb bacıları, xidmətçilər vardı, uşaqlar müalicə
oluna-oluna da oxuya bilərdilər. Əlbəttə, bu cür şərait Abram
Nussimbaumun ürəyindən idi, oğlu sarıdan bir nigarançılığı
qalmayacaqdı. Amma bütün bunları göstərə-göstərə həvəslə,
ağızdolusu danışan ahıl həkimə, məktəb-sanatoriyanın
müdirinə baxa-baxa cibindəki pulu hesablayırdı: yaxın
müddətdə oğlunun təhsili üçün vəsait tapmasaydı, işləri çətin
olacaqdı. Bundan ötrü gərək Parisə qayıdaydı, çünki Noam
onun səhmlərini sərfəli qiymətə satmağa söz vermişdi. Bakı-
da qalan, bolşeviklərin sərəncamında olan əmlakın səhmlə-
189
rinin Parisdə necə satılacağından baş çıxara bilməsə də,
bəxtini sınamağı qərara gəlmişdi.
Bu məktəb-sanatoriyayla tanışlığın nəticəsi frau Şultenin
də qoşulduğu ümumi qərar oldu: Leo bir müddət xüsusi
təhsil almalı, sonra ümumi sinfə getməliydi. Abram öz işlərini
yoluna qoymaq üçün oğlundan müvəqqəti arxayın olmalıy-
dı, buna görə də düşünüb-daşınmadan razılıq verdi. Üstəlik,
frau Şultenin Hamburqda pansiona yerləşdirmək, yaxud
zəngin evlərinin birində dayə düzəltmək lazım gəlirdi. Bəxti
üzünə güldü, fikirləşdiklərini gözlədiyindən də asan yoluna
qoydu; bu ölkədə bolşeviklərdən canını qurtarmış “bakılı neft
sənayeçisi”nə hələ hörmətlə yanaşırdılar.
“Neft sənayeçisi”nin oğlu Leo Nussimbaumsa adadakı
həyata tez alışdı. Etimad doğuran güləş sifəti, almanca sərbəst
danışması, ünsiyyətə açıq olması bütün maneələri aradan
qaldırırdı. Bu xasiyyəti tezliklə mühacir qızlarının da diqqətini
cəlb elədi. Leo daha onlara çəkingən davranmırdı: tanış olur,
gəzintiyə çıxır, hətta fürsət düşəndə öpüşürdü. Sonra yerli
qızlar onun şərqli görkəminə vurulub özləri yaxınlıq verməyə
başladılar. On beş-on altı yaşlı yeniyetmənin qayğısız həyatını
yaşamaq onun xoşuna gəlirdi.
Az sonra hər şey dəyişdi. Rus mühacirətinin mərkəzi
Parisdən Berlinə “köçdüyünə”, Noamun verdiyi vədlər boşa
çıxdığına görə, Abram Nussimbaum da ora üz tutmuşdu,
amma hələ ki, gözlədiyi uğuru əldə eləyə, Bakıdakı daşınmaz
əmlakını bir kəsə “sata” bilmirdi. Yollar, daimi həyəcanlar,
ucuz mehmanxanalarda keçirdiyi gecələr səhhətini xeyli
pisləşdirmişdi, indu frau Şultenin köməyinə daha çox ehtiya-
cı vardı. Bununla belə, güzəranını təmin eləyənəcən sədaqətli
dayəni yerindən tərpədə bilməzdi.
O payız günlərinin birində Abram Nussimbaum oğlunun
direktorundan məktub aldı: ona Leonun daha münasib
məktəbdə təhsil alması məsləhət görülürdü. Əlbəttə, bunun
nə demək olduğunu başa düşürdü – təhsil haqqını vaxtında
190
ödəmək lazım idi. Əslində, bu onun da ürəyindən idi, çünki
bolşeviklərin uzun müddət hakimiyyətdə qalacaqları artıq
hamıya məlum olmuşdu, buna görə də daha neftlə bağlı alqı-
satqılar heç kəsi maraqlandırmırdı – bu da Abram Nussimba-
umun iflası demək idi, bu səbəbdən də oğlunu məktəb-
sanatoriyadan götürməyə, onsuz da kədərli vəziyyətdə olan
büdcəsinə qənaət eləməyə çox ehtiyacı vardı...
Amma Leo ikili hisslər yaşayırdı: alışdığı mühitdən, dost-
laşdığı yaşıdlardan, mühacir və yerli qızlardan, sanatoriyada-
kı rahat otağından ayrılmaq, əlbəttə, çətin idi, həm də paytax-
ta gedəcəyinə, arzuladığı qaynar həyatın ağuşuna düşəcəyinə,
yeni duyğular yaşayacağına sevinirdi. Artıq atasının hər şeyə
qadir vəzninin olmasıyla bağlı illüziyaları da dağılıb getmiş-
di. Oxumaq daha ondan ötrü vacib deyildi, başlıcası, tezliklə
sərbəst həyata qədəm qoymaq, həyatını təmin eləyəcək qədər
pul qazanmaq, əsil-nəcabətini, istedad və bacarığını sübuta
yetirmək idi.
Friz adasından Berlinə uzanan yol Hamburqdan keçirdi.
Nussaimbaum iki gün ərzində Berlin qatarını gözləyə-gözləyə
bundan sonra neyləyəcəkləri barədə danışırdılar. Frau
Şulteyə də baş çəkdilər, qohumlarından hələlik soraq tuta
bilməyən qoca dayə on ildə isinişdiyi oğlandan ayrı
düşəcəyindən əzab çəksə də, yaxın müddətdə vəziyyətin
düzələcəyinə, yenidən bir yerdə olacaqlarına ümidini itirmir-
di. Leo sıxıntılardan qurtulmaq üçün liman şəhərini dolaşır,
binalara, kilsələrə, meydanlara tamaşa eləyə-eləyə sarayların,
minarələrin, bazarların – bütövlükdə Şərqin xiffətini çəkirdi.
***
Leo Nussimbaum Berlinə çətin dövrdə ayaq basmışdı: pul
qiymətdən düşür, yaşamaq get-gedə çətinləşirdi. Amma Ab-
ram haqlıydı, Parisə qayıdıb baldızıgilə sığınmaq ona ağır
gəlirdi – hər halda, əsil-nəcabəti, qüruru vardı, ikinci gildaya
taciri, neft sənayeçisi olmuşdu; Bakıya qayıtmaqdan söhbət
191
belə gedə bilməzdi – sovet neft sənayesinin qurulmasına
xidmət göstərməkdən boyun qaçırıb fərarilik eləmiş adamı
güllələməsələr də, həbsxanada çürüdərdilər. Xoşbəxtliyi
məhz burda – Berlində axtarmalı, bəxtlərini burda sınamalıy-
dılar.
Bundan ötrü, Abram Nussimbaumun fikrincə, ləyaqətlərini
qorumaq naminə şəhərin abırlı rayonlarından birində ev
kirayələməliydilər. Rus mühacirlərinin çoxunun məskunlaş-
dıqları, üstəlik, rus gimnaziyasının da olduğu Şarlottenburq
bu cəhətdən ən münasib yer idi. Kirayələdikləri otaq miskin
görkəmilə əsil-nəcabətlərinə uyğun gəlməsə də, əlləri bir
yana çatanacan dözməliydilər. İndi Abram Nussimbaum
hətta o miskin otağın pulunu belə vaxtında vermək iqtidarın-
da deyildi.
Özləri də var güclərilə abırlı görünməyə çalışırdılar. Ab-
ram boz rəngli kostyumunu hər gün cidd-cəhdlə təmizləyir,
yaxalığını, qalstukunu, şlyapasını, qara paltosunu göz bəbəyi
kimi qoruyur, çəkmələrini tərtəmiz silir, jiletinin cibinə qoy-
duğu saatının qızıl zəncirini aradabir nəzərə çarpdırmağa ça-
lışırdı ki, görənlər kübarlığına şübhə eləməsinlər. Görkəmini
qızıl çərçivəli pensnesi və əsası tamamlayırdı.
Leo da şıq geyinməkdə atasından geri qalmırdı, üstəlik,
hər gün saçını yağlayır, ehtiyacı olmasa da, monoklunu bur-
nunun üstünə bərkidirdi. Ata-oğul Nissumbaumlar bu
görkəmdə tamamilə abırlı adam təsiri bağışlayırdılar.
Ata-bala hər gün evdən çıxır, xeyriyyə cəmiyyətlərinə üz
tuturdular. Abram Nussimbaum özünü təqdim eləyir, keç-
miş neft milyonçusu, indi çətin vəziyyətə düşmüş mühacir
olduğunu deyir, hərdən az-çox yardım qopara bilirdi. Sonra
məktəblərə üz tutur, yenə eyni tarixçəəni danışır, oğlunun
oxuması üçün kömək istəyirdi. Bu sahədə əldə elədikləri
nəticələrsə sevindirici deyildi: məktəblərdə Leoya iki
səbəbdən maraq göstərmirdilər: atası əsl yox, müflisləşmiş
milyonçuydu, həm də bu ölkənin vətəndaşı deyildi; bu da az-
192
mış kimi, oğlanın indiyədək aldığı təhsil heç nəyə yaramırdı,
alman dilindən başqa bütün fənnləri alayarımçıq mənim-
səmişdi.
Amma ümidlərini, az qala, itirdikləri vaxtda rus gimnazi-
yasının qapıları Leonun üzünə açıldı. Xüsusi qız məktəbinin
binasında yerləşən, məşğələləri günortadan sonra olan gim-
naziya Bakıdakı məktəbdən heç nəylə fərqlənmirdi: şagirdlər
mühacir uşaqlarıydılar, əksəriyyəti də nussimbaumlar kimi
bolşeviklərin əlindən qurtulmuşdular. Bununla belə, Leo
adadakı mənəvi rahatlığı burda duya bilmədi: yaşıdlarının
ataları, görünür, maddi sıxıntı çəkirdilər, onun atasısa hər
gün xeyriyyə cəmiyyətlərinə üz tutmaq, dil tökmək, yardım
istəmək məcburiyyətindəydi. Üstəlik, tez-tez əyyaş, qadın
dəllalı olan ev yiyəsi sərxoş halda miskin otaqlarına soxulub
qışqırırdı:
“Yaşamaq havayı deyil! Bundan ötrü pul vermək lazımdı!
Sizsə yaşadığınız mənzilin pulunu vermək istəmirsiniz!
Dərhal kirayə haqqını ödəməlisiniz! Yoxsa sizi bir gün də sax-
lamaram!”
Leo atasının o əyyaşa necə dil tökdüyünü, az qala, yalvar-
dığını, bir neçə gün möhlət aldığını görüb təhqir olunur, gücü
ancaq özünü bayıra atıb küçələri sərsəm kimi dolaşmağa ça-
tırdı.
Abram Nussimbaum xeyriyyə cəmiyyətlərində əlini üzüb
milli koloniyalara üz tutdu. Hər halda, işıq yolu vardı:
yəhudiydi, Rusiya imperiyasında doğulmuşdu, Gürcüstanda
yaşamış, Azərbaycanda neft sənayeçisi olmuşdu – bunları
nəzərə alıb oğlunun təhsilinə də, kirayə haqqını ödəməyə də
yardım göstərməliydilər, özünün olan-qalanı, xeyriyyə
cəmiyyətlərindən qopardıqları acından ölməməyə ancaq bəs
eləyirdi.
Amma ümidləri dalbadal boşa çıxırdı. Rus koloniyasında
mühacirlərin sayının milyonlarla olduğunu, daha ağır vəziy-
yətdə yaşayanların çoxluğunu misal çəkdilər; yəhudi koloni-
193
yasında ümumi yəhudi işinə maraq göstərməyən soydaşları-
nın danışdıqlarına etinasız yanaşdılar; gürcü koloniyasında
Abram Nussumbaumun göstərdiyi Gürcüstan pasportu da
kömək eləmədi – vəsait yox idi. Son ümid kimi Azərbaycan
koloniyasına üz tutmağı qərara aldılar – hər halda, az qala, on
beş il Bakıda yaşamışdılar.
“Eden” otelində Azərbaycan koloniyasının başçısı Hilal
Münşizadə, təqribən əlli yaşlarında, orta boylu, xəstə
görkəmli, özünü ləyaqətlə aparmağa çalışan atanı, güləş
sifəti, iri gözləri, geniş alnıyla ona öz uşaqlığını xatırladan on
beş-on altı yaşlarında oğlanı süzür, ilk dəfə gördüyü
“həmyerliləri”nin danışdıqlarına təəccüblə qulaq asırdı. Kişi
dərhal oğlunu təqdim eləmişdi, sonra başına gələnlər söy-
ləyirdi. Dediyinə görə, Kiyevdə doğulmuş, orda yəhudi qırğı-
nı başlayanda Gürcüstana, sonra Azərbaycana pənah apar-
mış, Bakıda yaşamışdı, neft firması, var-dövləti varmış,
bolşeviklər hamısını əlindən alıblar, indi oğluyla tamamilə
vəsaitsiz qalıb, yaşamaq imkanı yoxdu, oğlunun təhsil alması
üçün Azərbaycan hökumətinə müraciət olunmasını xahiş
eləyir.
“Vəziyyətinizi dərk elədim, – Hilal bəy dilləndi, – amma
rus, yəhudi, gürcü koloniyalarına üz tutmamağınız maraq
doğurur”.
“Müraciət eləmişəm, – Abram Nussumbaumun dodaqla-
rında acı təbəssüm peyda oldu. – Halımıza yanan tapılmadı.
Hətta, mühacirət ərəfəsində vətəndaşı olduğumuz Gürcüstan
koloniyasında belə bizi eşitmək istəmədilər”.
“Belə məlum olur ki, az qala, bir ildi Berlindəsiniz, bəs bu
vaxtadək koloniyamıza niyə müraciət eləməmisiniz?” – Hilal
bəy maraqla ata-oğulu süzdü.
Abram Nussimbaum çaşdı, oturduğu stulda qurcuxdu,
sonra Parisə, Hamburqa səfərləri barədə müfəssəl danışıb
yaltaqcasına gülümsədi:
“Əslində, çoxdan gəlmək fikrindəydik. Necə olsa da, uzun
müddət Bakıda yaşamışıq, indi də özümüzü Azərbaycan
194
vətəndaşı sayırıq. Hətta, oğlum islam dinini qəbul eləmək
istəyir ki, özünü “əsl azəri türkü” saysın. – Abram Nussimba-
um səsinə bir qədər zarafat çaları qatdı. – Əgər ona dövlət
təqaüdü düzəltsəniz, bu addımı atar”.
Hilal bəy qaşlarını dartıb təəccüblə oğlanı süzdü. Leo
gözlərini qırpmadan ona baxır, görünür, atasının ağlına gələn
bu qəfil fikri necə əsaslandıracağı barədə düşünürdü. Amma
qarşısındakı adamın sifətindəki inamsızlığı, dodaqlarında
peyda olan istehzalı təbəssümü sezib dillənmədi.
“Sizə heç bir ümid verə bilmərəm. Koloniyamızın üzvləri
yetərincə acınacaqlı vəziyyətdədilər, onların ehtiyaclarını
belə qarşılamaq iqtidarında deyilik. Bir də ki, hazırda
Azərbaycan vətəndaşı olmadığınıza görə, hökumətə müraciət
eləyə bilmərik”.
Nussimbaumlar söhbətin bitdiyini başa düşüb qalxdılar.
Abram təzim eləyib oğluna sarı döndü:
“Gedək, oğlum, ümidvaram ki, sənin də zamanın gələcək”.
Hilal Münşizadə onları nəzərlərilə qapıyacan ötürüb ba-
yaqdan bir tərəfdə sakitcə oturmuş İsgəndər xan Rzazadəyə
sarı döndü:
“Görürsən, qardaşım, biz yüz əlli nəfərin halına gün ağla-
ya bilmirik, bu yandan da yeni “vətəndaşımız” peyda olur. –
Susdu, yerində əyləşib gözlərini qarşısındakı kağıza dikdi. –
Hə, davam eləyək. Mirzə bəy Göygölün təhsil haqqı nə
vəziyyətdədi?
“Ancaq yarısını ödəyə bildik. Bakıya göndərdiyimiz
məktubun cavabını gözləyirik,” - əlacsızlıq duyulan səslə
dilləndi.
Bakıya məktubu Hilal bəy öz əlilə, Berlin Tələbə Komitəsi
adından yazmışdı: “Paramız tükəndiyindən təkcə təhsilimiz yox,
Dostları ilə paylaş: |