Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə52/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   48   49   50   51   52   53   54   55   ...   175
adam vüqarla, müdrik adamsa təbəssümlə keçir”, – Asiya haqqın-

da  yazdığını  bu  kəlamla  bitirmişdi.  Fikrincə,  artıq  yolunu 

cəsarətlə keçməlidi, ona görə də Əlimərdan bəylə qürurunu 

itirmədən  üz-üzə  gəlməliydi.  Əlbəttə,  Əlimərdan  bəy  onun 

Məmməd Əmin bəylə söhbətindən xəbər tutub, Müsavatdan 

çıxmaq qərarını bilir, bəlkə, Parisə gələndən bəri onu yolux-

madığından da inciyib, indisə bütün bunların yeri deyil, qar-

daşını xilas eləmək üçün hər şeyə göz yummalıdı. O da düz-

dü ki, Ceyhun bəy ona Əlimərdan bəyin çətinliklərini deyib, 

bununla belə, ən azı, nüfuzundan istifadə eləyib Mir Abdulla-

ya  yardım  göstərməlidi.  Şübhəsiz,  oğulları  Ələkbər  bəyi, 

Rəşid  bəyi,  Ənvəri  dəniz  kənarına  göndərmək  onun  atalıq 

borcudu,  amma  ağsaqqal  kimi  çarəsiz  vəziyyətdə  olan 

Azərbaycan türkünün də qolundan tutmalıdı.

  Əlimərdan  bəyin  vaxtilə  Napoleonun  iqamətgahı  olan 

Sən-Klüdə  kirayələdiyi  mülk  onun  qaldığı  barakla  müqa-

yisədə  saraya  oxşayırdı.  Əlbəttə,  mühacirətdə  olsa  da,  hələ 

dövlət başçısı sayılırdı, cürbəcür millətlərin, ölkələrin nüfuz-

lu adamlarını qəbul eləyirdi, daha abırlı yaşamalıydı. Amma 

indi gerçəklik bu idi ki, qardaşı müalicə olunmaq üçün gündə 

on səkkiz frank tapa bilmirdi, o – Əlimərdan bəyin başçılıq 

elədiyi dövlətin sabiq elçisisə gündə elə on səkkiz franka qara 

fəhlə işləyib güzəranını birtəhər yola verirdi.



250

 Əlimərdan bəy müsafirini qonaq otağında qarşıladı, Yusif 

Vəzir ilk baxışdaca onun dəyişdiyini, qocaldığını, yorulduğu-

nu sezdi. Altmış yaşını yenicə haqlamışdı, amma, hər halda, 

beş-altı il əvvəlki qədər çevik və cavan deyildi.

  Heç  biri  ötüb-keçənlərə,  siyasi  söhbətlərə  toxunmamağa 

çalışırdı.

 “Əfv eləyin, Parisə gələndən sizi yoluxmağa imkan tapma-

dım, – Yusif Vəzir mümkün qədər təmkinli olmağa çalışırdı. 

– Mən gələndə Lozannada idiniz, sonra eşitdim ki, konfransla 

məşğulsunuz, sonra da mən iş ucbatından vaxt tapmadım”.

  “Əhvalınızı  Ceyhun  bəy  danışdı,  –  Əlimərdan  bəy  yel 

xəstəliyinə  tutulmuş  barmaqlarını  ovuşdura-ovuşdura 

dilləndi. – Təəssüf eləyirəm ki, sizə kömək eləmək üçün heç 

bir imkanımız yoxdu”.

 Səbrini basıb Mir Abdullanın vəziyyətini danışdı:

 “Mən özüm üçün heç bir şey təmənnasında deyiləm, za-

vodda işləyib həyatımı təmin eləyirəm. Xəstə bir Azərbaycan 

türkü üçün yardımınızı əsirgəməyin”.

 “Sizi gözəl anlayıram, – Əlimərdan bəy təəssüflə əllərini 

yana açdı. – Amma nəzərə alın ki, hökumətimizin Avropaya 

göndərdiyi səksən nəfərin hamısının taleyilə maraqlanmağa 

məcburam.  Bakıdakı  bolşevik  hökuməti  onları  taleyin 

ümidinə buraxdı, o cavanlardan təhsilini yarımçıq qoyanlar, 

güzəran  ucbatından  həbsxanaya  düşənlər,  hətta,  intihara  əl 

atanlar  belə  oldu.  Hamısı  bizim  övladlarımızdı.  Təəssüf  ki, 

büdcəmizdə  bir  frank  belə  yoxdu,  müraciət  eləyəndə 

xəcalətimizdən cavab da verə bilmirik!”

  Ortalığa  ağır  sükut  çökdü.  Nəhayət,  Yusif  Vəzir  ayağa 

qalxıb şlyapasını götürdü.

 “Aydındı. Narahat elədiyimə görə üzr istəyirəm”.

 Görünür, Əlimərdan bəy də naqolay vəziyyətdən tez qur-

tulmaq istəyirdi, gətirilən qəhvəni içməsini belə təkid eləmədi.

 “Ümüdavaram ki, mənə qarşı inciklik saxlamayacaqsınız, 

– dedi. – Bir çıxış yolu tapılsa, Ceyhun bəy vasitəsilə xəbər 

çatdırıram”.




251

 Sağollaşıb çıxdı. Həyətdə nəvələrilə əylənən Pəri xanıma 

və qızı Sara xanıma doğru nəzakətlə baş əyib qapıya doğru 

getdi.


***

  ...Müalicəsinə  pul  tapılmadığından  Mir  Abdulla  Parisə 

ağır vəziyyətdə qayıdıb yatağa düşdü. Bir müddət “Şorite” 

xəstəxanasında yatdı, sonra həm pulsuzluq, həm də ümidsiz-

lik ucbatından evdə yatmalı oldu. Həkimlərin dediyinə görə, 

artıq xəstəlik binəvanın bağırsaqlarına da keçmişdi. Məcbur 

qalıb  xəstəyə  qulluqçu  tutdu,  hər  istirahət  günü  qardaşına 

baş  çəkir,  Ceyhun  bəyin,  Mirinin  dostlarının  cüzi  yardımı, 

özünün  qənaət  eləyib  artırdığı  pulla  qulluqçunun  haqqını, 

dava-dərmanın  dəyərini,  xəstənin  yeməyini  təmin  eləməyə 

çalışırdı.  Hər  ay  Hans  da  müəyyən  miqdarda  yardım 

göstərirdi – amma bütün bunlar kifayət eləmirdi. 

  O  günlərdə  Mir  Abdulla  kiminsə  məsləhətilə  Məmməd 

Əmin  bəyə  də  məktub  yazıb  kömək  istəmişdi.  Məmməd 

Əmin  də  təəssüfünü  bildirib  şəfa  diləklərilə  üç  dollar 

göndərmişdi.  Bundan  xəbər  tutanda  olan-qalan  səbrini  də 

itirdi: deməli, hər şey bura qədərmiş...

  Bu  da  azmış  kimi,  qəfildən  işini  də  itirdi:  Sitroenin 

avtomobilləri artıq nüfuz qazanmışdı, o da Klişidə işlərinin 

həcmini  azaldıb  Avropanın  digər  yerlərinə  üz  tutmuşdu. 

Həmin günlərdə Kommunistlərin Mərakeşdəki müharibəyə 

qarşı  təşkil  elədikləri  tətilin  iştirakçısı  olduqlarını  bəhanə 

gətirib  işçilərdən  canlarını  qurtarmağa  başladılar.  Əvvəlcə 

“sidi”ləri  –  Fransa  koloniyalarından  olanları,  sonra  digər 

əcnəbiləri  işdən  azad  elədilər.  Hans  Günter  də  siyahıya 

düşənlərin arasındaydı, artıq daha ucuz yerli işçi qüvvəsi ta-

pırdılar. 

  Hansın  Süzanla  Münhenə  qayıtmaq  qərarını  eşidəndə 

amansız  zərbə  almış  kimi  düşünüb-daşınmaq  qabiliyyətini 

itirdi. Cəmi üç gündən sonra Hans Günteri və arvadını yola 




252

salıb iş tapmaq ümidilə kirayələdiyi miskin daxmaya köçən-

dəsə tənhalıq hissinin ağırlığından bağırmaq istədi. Hansdan 

sıxıntılı  həyatını  dolduran  xatirələr,  təxminən  dörd  yüz 

səhifəlik əlyazması, ümid dolu sözlər qalmışdı. İndi söykən-

məyə təkcə tale yoldaşı Mənsurun nikbinliyi vardı. Mənsur 

tez-tez ona baş çəkir, gözlərini və dişlərini parıldada-parılda-

da ürək-dirək verirdi:

 “Çox fikir eləmə, qurban, inşallah, bir qapı açılar...”

 Hər gün Mənsurla şəhərciyi gəzir, zavodların, fabriklərin 

qapısında iş gözləyənlərə qoşulur, rədd cavabı alandan sonra 

küçələri  dolaşır,  ya  da  şəhərin  kənarındakı  təpəliyə  qalxıb 

oturur,  bir  tikə  yavan  çörək  yeyir,  ordan-burdan  söhbət 

eləyir, bəzən də elə oturduqları yerdəcə mürgüləyib həyatın 

məşəqqətini  bir  anlığa  da  olsa,  unudurdular.  Axşamlar 

Mənsurun oğlu Səid bir qab şorba gətirir, eynilə atası kimi, 

gözlərini, dişlərini parıldada-parıldada gülümsəyirdi. Şorba-

nı  içəndən  sonra  daxmanın  ağzında,  daşın  üstündə  oturub 

acı  papirosun  tüstüsünü  ciyərlərinə  çəkə-çəkə  düşüncələrə 

dalırdı.


 Axır ki, lokomotiv deposunda “manevra” – qara fəhlə işi 

tapdılar.  İş  də  depoda  işləyənlərin  hamısının  əmrinə  qulaq 

asmaqdan, tapşırdıqları işi sözsüz-sovsuz yerinə yetirməkdən 

ibarət idi. Bəzən onları lokomativ qazanlarını təmizləməyə, 

ya ağır dəmir hissələri həyətin bu başından o başına daşıma-

ğa göndərirdilər. Get-gedə o da Mənsura oxşamağa başladı: 

hisli-paslı işdən sonra əllərinin, üz-gözünün çirkini yuya-yu-

ya  qəlbində  hamıya  qarşı  qəzəbin  artıb-çoxaldığını  hiss 

eləyirdi. 

 Həyatın lap dibinə enmək, daim çıxılmazlıq girdabında ça-

palamaq niyə onun taleyinə yazılmışdı? Bu qədər itkilərdən 

sonra  taleyi  niyə  daha  bir  qardaş  itkisini  rəva  görmək 

istəyirdi?  Heç  olmasa,  elə  bu  Mənsurun  ailəsi,  oğlu-qızı, 

çarəsiz qalanda getməyə Vətəni vardı, amma o bu nemətlərin 

ikisindən də məhrum idi. 



253

 O günlərin birində də Mənsur yaralandı, ağır dəmir əlinin 

üstünə  düşmüş,  biçarəni  xəstəxanaya  aparmışdılar.  Yeganə 

ümid yeri olan işi buraxıb onun yanına qaça bilməzdi, axşam-

lar da o qədər yorulurdu ki, ancaq bir tikə çörək yeyib yatağa 

sərilməyə  macal  tapırdı.  Beləcə,  az  qala,  iki  ay  Mənsurdan 

xəbər tuta bilmədi. 

  Yenə  son  ümidlə  Məmməd  Əmin  Rəsulzadəyə  məktub 

yazdı. Bunu Mirabdulla xahiş eləmişdi, o da könlünə dəymək 

istəmədi. Əslində, üç dollar məsələsindən sonra keçmiş əqidə 

yoldaşından  çox  incimişdi,  yəqin,  Müsavat  firqəsindən  çıx-

maq barədə bəyanını unudar: bunu şəxsi söhbətində deyib, 

iki il keçsə də, hələ əməli addım atmayıb, Məmməd Əmin bəy 

o  vaxt  dediklərini  ani  qızğınlığın  səbəbi  saya  bilər,  ya  da 

tərəddüd  keçirdiyini  düşünə  bilər.  Məktubunda  istiqraz 

barədə  yazmış,  əfkari-ümumiyyə  naminə  xəstəyə  yardım 

göstərmələrini xahiş eləmişdi. Amma budur, ondan quru, so-

yuq, hətta bir qədər sərt cavab aldı: fikrincə, istiqraz məsələsi 

vəhydən  başqa  bir  şey  deyil,  bunu  iddia  eləmək  yaxşı 

nəticələrə səbəb olmaz.

 Son aylarını, bəlkə də günlərini yaşayan xəstənin yanına 

boş əllə, quru ümidlərlə getmək, çox kədərliydi, amma başqa 

bir qapı açılmırdı ki, açılmırdı. Ceyhun bəyin başı “Arşın mal 

alan”ın tamaşasına hazırlığa qarışmışdı, bir dəfə gəlib xəstəni 

yoluxmuş,  gedəndə  masanın  üstünə  əlli  frank  qoymuşdu. 

Mirabdullanın dediyinə görə, sıxıntısı üz-gözündən oxunur, 

düz-əməlli kömək eləyə bilməməyinin əzabını çəkir. Bir dəfə 

Aslan Nansidən gəlibmiş, nə yollasa əlinə düşən iki yüz fran-

kın yarısını vermişdi. Amma bütün bunlar dəryadan damlay-

dı: növbəti ayın kirayə pulunu ödəmək vaxtı çatmışdı, ayda 

iki-üç dəfə çağırılan həkimə pul vermək, qulluqçunun haqqı 

ödəmək, ərzağa pul vermək lazımıydı.

  Bu  tərəfdən  də  depoda  fəhlələr  iş  şəraitinin  ağırlığı 

üzündən tətil elədilər, o tətilə Yusif Vəzirlə Mənsur qoşuldu. 

Amma  tətil  ümid  bəslədikləri  nəticəni  vermədi,  üstəlik, 

işlərini də itirdilər. 




254

 Yenə iş axtarmaq əzabları başlandı...

 Yenə ümidsizlikdən bağırmaq dərəcəsinə çatdı... 

 Yenə səhərlər zavodların, fabriklərin, depoların qarşısında 

toplaşan adamlara qoşulur, aclıqdan, taqətsizlikdən gözlərinə 

qaranlıq  çökənəcən  gözləyir,  rədd  cavabı  alandan  sonra 

küçələrdə dolaşır, yeriməyə taqəti qalmayanda rastına çıxan 

yerdə oturub papirosun acı tüstüsünü ciyərlərinə çəkirdi...

 Axır ki, elektrik naqilləri zavodunda iş tapdı...

  Amma  buna  heç  iş  də  demək  olmazdı,  əlacsızlıqdan 

getməli olmuşdu...

 Az sonra o işi də itirdi...

  Mirinin  get-gedə  ağırlaşan  xəstəliyi,  qarşıda  onları  göz-

ləyən uzun qış, gündən-günə özünü daha açıq-aydın göstərən 

ehtiyac amanını kəsmişdi... 



255


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin