“Axşamdı. Böyük Qalata körpüsü üzərində durur, limanın
fəaliyyətinə göz qoyuram, gəmi və qayıqları görür, minlərlə səsi
eşidirəm. Qarşımda Xalicin suları, sağ tərəfdə Qalata, təpədə Pera,
soldasa maviyə çalan İstanbul haləsi var. Bu şəhərdən hərarət yayıl-
mır; adamlar burda eynilə Avropa şəhərlərində olduğu kimi qa-
çaqaçlı mövcudluq mübarizəsi aparırlar. Bu onların səhvidirmi,
yoxsa bu şəhər yeni bir ruh oyada bilməyəcək qədər köhnəlib, ya da
yayılıbmı?”
...Amma otuz il sonra bu şəhərə işgüzar səfərə gələcək,
adamları barədə tamamilə başqa fikirdə olacaqdı. Küləkli bir
gündə papağını itirəndən sonra təzəsini almaq üçün dükana
girəcək, aldığı papağın pulunu verəndə dükançı götür-
məyəcək: “Sən bizim qardaşımızsan, biz qardaşımızdan pul
götürmərik” deyəcəkdi; həmin məqamda İstanbulla ilk təma-
sını xatırlayıb mütəəssir olacaqdı...
...O günlərin birində bəxti gətirib İsgəndərunda tanış oldu-
ğu yol yoldaşının vasitəsilə Muhamməd Əsəd Ərbili
həzrətlərinin həmsöhbəti olmuşdu. Bir qədər uzunboylu, ağ
saqqallı, qıyıqgözlü, qaraşın, cüssəli, vüqarlı və şirin danışıqlı
şəxs onun yaddaşında dərin iz buraxmışdı. Yaşı yetmişi öt-
müş həmsöhbəti ata-anası tərəfdən seyid idi, atası Muhamməd
Səid Əfəndi Ərbildəki Xalidi təkkəsinin şeyxi olmuşdu.
Təhsilini Ərbildə və Deyrdə alandan sonra elə Leopold yaşın-
da Nəqşi-xalidi şeyxi Taha Həririnin müridi olub həccə get-
miş, ordan Konstantinopola qayıdıb ruhani dərslər verməyə
başlamış, Kəlami dərgahının şeyxliyinəcən yüksəlmişdi.
Həyatında Sultan Əbdülhəmid xanın hökmüylə Ərbilə sür-
gün, məşrutiyyətçilərin dəvətilə Konstantinopola qayıtmaq,
Üsküdardakı Səlimiyyə dərgahının şeyxliyi, Sultan Rəşadın
sevgisi, Fövzi Çakmak Paşayla görüşlər, Məclisi-Meşayıh
sədrliyi də vardı. Artıq səkkiz il idi ki, sədrlikdən istefa verib
212
ruhani güzəran keçirirdi. Dini əsərləri, ərəb müəlliflərindən
tərcümələri, türkcə və farsca divanı, Ərbildən Avropanın
mərkəzinədək bir çox yerlərdə müridləri vardı.
Yol yoldaşı danışmışdı ki, bir yapon generalı islamı qəbul
eləyib Konstantinopola gəlir, Kəlami dərgahında Muhamməd
Əsəd Ərbili həzrətlərinin zikr məclislərində olur, gedəndəsə
deyir: “...Allah, Allah!” deyib zikr eləməkdə böyük qüvvə var. Pad-
şahlar da belə, “Allah, Allah” desələr, top-tüfəng qüvvəsinin hökmü
olmaz!”
Leopold Veys itibaxışlı, söhbəti ağlagəlməz təsir göstərən
Ərbili həzrətlərinin söylədiklərini lütfkar yol yoldaşının
tərcüməsi sayəsində başa düşdüyünə heyifsilənirdi. Onda
özünə qəti söz vermişdi ki, ərəb dilini mükəmməl öyrənəcək,
Quranın sirlərinə vaqif olacaq.
“Bir gün yanıma bir dinsiz gəlmişdi, – Ərbili həzrətləri de-
yirdi, – müsəlmanlardan şikayət eləyirdi: “Bütün pisliklər
müsəlmanlardadı, yalançılıq, oğurluq kimi pisliklər onlarda-
dı, bu necə dindi axı?! Dedim, sənin bu söylədiklərin dinimi-
zin böyüklüyünə sübutdu. Başqa dinlər batil olduğuna görə,
şeytan onlara o qədər də baş qoşmur. Çünki boş evə oğru
girməz”.
Əlbəttə, Ərbili həzrətlərinin başqa dinləri batini sayması
Leonun xoşuna gəlməmişdi, bununla belə, etirazını da büruzə
verməmişdi. Ərbili həzrətləri onu Şərqə, islam dininə maraq
göstərən alman kimi qəbul elədi – nolar, qoy belə olsun.
Amma müdrik qocanın illərlə topladığı dəryadan bir damcı
götürdüyünə görə, özündən razıydı. Şeyx islam dininin təməl
prinsiplərini çox sadə dillə izah eləmişdi.
Axırda həmsöhbəti ona divanı barədə də sual verdi,
bircə şerini söyləməyi xahiş elədi. Ərbili həzrətlərinin
sifətinə nur çiləndi, səsi yumşalıb həzinləşdi: Könül, nurlu
camalından həbibim bir ziya istər, / Gözüm haqqı-rəhindən, ey
təbibim, tutiya istər...
213
Leopold Veys şerin musiqisini duyurdu, amma tərcü-
məçinin onu olduğu kimi çatdıra bilməməsini də anlayırdı.
Gərək dili biləsən ki, vasitəçiyə ehtiyacın qalmaya...
***
Bir həftəlik səfərin üç aydan artıq çəkməsi Leopold Veysi,
elə bil, bir qədər böyüdüb yetkinləşdirmişdi. Qüds, Fələstin
və Qahirə səfəri, doktor Veysmanla görüş, Muhamməd Əsəd
Ərbili həzrətlərilə ünsiyyət, üstəlik, dayısının gərəkli
məsləhəti... – bu ağlagəlməz dərəcədə tez başa çatan səfərdə
az deyildi. Əlbəttə, Vyanada qatardan düşə, xətrinə dəydiyi
atasıyla barışmağa cəhd göstərə bilərdi. Amma yox, hələ
evdən baş götürüb gedəndə qarşısına qoyduğu məqsədə – la-
yiq olduğu məqama çatmamışdı. Berlində işlərini yoluna qo-
yacaq, sonra atasından əfv diləyəcəkdi.
Düzdü, Qalisiyada doğulmuşdu, Vyanada və Berlində ya-
şamışdı, amma özünün ruhən Şərqə mənsubluğu duyğusun-
dan yaxa da qurtara bilmirdi. Bu təsadüf idimi? Çətin ki, belə
olsun. Bəs dostu Rolf Bodmershof? Bəs elə bir neçə ay əvvəl
Aleksandr Brailovskinin tanış elədiyi oğlan – Lev Nussimba-
um? Adaşı zəkalı oğlana oxşayır, gələcəkdə ondan mütləq
nəsə çıxacaq. Canında şərqli ehtirası var, bu yaşında başına
kifayət qədər maraqlı macəralar gəlib, xeyli ölkələr gəzib-
görüb – bütün bunlar izsiz-tozsuz ötüşə bilməz.
Qatar yenicə işğaldan qurtulmuş Trakiya torpağından,
Bolqarıstandan, süquta uğramış Avstriya-Macarıstan ərazilə-
rindən keçirdi. Leopold Veys atasının cismani yaxınlığını hiss
eləyir, qatardan düşməmək üçün özünü dilə tutmalı olurdu.
Az qala, on il əvvəl evdən qaçıb başqa ad altında orduya qo-
şulduğu vaxtları, atasının onu tapmaq üçün hansı əzablar
çəkdiyini, universitetdə dərslərə necə həvəsiz getdiyini xatır-
ladı. Berlində ilk vaxtlar güzəranını təmin eləmək üçün anası-
nın yadigar üzüyünü satmaq məcburiyyətində qalması indi
də yaddaşını köz kimi yandırırdı. Amma daha yolu bəllidi,
214
daha doğrusu, taleyi Şərqlə bağlıdı, bu yolda axıracan getmək
əzmindədi.
...Elə bil, Berlindən uzun illərdi çıxmışdı, hər halda, şəhər
ona əvvəlki kimi görünmürdü. İyul qeyri-romantik Şərqdəki
– Qüdsdəki, Qahirədəki, ən azı, Konstantinopoldakı qədər
duyulmasa da, sanki aləmə baxışında nəsə dəyişmişdi gözləri
ətrafda Şərq saraylarını, cameləri, minarələri, qumlu səhraları,
dəvə karvanlarını axtarırdı...
Ömründə ilk dəfə vaxt çatışmazlığı hiss elədi...
Tezliklə işlərini yoluna qoyub ora – Şərqə qayıtmalıydı...
|