VII FƏSİL
DOQQUZ YAŞIN YUXUSU
Leopold Veys
Berlin, Frankfurt, Konstansa, Port-Səid, Qüds, Əmman,
Hələb, Dəməşq, Qahirə, Herat, Daşkənd, Moskva, Vyana,
Frankfurt, Berlin
Sentyabr 1922-ci-oktyabr 1926-cı illər
Deyəsən, Leopold Veys doğrudan da xoşbəxt ulduz altın-
da doğulmuşdu, ya da taleyini onun tərəfində olan
gözəgörünməz bir əl idarə eləyirdi. Hər halda, ortada bir sehr
vardı ki, işləri bu qədər asanlıqla, həm də uğurla düzəlirdi.
Əvvəla, “Frankfurter Zeitunq”a Qüdsdən, Fələstindən,
Qahirədən göndərdiyi yazılar böyük maraqla qarşılanmışdı,
buna görə də nəşrin rəhbərliyi bacarıqlı gənci daha yaxşı
şərtlərlə Şərq müxbiri kimi saxlamağı qərara almışdı, üstəlik,
Leopolda istədiyi yerə getmək, istədiyi mövzuda yazmaq
hüququ verilirdi ki, bu da ağlagəlməz məsələydi. İkincisi,
Qüdsdən qayıdandan sonra rəssam Elza Şeymanla bir də
rastlaşdı, qət elədi ki, bu yaraşıqlı qadınla evlənəcək: Elza kü-
bar ailədən idi, gözəlliyi, təravəti bir yana, çox duyğuluydu,
256
elə ilk görüşdəcə Leonun qəlbini fəth eləmişdi. Həm də onları
Leopolddan ötrü çox vacib bir cəhət – Şərqə maraq birləş-
dirirdi. Üçüncüsü, Berlində onu Haim Veysmanın adamı
gəlib tapdı, bir neçə gün dalbadal görüşdülər, uzun-uzadı
söhbətlər elədilər, Leopold Veys başa düşdü ki, onun missiya-
sına kifayət qədər diqqət və əhəmiyyət verirlər. Gələn adam
ona almanca nəfis Quran və “islam aləmilə tanışlığa sərf eləmək”
üçün hələlik əlli min markalıq çek verdi.
İndi budur, Leopold Veys Münhendədi, “Şərq ekspressi”nin
birinci dərəcəli vaqonundakı yumşaq kupesində əyləşib qata-
rın yola düşməsini gözləyə-gözləyə Quranı vərəqləyir, sonra
Müqəddəs kitabı örtüb bir tərəfə qoyur: tezliklə Allahın kita-
bını ərəbcə oxuyacaq, indi buna vaxt sərf eləməyə ehtiyac
yoxdu.
Leopold yenə Vyanada qatardan düşmək, atasından əfv
diləmək, işlərinin yaxşı getdiyini cibindəki nüfuzlu qəzetin
vəsiqəsi və pul çeklərilə sübuta yetirmək istəyir. Amma yox
bunu qayıdanda eləyəcək, indi onu maraqlı görüşlər, öz mis-
siyasına başlamağının sevincini duymaq, doktor Veysmana
Şərq reportajlarıyla gözlədiyi ismarışı ötürmək gözləyir. Ata-
sısa hələ səbir eləsin. Bəlkə də artıq oğlunun qəzetçilikdə qa-
zandığı uğurlarından xəbərdardı, qəlbi yumşalıb, Leopoldun
əfv diləməsini gözləyir. Nolar, qoy gözləsin, Leo atasının ya-
nına böyük təntənə və qalibiyyətlə qayıdacaq – buna hələ o
vaxt, şələ-küləsini götürüb evdən qaçanda söz verib, sözünə
də əməl eləyəcək.
Konstantinopolda da bir neçə günlüyə dayanıb şəhəri
gəzər müdrik, şirin söhbətli Muhamməd Əsəd Ərbili Həz-
rətlərini bir daha ziyarət eləmək istəyərdi, amma doktor
Veysmanın adamı yolda ləngiməməyi məsləhət görmüşdü:
Şərqdə indi çox vacib hadisələr baş verir, o hadisələri görmək,
şərh eləmək, oxuculara çatdırmaq lazımdı. Tez Konstansa
yetişməli, elə həmin gün İsgəndəriyyəyə gedən gəmiyə çat-
malıydı.
257
***
Dayısı Dorian onun qayıdışından razıydı, doktor Veysma-
nın Londona getdiyini, Leopolda böyük ümidlər bəsləməsi
barədə bir neçə dəfə onunla söhbət elədiyini elə təntənəylə
deyirdi ki, elə bil, masonluğa qəbul mərasimindəydi.
“Doktor Veysman dedi ki, – Dorian daha vacib xəbəri çat-
dırdı, – Əmmana getsən, daha yaxşı olar. Orda əmirlə görüş-
mək, onun Fələstində baş verənlərə münasibətini öyrənmək,
çox maraqlıdı, əvvəlcədən necə hərəkət eləmək lazım gəl-
diyini dəqiqləşdirməyə kömək göstərər”.
Leopold Veys Almaniyanın nüfuzlu bir qəzetinin müxbi-
riydi, əvvəlcə qəzetin maraqlarından çıxmış eləməliydi, mis-
siyasına gələndəsə, bu vəzifədən çox üzərinə qoyulan borc-
du, imkanı daxilində yerinə yetirər.
“Mən Suriyanı gəzmək Dəməşqə getmək fikrindəydim...”
– Leopold dayısına özünün də planları olduğunu xatırlatdı.
“Çox gözəl, – Dorian məsləhət gördü, – Əmmandan qayı-
dandan sonra Dəməşqə gedərsən, səfərin daha mənalı olar”.
Nə olar, dayısı, daha doğrusu, doktor Veysman deyən ol-
sun. Əslində, Əmman çox uzaq deyil, günbatana doğru gedib
İordan çayını keçirsən, bir neçə saatdan sonra Əmmandasan.
Əmmandan Dəməşqə getməksə, bir o qədər çətinlik törətməz.
Səfərinin baş tutmasına ötən gəlişində tanış olduğu şair və
jurnalist Yakob de Xaan kömək elədi. Holland yəhudisi olan
Haan Qüdsə sionist ideyalarla gəlibmiş, “Algemaine xende-
leblad” və “Deyli ekspress” qəzetlərinə məqalələr yazırmış.
Amma fikirlərində təbəddüllatlar yaşayır, bu torpaqlarda hər
şeyin insanlıq qanunları əsasında baş verdiyinə inanmırdı.
Dayısıgildə ikicə gün qalıb uzun yolun yorğunluğunu ca-
nından çıxarandan sonra Əmmana üz tutdu. Nə vaxtsa Əmir
Abdullah ibn Hüseynlə görüşəcəyini ağlına gətirsəydi,
xəyalpərəst olduğunu güman eləyərdi. Amma vur-tut üç
gündən sonra Haşimi tayfasından olan İordaniya əmirilə üz-
üzə oturmuşdu. Əmir Abdulla Məkkə şərifi Hüseyn ben
258
Əlinin ailəsində doğulmuş, uşaq yaşlarından girov aparılıb
Sultanın sarayında yetişdirilmiş, bir vaxtlar Hicazın xariciyyə
naziri olmuşdu, sonra Osmanlı Məclisi-Məbusanında sədr
müavini çalışmış, hətta, qısa müddətə İraq kralı taxtında da
oturmuşdu. Üç il əvvəlsə ingilislərin köməyilə Transiordani-
ya əmirinin taxtını ələ keçirmişdi.
Üstəlik, o görüşdə həmsöhbətindən biri də Osmanlının
məşhur şəxslərindən şair və filosof Rza Tofiq Bölükbaşıydı.
Əmirin müşaviri olan bu iricüssəli, eşmə bığlı, Avropa
dəbində geyinib fəs qoymuş adam onu ibranicə salamladı,
əmirin dediklərini təmkinlə çatdırdı: əlahəzrət əmir bütün
millətlərin öz dövlətini qurmaq hüququnu tanıyır, amma
bunu başqalarını yerindən-yurdundan qovmaqla gerçəkləş-
dirmək olmaz, vaxtilə yanaşı yaşamış xalqlar yenə eyni vəziy-
yətdə ömür sürə bilərlər – əmirin İordan çayının o tərəfində,
Qüds ətrafında baş verənlərə münasibəti bundan ibarət idi.
Əmir həzrətlərinə dünyada baş verən hadisələrə, məsələn,
Osmanlı səltənətinin dağılmasıyla bağlı da sual verdi. Həmin
məqamda müşavirin burulmuş bığları titrədi, qaşları çatıldı,
əmir həzrətlərinin cavabını çatdırandan sonra öz fikrini də
əlavə elədi:
“Türk milləti öz torpaqlarını qorumaq üçün böyük fəda-
karlıq elədi, amma rəqiblərinin istəyilə o millətin övladlarını
xəyanətdə suçlamaq olmaz”.
Leopold Veys müsahibinin həmin məqamda nə demək
istədiyini başa düşmədi: Rza Tofiqin yəhudi məktəbini
bitirməsindən, Qalatasaray liseyində oxumasından, tələbə
hərəkatında iştirakına görə dəfələrlə həbsdə yatmasından, “İt-
tihad və Tərəqqi” cəmiyyətinə girib Sultan Əbdülhəmid xana
qarşı çıxmasından, sonra “Hürriyyət və İxtilaf” partiyasına
qatılıb ittihadçılarla döyüşməsindən, üstəlik, Sultana şeir ya-
zıb üzr istəməsindən, son Osmanlı kabinəsində maarif naziri,
Dövlət Şurasının rəisi olmasından, eyni zamanda Azad və
Qəbul edilmiş Masonların Böyük Lojasının Böyük Ustadı
259
seçilməsindən, Sultanın nümayəndəsi kimi Parisdə Sevr an-
laşmasını imzalamasından, buna görə də millətçilərin onu
xain sayıb “Yüzəllilər siyahısı”na saldıqlarından, cəmi bir il
əvvəl Konstantinopoldan qaçıb bir müddət Hicazda və Ame-
rikada yaşamasından, nəhayət, əmir həzrətlərinə sığınmasın-
dan... sonralar xəbər tutacaqdı. İndisə bu iricüssəli, eşməbığlı
adam öz zəhmilə onu əməlli-başlı karıxdırmışdı, Leopold
Veys, axır ki, söhbətini bitirib düşdüyü müsafirxanaya qayı-
danda hədsiz yorğunluq duyub möhkəm yuxuya getdi.
Qüdsdə baş verənləri də elə həmin vaxt eşitdi: Yakob de
Haan iyunun otuzundan iyulun birinə keçən gecə Şaarey-Se-
dek sinaqoqu qarşısında qətlə yetirilmişdi. Yəqin, hansısa
həqiqətləri anlamış, antisemitlərlə əlaqəyə girmiş, nəticədə
də Abraam Tekominin gizli “Xaqan” təşkilatı onu aradan
götürmək qərarına gəlmişdi.
Həmin məqamda dərk elədi ki, düşdüyü yoldan dönüş
yoxdu, doktor Veysman və həmfikirləri məqsədlərinə çatmaq
üçün qarşılarına çıxan bütün maneləri aradan qaldırmaq
əzmindədirlər.
***
Əmmandan Dəməşqə yolu sarsıntıyla başladı: səhəri gün
müsafirxanadan çıxıb qəhvəxanada qarnını doydurmaq
istəyəndə məlum oldu ki, cibində nə pulu, nə də sənədləri
var. Möcüzəydi, bunun harda, nə vaxt, necə baş verdiyini hiss
eləməmişdi: bəlkə gəldiyi gün yolun toz-torpağından qurtul-
maq üçün hamama gedəndə (yox, onda hər şey yerindəydi, ha-
Dostları ilə paylaş: |